Dövlət qadınlara kişilərə balans yaratmağa kömək edir

 

Ölkə qanunvericiliyində ailə mənafeyinə xidmət edən bir sira hüquqlar təsbit olunub

 

 Əmək pensiyaları haqqındaAzərbaycan Respublikasının Qanununa əsasən 62 yaşına çatmış kişilərin   57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Üç uşağı doğub onları səkkiz yaşına qədər tərbiyə etmiş azı 5 il sığorta stajı olan qadınlar 51 yaşına çatdıqda əmək pensiyası hüququ qazanırlar. Hər uşağın sayı artdıqca qadının pensiya yaşı bir il azalır.

Əmək bazarında qadınların artan iştirakını bunun əhəmiyyətini nəzərə alaraq dövlət qadınlara kişilərə ailə həyatı arasında balans yaratmağa kömək etmək niyyətindədir. Bu məqsədlə, ölkə qanunvericiliyində ailə mənafeyinə xidmət edən bir sıra hüquqlar təsbit edilib.

Məzuniyyətlər üzrə təminatlar, son dəyişikliklər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsində bir sıra qaydalarla təsbit edilir. Bu Məcəllənin 117-ci maddəsi 14 yaşınadək, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara uşağını təkbaşına böyüdən kişilərə əlavə məzuniyyət verilməsini nəzərdə tutur; həmin maddə uşağı övladlığa götürmüş şəxslərə aid edilir. Həmin Məcəllənin 125-ci maddəsi hamiləliyə doğuşa görə 126 təqvim günü müddətində ödənişli məzuniyyəti nəzərdə tutur; kənd təsərrüfatında çalışan qadınlar üçün belə məzuniyyətin müddəti daha artıqdır.

Sənədin 126-cı maddəsi uşaqları övladlığa götürmüş qadınların  məzuniyyət hüququnu təsbit edir. 246-cı maddəsi isə uşaqlarını anasız böyüdən işçilər üçün hüquq təminatları nəzərdə tutur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, uşağa qulluğa görə sosial məzuniyyət  cinsindən asılı olmayaraq bütün işçilərə verilir.

Dövlət Əmək Müfəttişliyi əmək qanunvericiliyinin tam həyata keçirilməsinə dövlət nəzarətini gücləndirmək məqsədilə öz fəaliyyətini genişləndirib. Adın sahibkarların özəl sektorda çəkisi daim artmaqdadır. Məlumata əsasən sahibkarlıqla məşğul olan qadınların sayı 15 faizədək artıb.

Azərbaycan Respublikasında yoxsulluğun azaldılması davamlı inkişaf Dövlət Proqramı”nda, eləcə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş 2006-2015-ci illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasında qadın sahibkarlığının stimullaşdırılması, kiçik müəssisələrin inkişafı prosesində gender bərabərliyinin təmin edilməsi s. daxil olmaqla qadınların işlə təmin edilmələri üzrə kompleks tədbirlər nəzərdə tutulub. Məşğulluq Strategiyasında ayrıca bölmədə ailə ilə işi uzlaşdırmaq məqsədilə qadınlar üçün azad növlərindən geniş istifadə nəzərdə tutulub.

Azərbaycanda qadın sahibkarlığı əsasən tekstil kənd təsərrüfatı sahələrində inkişaf edib. Dövlət təsdiq edir ki, qadınların dəstəklənməsinə yönəlmiş siyasət qadın sahibkarlığında həm yeni işlərin başlanması, həm uzun müddətli inkişafa nail olmaqda uğurla nəticələnə bilər.

Son illərdə qadın sahibkarlığının inkişafı üçün bir sıra mühüm tədbirlər görülmüş müxtəlif mexanizmlər yaradılıb. 2007-ci ildən etibarən Sahibkarlığa Yardım Milli Fondu qadın sahibkarların maliyyələşməsi mənbələrini genişləndirib. Bundan əlavə, yaradılmış mikro-kredit mexanizmləri ilkin kapitalın təmin edilməsində mühüm rol oynayır. Ölkədə kiçik orta müəssisələrin maliyyələşdirilməsi üzrə beynəlxalq regional maliyyə təşkilatları ilə birgə təşkil edilmiş kredit xətləri mexanizmləri yeni sahibkarlıq fəaliyyətinə başlayanlar üçün daha geniş imkanlar yaradıb.

Qadın sahibkarlığının inkişafına digər bir əhəmiyyətli dövlət dəstəyi məsləhət, məlumatlandırma xidmətləri sair daxil olmaqla bir sıra xidmətlərin texniki təminat səviyyəsinin artırılması formasında olub.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində sahibkarları məsləhət, məlumatlandırma, marketinq treninq xidmətləri ilə təmin edən Biznes Treninq Mərkəzinin yaradılması nəzərdə tutulub. Artıq ölkənin bir neçə bölgəsində regional bölmələr təsis edilib. Regional Biznes Mərkəzləri məlumatlandırma, məsləhət treninq xidmətlərini təkmilləşdirəcəkdir. Artıq ölkədə qadın sahibkarlarının bir neçə ictimai birlikləri fəaliyyət göstərir. Qadın sahibkarların problemləri ilə daha fəal məşğul olmaq məqsədilə 2005-ci ildə Qadın Sahibkarların Assosiasiyası təsis edilib.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən uşağının üç yaşınadək sosial məzuniyyətində olan həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlarla yanaşı uşağını təkbaşına böyüdən kişilərin attestasiyası keçirilmir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əmək müqaviləsinə işçi tərəfindən xitam verilməsi qaydalarını tənzimləyən müvafiq maddəsinə əsasən yaş əlilliklə əlaqədar təqaüdə çıxdıqda, təhsili davam etdirmək məqsədilə təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürən ilə əmək müqaviləsi bağladıqda bu maddəyə edilmiş dəyişikliyə əsasən seksual qısnamaya məruz qaldıqda, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda işçinin əmək müqaviləsinə ərizədə göstərilmiş tarixdə xitam verilə bilər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən işçi cinsi qısnamaya məruz qaldıqda da işəgötürən maddi məsuliyyət daşıyır.

Azərbaycan Respublikası sağlamlığın mühafizəsi məsələsinə prioritet sahə kimi diqqət yetirir. Dövlət nəinki qadınlar üçün səhiyyə xidmətlərindən istifadə etməyə bərabər hüquqları təmin edir, həm qadınların sağlamlıqla bağlı ehtiyaclarına da xüsusi diqqət yetirir. Dövlət genderin sağlamlıqla bağlı bərabərsizliklərin vacib aspekti olduğunu qəbul edir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi gender perspektivinə qadın sağlamlığına ünvanlanmış bütün siyasət proqramlarında mərkəzi yer verir. Dövlət həmçinin səhiyyə xidmətlərindən bərabər hüquqlu istifadə üçün imkanları keyfiyyəti təmin etmək məqsədilə həm dövlət, həm özəl sektorlar tərəfindən qadınlara göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini ciddi nəzarətdə saxlayır.

2006-cı ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları beynəlxalq təşkilatların (BMT-nin Əhali Fondu, Dünya Bankı, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu) iştirakı ilə səhiyyə sahəsində islahatların həyata keçirilməsi ilə bağlı layihəyə başladı. Bura qadınların sağlamlığına xüsusi diqqət yetirməklə keyfiyyətli səhiyyə xidmətinin inkişaf etdirilməsi məqsədilə kompleks milli strategiya daxildir. Həmin layihə çərçivəsində əsas diqqət çarpayıların sayının artırılmasına, həmçinin daha geniş maliyyə resurslarına keyfiyyətli tibbi xidmətə olan tələbata verildi.

 

 

Üç nöqtə.- 2012.- 1 avqust.- S. 9.