Ailə münaqişəsinin ağır sosial nəticələri ola
bilər
Zorakılıq
aktlarının mürəkkəbliyi, müxtəlifliyi insanlarda çarəsizlik və apatiya hissi yaradır
Təcrübə
göstərir ki, zorakı
davranışı və onun nəticələrini
qabaqlamaq mümkündür.
Buna görə də
zorakılığın mahiyyətini dəqiq müəyyənləşdirmək
lazımdır. Zorakılıq – son dərəcə
mürəkkəb və qeyri-müəyyən fenomendir. Onun müəyyənləşdirilməsi
– onun qısa elmi
izahının verilməsi demək deyildir,
burada hər şeydən əvvəl mühakimənin
yeridilməsi tələb olunur. İnsan davranışında nəyin qəbul
edilməsi və ya qəbul edilməməsi
barədə təsəvvürü həmin cəmiyyətdə
mövcud olan mədəni
ölçülərdən asılı idi
və sosial dəyərlər dəyişdikcə bu ölçülər də dəyişir.
Bir çox tədqiqatlar
vardır ki, onlar kimin tərəfindən və hansı məqsədlə
hazırlanmasından asılıdır.
Zorakılıq – qəsdən özünə, qeyri şəxsə, qrupa, birliklərə qarşı yönəldilmiş fikrin, qüvvələrin, hökmranlığın həqiqətən və ya qorxutmaq məqsədi ilə tətbiq edilməsi nəticəsində əmələ gələn bədən xəsarəti ilə, ölümlə, psixi travmalarla, inkişafdan qalma və s. ilə müəyyənləşdirilir. Bu tərifə zorakılığın
şəxsiyyətarası zorakılıq növlərini, habelə suisidial davranışı və silahlı basqınları özündə cəmləşdirir.
Misal üçün,
silahlı münaqişə və müharibələr
zamanı hərbi taktika üsulu
kimi ən eybəcər formalarını nümayiş etdirən zorakılıqdan
istifadə edilir. Xüsusi
olaraq, bunu
özündə qadınlar və uşaqlar
(qızlar) sınayır. Hərbi münaqişə
zonalarında qadınlara qarşı törədilən
zorakılıq (seksual əsarət, məcburi
hamiləlik, işgəncələr, insanların girov götürülməsi və s.) birbaşa onların və
uşaqların
hüquqlarının
pozulmasıdır.
Zorakılıq aktlarının mürəkkəbliyi, onların geniş yayımı və müxtəlifliyi insanlarda çarəsizlik və apatiya hissini yaradır. Zorakılığın tipologiyasının yaradılması daha ümumi xüsusiyyətlərinin və zorakılığın müxtəlif növlərinin bir-biri ilə əlaqəsinin seçilib ayrılmasına kömək edir.
Tipologiyada zorakılıq, onun
kim tərəfindən kimin
üzərində törədilməsindən asılı olaraq, üç kateqoriyaya bölünür:
özünə qarşı yönəldilmiş
zorakılıq, şəxsiyyətlərarası
zorakılıq və kollektiv
zorakılıq. Zorakılığın bu
geniş kateqoriyaları öz
tərəfindən daha spesifik
qruplara bölünür.
Belə ki, özünə
qarşı
yönəldilmiş zorakılığa suisidal
davranış və özü-özünə xəta yetirmək
daxildir. Zorakılığın şəxsiyyətlərarası
növü iki kateqoriyaya bölünür:
ailədə zorakılıq və tərəf müqabilə
münasibətdə zorakılıq; sosial
qruplarda, evdən kənarda
zorakılıq. Zorakılığın kollektiv
formasına siyasi, iqtsiadi
və ya
sosial məqsədləri əldə etmək məqsədilə müəyyən bir qrupun və ya şəxslərin əleyhinə hər-hansı bir qrupun əlində zorakılığın bir alətə çevrilməsi halları daxildir.
Həmin tipologiya fiziki, seksual, psixoloji və s. zorakılıq aktlarının təbiətinə də aiddir. Bundan əlavə, tipologiya zorakılığın baş verdiyi yeri, cinayətkar və onun qurbanı arasında, kollektiv zorakılıq hallarında isə onun təxmin edilən səbəblərini nəzərə alır.
Zorakılığın
ölçüsü bir
çox problemlərlə
bağlıdır. dünyanın müxtəlif ölkələrində
informasiya sistemləri inkişafın
müxtəlif mərhələlərindədir, ona görə də alınmış
informasiyanın tam olması, keyfiyyəti,
etibarlılığı və dəyərli olması ilə
çox fərqlənir. Bir çox
zorakılıq aktları heç qeydiyyatdan keçmir, çünki onlar
hökumətə heç
çatdırılmır. Belə ki, hər
il ölüm
halları haqqında demək olar ki, yarıya qədəri özünəqəsd,
üçdə biri – qətllər,
beşdə biri hərbi münaqişələrin
nəticəsində baş vermiş ölümlərdir.
Bütün qətllərin dörddə üçü kişilərin payına düşür, bu da qadınlara aid olan göstəricidən üç dəfə çoxdur. 100 min nəfər adama – 19,4 ölüm kişilərdə (15-29 yaş arasında), qalınlarda ən yüksək anadan olduqları dövrdə – 4,8, sonra isə 45 yaşdan yuxarı – 4,5 nəfərdir.
Ən
çox intihar
halları (100 min nəfərə 44,9 hal) 60 yaşdan yuxarı olan kişilərdə müşahidə edilir, həmin yaşda olan qadınlarda isə bu
göstərici 22,1 haldır. Əldə edilən məlumata
görə, Azərbaycanda kişilər tərəfindən qəsdən
öldürülmə hallarının törədilməsi 100 min
nəfərə 5,8 hal təşkil edir; intihar halları –
kişilərdə 1,1, qadınlarda – 0,3.
Rəsmi statistika zorla öldürülmə hadisələrini qeyd edə bilmir. Onlardan çoxunun xüsusilə qadınların, uşaqların və qocaların ölümünü xəstələnmə və başqa təbii səbəblərdə görürlər.
Ailədə, tərəfmüqabilləri
arasında zorakılıq bütün
ölkələr, mədəniyyətlərdə və cəmiyyətin
təbəqələrində mövcuddur.
Fiziki təcavüzkarlıqa
(döyülmə) əlavə olaraq, tərəf
müqabilinə münasibətdə aqressiya
zorakı cinsi əlaqədə və seksual əlaqəyə məcbur etmənin digər
formalarında partnyora şərt psixoloji təsirdə (qorxutmaq
və ya alçaltmaq)
və ya onun hərəkətləri
üzərində nəzarətin qoyulmasında təzahür
edir.
Qadınlar öz kişi tərəfmüqabilinə qarşı aqressiv olduğu və zorakılıq eyni cinsdən olan tərəfmüqabilləri arasında mövcud olduğu halda belə zorakılığın əsas ağırlığı kişilərin əlində olan qadınların üzərinə düşür. Məhz qadınlar əhalinin ən incidilmiş hissəsi hesab edilir; onlara münasibətdə həyata keçirilən zorakılıq – bu tarixən davam edən kişi və qadın arasında olan qeyri-bərabər münasibətlərdən irəli gəlir. Bütün dünyada aparılan tədqiqatların nəticələri göstərir ki, qadınların verdiyi məlumata görə onların 10-69%-nə qədəri ömrünün bu və ya başqa vaxtında kişi tərəfmüqabili tərəfindən fiziki zorakılığa məruz qalmışlar. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da kişilərin qadınlar üzərində hakimliyinin sosial modeli üstünlük təşkil edir və müvafiq olaraq burada qadınlar zorakılığa məruz qalırlar. Müxtəlif vaxtlarda ictimai təşkilatlar tərəfindən aparılan sosioloji tədqiqatlar bunu təsdiqləyir.
BMTPR-nın «Qender inkişafda» layihəsi
çərçivəsində 19-60 yaşında qadınlar
arasında sorğu
aparılmışdır. Respondent
qadınlardan 37%-i zorakılığın olması
faktını qeyd etmişlər. Onlardan 58%-i ailədə, 32%-i öz
ailələrində (ata evində), 10%-i ictimai həyatda (işdə, küçədə)
baş vermişdir.
Azərbaycan Sosioloji Assosiasiyası tərəfindən 2001-ci ildə aparılan sosioloji tədqiqatlar nəticəsində məlum oldu ki, sorğu iştirakçısı olan 2013 qadından yalnız 37%-i demişdir ki, onlara heç vaxt seksual qəsd edilmə-yibdir. 13% etiraf etmişlər ki, onlara açıq seksual qəsd edilibdir – 55%-ni iş sahibkarı, 35%-ni işdəki həmkarları, 26%-ni tanış olmayan şəxslər, 15%-ni atalığı, 9%-ni qaynatası etmişdir. Beləliklə, qadınlara çox vaxt əri və onun qohumları, onun ailə üzvləri tərəfindən və anadan olduğu ailədə zorakılıq edilir. Bütünlükdə ailədə zorakılıq deyərkən adətən ər (arvad) və ya partnyor tərəfindən baş verən fiziki təsir nəzərdə tutulur, eyni zamanda bu, böyüklər tərəfindən uşaqlara edilən fiziki təsirlərə də aid edilə bilər.
Feministlər təsdiq
edirlər ki, ailədə
zorakılığın, qadınlara münasibətdə ev zorakılığının kökləri
həyatın patriarxal quruluşunda
idi, bu quruluşda
kişilərə qadınlar üzərində hakimiyyət verilmişdi. Qadından itaətkarlıq
gözlənilir, çox zaman
qadın özü mənəvi cəhətdən
tabe rolunu yerinə
yetirməyə hazırdır.
Hüquq mühafizəsi orqanlarının qeyri-effektiv fəaliyyəti, zorakılığın qurbanlarını qorumalı olan sosial institutların olmaması, zorakılıq faktlarının kütləvi müzakirəsinin qadınlar tərəfindən təkidlə rədd edliməsi, qadınların hüquq mühafizəsi orqanlarına müraciət etməkdən çəkindirir.
Bunlar ev zorakılığı zamanı ailədaxili zorakılığını adi hadisə kimi qəbul edən qadınların özlərinin qorxu və imkansızlığı ilə daha da dərinləşir.
əvvəli
var...
Üç nöqtə.-2012.-27
dekabr.-S.-8.