Ermənilərin
Mesopotamiya ərazilərindən gəldiyi
bir daha sübut edilib
Fransa və İspaniya muzeylərindən Azərbaycanın tarixi ərazilərini təsdiq edən 80-ə yaxın xəritə tapılıb
Azərbaycanın
tarixi ərazisini, sərhədlərinin hüdudlarını bir daha təsdiq edən
qədim xəritələr aşkarlanıb. Eramızın X əsrindən
orta əsrlərə
qədər aid
olan 80-ə yaxın
qədim xəritə
Fransa və İspaniya muzeylərindən tapılıb. Elmin
İnkişafı Fondunun maliyyə dəstəyi ilə reallaşan
layihə çərçivəsində
Azərbaycan tarixçiləri İspaniya və Fransaya ezam olunaraq sözügedən ölkələrdə axtarışlar aparıblar. Nəticə isə çox ürəkaçan olub. Belə ki, xəritələr bir daha Azərbaycanın
tarixi əraziləri haqqında həqiqəti olduğu
kimi təsdiqləyib. Layihənin rəhbəri Gövhər Baxşəliyeva bildirir ki, X-XIII əsrlərin birinci yarısında tərtib olunan bu xəritələr Azərbaycanın
tarixi ərazilərinin Dərbənd şəhərindən bir az da yuxarıdan başlayaraq Urmiya gölünün
sahilinə qədər olduğunu təsdiqləyir. Xəritələrdə ermənilərin isə
Mesopotamiyada Dəclə-Fərat çayının sahillərində
yaşadığı göstərilir. Layihə rəhbəri deyir ki, tapılan xəritələrin tarixçilərə Azərbaycanın
tarixinə əlavələr etməkdə böyük
köməyi dəyəcək: “Yeni tapılan xəritələrdən Azərbaycanın
yeni atlası hazırlanacaq. Daha bir neçə
ölkədə xəritələrin axtarılması istiqamətində işlər aparılacaq. Nəzərdə tutulan axtarışlar yekunlaşdıqda isə
tapılan bütün növ
yeni xəritələrin vasitəsilə Azərbaycanın
yeni böyük atlası
tərtib olunacaq.
Elməddin
Üç nöqtə.- 2011.- 13
sentyabr.- S. 3.