İstiqlal Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

 

20 yanvar şəhidlərinin xatirəsi İstiqlal Muzeyində də anılıb. Sənət ocağında faciənin 21-ci ildönümünə həsr olunmuş “Tarixə çevrilmiş şəkillər” adlı sərgi keçirilib. Ekspozisiyada 1990-cı ildə baş vermiş qanlı hadisələri əks etdirən 50-yə yaxın foto nümayiş etdirilib. Anım mərasimində "20 Yanvar" Cəmiyyətinin üzvləri, 20 yanvar şəhidlərinin yaxınları, eləcə də hadisələrin canlı şahidləri öz xatirələrini bölüşüb. “Ayın 19-da eşitdim ki, mərkəzi aparatın qabağında nümayiş var. Hadisələri çəkməyə başladım. Səhərisi gün tanklar Bakıya gəldi. Biz oradan xəbər tutduq. Mən elə başa düşdüm ki, camaatı qıracaqlar. Demək olar ki, axşama qədər çoxlu kadrlar çəkdim. Həmin o hadisələrdə təxminən 200-ə yaxın şəkil çəkdim”, - deyə fotoqraf Tahir Cəfərov xatirələrini bölüşüb.

 

 

Emin

 

Üç nöqtə.- 2011.- 19 yanvar.- S. 4.