Aliə münaqişəsinin
ağır sosial nəticələri ola bilər
Qender sistemi
qender münasibətlərinin təhlilinin struktur səviyyəsi
ilə bağlıdır
Təkrar istehsal dedikdə fəaliyyət və qiymətləndirmə, davranış və hissiyyat, yaşayışa gündəlik yardım edilməsi ilə bağlı vəzifə və münasibətlər nəzərdə tutulur
İlk dəfə olaraq qender kontraktı anlayışı XX əsrin 90-cı illərində Skandinaviya feminist tədqiqatçıları tərəfindən cinslərarası və onların dinamikasında dominant tipləri təsvir etmək üçün işlədilmişdir. Lakin bu vaxta qədər kontrakt mövzusu ABŞ-da, Böyük Britaniya və Qərbi Avropanın bir sıra ölkələrində işlənilmişdir. Kontrakt qarşılıqlı fəaliyyət qaydaları kimi, istehsal və təkrar istehsal sahəsində əməyi cinsi əlamətlərinə görə müəyyənləşdirən hüquq və vəzifələr kimi, qadın və kişi arasında qarşılıqlı məsul münasibətlər, o cümlədən müxtəlif nəsillər arasındakı münasibətlər kimi təsvir edilir.
Təkrar istehsal dedikdə fəaliyyət və qiymətləndirmə, davranış və hissiyyat, yaşayışa gündəlik yardım edilməsi ilə bağlı vəzifə və münasibətlər nəzərdə tutulur. Müasir cəmiyyətdə qender kontraktı kütləvi və qeyri-rəsmi sahələrdə əməyin bölünməsindən asılıdır. Qender kontraktı ilə bağlı, məsələn, ailədə və ailədən kənarda ev təsərrüfatının və uşaqlara xidmətin kim tərəfindən, kimin hesabına və hansı resurslarla təşkil edilməsini müəyyənləşdirilir: ər tərəfindən yardım alan və işləməyən ana, ər və arvadın əmək haqqı ilə pulun ödənilən muzdla tutulmuş işçilər, qohumlar və ya hökumət;
İngilis tədqiqatiçısı R.Krompton əməyin qender bölgüsünün beş modelini ənənəvi qender münasibətləri həddlərin də təsvir edir. Əməyin bölünməsi anlayışı altında pulu ödənilən qayğı və işlər, yəni təkrar istehsal sferasında fəaliyyət nəzərdə tutulur. İlkin model-yaxşı qavranan ər; ənənəvi qender mədəniyyəti üçün xarakterik olan qadın-evdar qadın-qadın subordinasiyasının normativ şərtləri deməkdir. İkinci model iki karyeralı ailədir: burada qadın tam olmayan iş günü işləyir, tam olmayan gün ərzində ev təsərrüfatında xidmət edir. Bu modelə görə belə situasiya yaranır: qadın kütləvi sferadakı işinin qismən məşğulluğunu qeyri-rəsmi işindəki ənənəvi məsuliyyətlə uyğunlaşdırır. Qadın
əmək bazarında tam məşğuliyyətə qoşulduqda bu zaman tam hüquqlu iki karyeralı ailə formalaşır (qender bölümünün üçüncü və dördüncü modelləri). Bu modellər arasındakı fərq ondan ibarətdir ki, üçüncü modeldə ailə barədə qayğı funksiyasını dövlət öz üzərinə götürür. Dördüncü modeldə – ev təsərrüfatında qayğı və xidmət bazar mexanizmi vasitəsilə həyata keçirilir. Daha ənənəvivi beşinci modeldir, burada qadın və kişi həm haqqı ödənilən işdə, həm də ev işlərində bərabər iştirak edir. Skandinaviyada bərabərlik kontraktı çərçivəsində qender rollarının yeni şərhi dövlət feminizm siyasəti ilə, yəni qadınlara münasibətdə qadınları və qadın məsələlərini birləşdirən bərabərlik siyasətinin
möhkəmlənməsidir.
Konkret tarixi kontekstlərdə bir-biri ilə yanaşı müxtəlif qender kontrakları mövcuddur, bunlar bir yerdə qender sistemini təşkil edir. Qender sistemi altında kişi və qadınlar üçün davranış qaydaları nümunələrini işləyib hazırlayan institutlar və sosial qarşılıqlı fəaliyyət daxil olmaqla çoxsəviyyəli
fenomen nəzərdə tutulur. Qender sistemi anlayışı qender münasibətlərinin təhlilinin struktur səviyyəsi ilə bağlı olur. İlk dəfə cinsqender sisteminin müəyyənləşdirilməsi 70-ci illərin ortalarında antropoloq Q.Rubin tərəfindən belə verilmişdir: «cəmiyyətin bioloji seksuallığını insan fəaliyyətinin məhsuluna
çevirməyə köməklik göstərən mexanizmi dəsti».
Lakin hazırda tədqiqatlar qender münasibətlərini araşdırarkən, qender qaydalarının daha çevik təliminə üstünlük verilir. Qender qaydaları gündəlik, simvolik, ideoloji, institusional səviyyədə müxtəlif cəmiyyətlərdə cəmləşən kişi və qadınlar arasında tarixən qəbul edilmiş hakimiyyət münasibətlərinin
nümunələridir. Bu qaydalar çərçivəsində dominant qender kontraktı mövcuddur, bu kontrakt istehsal və təkrar istehsal prosesində kişi və qadıqnların vəziyyətini müəyyənləşdirir. Konkret qender praktikaları həyatın nisbətən avtonom sferalarında cəmlənir.
Beləliklə, qender qaydaları alimlər tərəfindən və postsovet dövründə müxtəlif sosial təbəqələrin müxtəlif qender rolunu və statusunu təyin edən qender kontraktlarının cəmi qəbul edilir.
Alimlər tərəfindən təsvir edilən qender kontraktları bu gün qəti qəbul edilmiş və ya bir-birini təkzib edən kontraklar deyil. Nəzərdə tutulur ki, işləyən ana kontraktı az təminatlı ailələrdə sabitləşmişdir, belə ailələrdə ailəni təmin edə bilməyən kişilərin marginaliziyası yaranır. Yüksək təbəqələrdə çox vaxt kişi – ailənin təminaticisi və arvad – evdar qadının kontraktına rast gəlmək olur,
eyni zamanda belə kontrakt bir sıra fəhlə dairələrində də yayılmışdır. Bu zaman kontrakt işləyən ana və ya evdar qadın kimi nəzərdə tutulur. Öz peşəkarlığında müvəffəqiyyət qazanmış qadın işləyən ana mövqeyindən karyerasını artırmağa yönəlmiş qadınların mövqeyinə keçə bilər. Belə qadınlar üçün
peşəkarlıq cəhətdən özünürealizə maraqları ön palan çəkilir.
Beləliklə, qender münasibətlərinin müasir dəyişmələri dövlətin məqsədyönlü siyasətinin və siyasi debatların nəticəsi deyildir. Onlar daha dəqiq desək, dəyişkən iqtisadi şəraitə və müxtəlif qrupların strategiya hazırlığına qarşı kortəbii adaptasiyasının nəticəsidir.
Son onilliklər dünyada əhalinin urbanizasiya templərinin, şəhərlərin artması yalnız yaşayış yerləri və qidalanma problemlərindən ibarət deyildir. Əsas xüsusiyyət ondan ibarətdir ki, əhali artımı və sosiumun eybəcər şəklə düşməsi insanların tolerantlığını azaldır, depressiv reaksiyaları, nevrozları,
aqressiv davranışları artırır.
Elə bir ölkə, insan qrupları yoxdur ki, onlara zorakılıq toxunmasın. Zorakılığın nümayişi, onun haqqında məlumat kütləvi informasiya vasitələrində aşıb daşır. Zorakılıq hər yerdədir, o iş yerlərində, küçələrdə, məktəblərdə, müəssisələrdə mövcuddur. Bu universal zorakılıq cəmiyyətin strukturunu bölür, həyat sağlamlıqına və bütün insanların xoşbəxt olması üçün təhlükə yaradır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada hər il 1,6 mln. adam zorakılıq nəticəsində həlak olur. Belə ki, hər ölənin payına daha çox yaralanan, zorakılıq nəticəsində fiziki, seksual, reproduktiv və psixi xəstəliklər alanlar düşür. Bütün dünyada 15 yaşından 44 yaşına qədər ölümlərin vacib səbəbləri sırasında zorakılıq da var; kişilərin 14%, qadınların isə 7%-i bu səbəbdən dünyasını dəyişir.
Bir çox adamlar öz peşəkar həyatında zorakılıqla rastlaşanda əziyyət çəkirlər, çünki bu onların şəxsi həyatının xoşagəlməz məsələləri ilə bağlıdır. Zorakılıqdan danışmaq mənəviyyatın, ideologiyanın və davranış mədəniyyətinin mürəkkəb mövzularına toxunmaq deməkdir. Konkret cəmiyyət və ya qrup çərçivəsində yaranmış əsas normalara qarşı gedən deviant davranış adlanır. Sosioloji nöqteyi-nəzərindən bu davranışın araşdırılmasının mürəkkəbliyi deviant sosial şərtlərindəndir, yəni elə bir hərəkət yoxdur ki, o əvvəldən anormal olmuş, cəmiyyətlərdə və ya başqa şəkildə onlar, bütün dövrlərdə bütün cəmiyyətlərdə pislənmişlər. Bütün sosial fəaliyyətlər müəyyən qaydalarla idarə olunur, lakin bu qaydalar vaxt keçdikcə dəyişir. Sosioloqlar deviant davranışdan misallar gətirməli olurlar, sonra da şərait dəyişdikdə, onları istiqamətinin dəyişilməsi və ya digər şərhini verməli olurlar. Digər problem ondan ibarətdir ki, fərdin ehtimal edilən deviant davranışı həmişə özlüyündə olduğu kimi müəyyən edilmir, belə ki, hərəkətlərin yaranması şəraiti müşahidəçini bu adamların davranışını hərtərəfli mühakimə etməkdən məhrum edə bilər.
Üç
nöqtə.-2012.-25 dekabr.-S.-8