Teatrın simasını
baş rejissor müəyyən etməlidir
Bəs, bizim teatrlarda vəziyyət necədir?
Mədəniyyət və
Turizm Nazirliyinin teatrlarda bədii rəhbər funksiyalarına
xitam verməsindən bir beş il
keçir. Artıq o vaxtdan teatrlarda bir direktor
var, təşkilati məsələləri yerinə yetirmək
üçün, bir də baş rejissor, o, da
yaradıcılıq prosesinə cavabdehlik daşıyır.
Teatrların bədii rəhbərləri, baş rejissorları və
direktorları, onların hansının hansı funksiyanı
yerinə yetirmələri, statuslarının sərhədləri
barədə az-çox aldığımız məlumatlardan
bilirik ki, teatr bütün dünya praktikasında baş
rejissorun adı ilə təşəkkül tapır. Stanslavski teatr, Vaxtanqov teatrı və ilaxır, bu
siyahını Azərbaycan teatrının adı ilə də
davam etdirmək olar. Adil İsgəndərov
(1938-60-cı illəri əhatə edir), Tofiq Kazımov
teatrı (1964-80-ci illər). Gənc
Tamaşaçılar Teatrının tarixində Zəfər
Nemətov dövrü olub (1950-70-ci illər). İndi nədənsə elə bir teatrımız
yoxdur ki, hansısa baş rejissorun adı ilə
tanınsın. Mövzuya mütəxəssisləri
də cəlb etməklə baş vurduq. Görək,
bədii rəhbər vəzifəsinin ləğv olunması
teatrın xeyrinə işlədimi?
Teatrşünas İlham Rəhimli
belə hesab edir: “Tarixən teatrlarda direktor vəziffsi də
olub, bədii rəhbər də, amma həmin adam
elə baş rejissorun funksiyasını yerinə yetirən
yaradıcı şəxs təyin
olunarmış. Bədii
rəhbər vəzifəsi yalnız
Musiqili Komediya Teatrında və Opera teatrında ola bilər, çünki orda baletmesyter də
var, baş baletmeyster də, xoreoqraf da olur, baş xoreoqraf da. Bunlar ayrı-ayrı yaradıcı qruplardır. Dram Teatrında isə yalnız baş rejissor
olmalıdır, hətta direktor, bədii rəhbər,
başqa sözlə baş rejissor deyil, başqa bir nəfər
təyin olunsa belə yaradıcı truppa yalnız baş
rejissora tabe olmalıdır.
Bədii rəhbər əslində elə
baş rejissorun özüdür. Əgər
teatrda baş rejissor varsa, ikinci ştata – bədii rəhbərə
ehtiyac yoxdur.
Baş rejissor, yaxud başqa
dillə bədii rəhbər təyin olunan adam
müstəqil bir-neçə tamaşa qoymuş
olmalıdır.
Teatrın
yazılmamış qanunlarına görə, direktorun baş rejissorsuz işə
yaradıcı adam götürməyə ixtiyarı yoxdur. Direktora yaradıcılıq prosesinə
qarışmaq ixtiyarı verilmir. O, yalnız inzibati
işləri həyata keçirə bilər.
İnzibatçı, sərəncamçı direktor vəzifələri sən
demə, bədii rəhbərlə direktor vəzifəsi birləşdirilib
bir şəxsə, özü də bədii rəhbər
funksiyasını yerinə yetirməyə ixtiyarı
çatmayan şəxsə həvalə olunan vaxtdan
yaranıb.”
Mütəxəssisin
fikrincə teatra baş rejissor təyin olunan yaradıcı
insan müstəqil surətdə ən azı bir-neçə
tamaşa ortaya qoyub, özünü sübut elmiş
olmalıdır. Əks halda teatrın bütün yaradıcı
yükünü çiyinlərində daşıyan,
ayrı-ayrı rejissorlar tərəfindən səhnəyə
qoyulan tamaşaları da korrektə etmək hüququnda olan
baş rejissorluğu
necə həyata keçirə bilər?
“Teatr tariximizdə
aktyor bədii rəhbər vəzifəsinə təyin olunub,
amma özünü rejissor kimi sübut edəndən sonra. İndiki dövr
üçün bədii rəhbər heç olmasa
özünün yaradıcılıq konsepsiyasını
ortaya qoymalıdır ki, mən nə istəyirəm. Yoxsa
öz oynadığı obrazlardan birinin belə
ali məqsədini açıb ortaya
qoymağı bacarmayan aktyor bədii rəhbərlik edə
bilməz. Onun hansısa rejissorun səhnələşdirdiyi
tamaşanı korrektə etmək hüququ yoxdur. Hərçənd, bütün fərdi işlər
bədii rəhbərin dəsti-xətti ilə teatrın ənənələrinə
söykənən ümumi poetikasına xidmət etməlidir. İstəyirsən həmin
vəzifəni baş rejissor adlandır, istəyirsən bədii
rəhbər, istəyirsən lap rejissor başı, fərqi
yoxdur. Əsas məsələ ondadır ki, həmin
şəxs teatrın yaradıcı iqlimini müəyyən
edəndir, lakin
bu gün bəzi teatrlarımızda həmin funksiyanı yerinə
yetirən şəxslər yarıdıcılığa
cavabdeh kimi işə yaramırlar. Yenə baş rejissor təyin
olunan adam heç olmasa ixtisasca rejissordur və
tamaşalar hazırlayıb, deməli müəyyən təcrübəsi
var. Bədii rəhbər olmasa da olar. ”
Gənc
Tamaşaçılar Teatrında Mübariz Həmidov direktor,
Cənnət Səlimova ötən il baş rejissor təyin
edilib. Musiqili Komediya
Teatrında Əliqismət Lalayev direktor vəzifəsini
daşıyır. Yusif Əkbərov baş
rejissordur. Bu teatrda sərəncamçı
direktor da var, Elxan Ocaqov. Belə olan halda həmin
teatrda və Opera və Balet Teatrında baş rejissorun
funksiyaları artır, yaradıcılıq baxımından.
Opera və Balet
Teatrında da direktor Akif Məlikovdur,
baş rejissor Hafiz Quliyev.
Baş teatrımız Akademik Milli Dram Teatrında bütün səlahiyyət
direktora həvalə olunub.
Üç nöqtə.- 2011.-
28 yanvar.- S. 13.