BDU
Sənəd hər iki universitet arasında beynəlxalq əlaqələri
inkişaf etdirmək məqsədi daşıyır
Bakı Dövlət Universitetinin
(BDU) rektoru, akademik
Abel Məhərrəmov Ankara Universitetinin rektoru,
professor, doktor Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. BDU-nun mətbuat və
informasiya şöbəsindən
ucnoqta.az-a bildiriblər
ki, görüşdə
Abel Məhərrəmov BDU-nun Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa
xüsusi əhəmiyyət
verməsindən, universitetlərin
daha sıx və səmərəli fəaliyyət göstərmələri
üçün birgə
proqram və layihələrdən danışıb.
Rektor BDU
və Ankara Universiteti
arasında ikili diplomlar, tələbə-müəllim
mübadiləsi və
digər məsələlərdən
də bəhs edib. O qeyd edib ki, Ankara Universitetinin prorektoru Arqun Karacabəy, hüquq fakültəsinin
dekanı Mustafa Ağqaya
bir müddət öncə BDU-da olublar. Onlar burada hüquq
fakültəsinin diplomlarının
qardaş ölkədə
tanınması istiqamətində
müzakirələr aparıblar.
Professor, doktor Cemal Taluğ isə hər zaman BDU rektoru tərəfindən sıcaq
münasibət gördüyünü
deyib. O bildirib ki, Ankara Universiteti hüquq, türk dili və ədəbiyyatı
ixtisasları üzrə
ikili diplomların verilməsinə tərəfdardır.
Rektorlar ikili diplomların verilməsi üçün
Ankara Universitetinin tələbələrinin
BDU-da, BDU tələbələrinin
isə Ankara Universitetində
yay məktəblərində
iştiraklarının detallarını
da müzakirə ediblər. Akademik Abel Məhərrəmov, Amerika,
Avropa və Asiya universitetləri arasında elm və təhsilin inkişafı ilə bağlı proqramların olduğunu xatırladaraq Azərbaycan
və Türkiyə arasında da belə proqramların olmasının əhəmiyyətini
qeyd edib. Bu baxımdan rektor
Heydər Əliyev və Atatürk proqramlarının yaradılmasını
təklif edib. Daha sonra BDU ilə Ankara Universiteti arasında beynəlxalq əlaqələri
inkişaf etdirmək məqsədi ilə elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq müqaviləsinin
imzalanma mərasimi keçirilib. Əməkdaşlıq
müqaviləsində tədqiqatçı,
doktorant və magistrlərin mübadiləsi,
müəllimlərin ixtisaslarının
artırılmasına qarşılıqlı
yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə
mübadiləsi, ikitərəfli
birgə elmi simpozium, seminar və konfransların təşkili,
qarşılıqlı maraq
doğuran layihə və proqramlarda tərəflərin birgə
iştirakı, tamamlanmış
bakalavr dərəcəsi,
ikili diplom proqramları öz əksini tapıb. İmzalanma mərasimdən
sonra rektorlar bildiriblər ki, müqavilədən yararlanan
tələbələr həm
BDU, həm də
Ankara Universitetinin məzunu
olacaqlar ki, bu da onlara
hər iki qardaş dövlətlə
işləmək şansı
yaradacaq.
Elməddin
Üç nöqtə.- 2011.- 19 yanvar.- S. 4.