Mədəniyyət müəssisələrinin gördüyü işlər internetlə yayımlanacaq

 

Əbülfəz Qarayev: “Azərbaycanın tar ifaçılıq sənətnin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi böyük uğurdu

Dünən Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirildi. İclasdan öncə jurnalistlər açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, kollegiya iclası mədəniyyət və turizm sahəsində bir il ərzində görülmüş işlərin təhilinə və 2013-cü ilin birinci yarısı üçün planının təsdiqinə həsr olunub: Bu il Azərbaycan üçün uğrulu keçdi. Bu da ötən illərdə qazanılan təcrübələrin nəticəsidir. İlin əvvəllərindən Azərbaycanın adı nüfuzlu beynəlxalq festivallarda, konfranslarda, dünyanın məşhur mədəniyyət ocaqlarında səsləndi. Bu günlərdə isə həmin uğurların sırasına daha möhtəşəmi əlavə olundu. Belə ki, Azərbaycanın tar ifaçılıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bu hadisənin böyüklüyü indi o qədər anlaşılmasa da, bunun mədəniyyətimiz üçün nə qədər əhəmiyyətli olduğunu gələcəkdə biləcəyik. Düşünürəm ki, 2013-cü il nə qədər səmərəli olsa, onu bu ilin bünövrəsi ilə əlaqələndirməliyik”.

Sonra iclasda çıxış edən nazir bildirdi ki, qarşıdakı ildə Azərbaycanı mədəniyyət sahəsində daha çox uğurlar gözləyir: “2013-cü ildə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçiriləcək. Ümumilikdə bu ildə keçiriləcək mədəniyyət hadisələri ulu öndər Heydər Əliyevin yubileyi ilə bağlı olacaq. Bu il Azərbaycanın 7 ölkədə keçirilən mədəniyyət günlərini, dahi sənətkarların yubileyləri, beynəlxalq fetivalları və “Eurovision-2012”-nin Bakıda keçirilməsi mədəniyyət sahəsində əldə edilən uğurlardır. Gələn ilbu cür festivalların siyahısına Qara QarayevMuğam festivalı əlavə ediləcək. Bu cür festivalların uğurlu keçirilməsi Azərbaycanı regionun mədəni paytaxtına çevirir. Teatr sahəsində də bir çox işlərin görülməsi planlaşdırılır. Gənc Tamaşaçılar və Kukla teatr festivallarının keçirilməsi nəzərdə tutulub. Kitabxana sahəsində də gələn ildə bir çox işlər görülməsi planlaşdırılır. Bunun üçün Baltikyanı ölkələrin təcrübəsindən yararlanacağıq. Bu ölkələrdə bütün kitabxanalar açıq və rahat fəaliyyət göstərir. Azərbaycanda kitab işinin təkmilləşdirilməsinə ehtiyac varbiz bunun üçün müəyyən addımlar atmağa qərar vermişik”.

“Bölgələrimizdə də mədəniyyət sahəsinin inkişaf etdirilməsinə çalışacağıq” - deyən nazir bildirdi ki, bu sahədə görülən işlər internet vasitəsilə yayımlanmalıdır: “Bölgələrdə bu sahəyə maliyyə ayrılır, mədəniyyət obyektləri tikilir, təmir olunur. Amma təqdimat zəif olduğuna görə, həmin obyektlərin daxilində bu yenilik hiss olunmur. Bu il çalışacağıq ki, bütün mədəniyyət müəssisələrinin gördüyü işlər internet vasitəsilə yayımlansın”. 

Mədəniyyət haqda qanunun qəbul olunması hər kəs tərfənindən bəyənildi. Hazırda bu qanun prezidentə təqdim olunub. Kinematoqrafiya sahəsində qanun üzərində işləyirik. Fransanın kino şirkəti ilə müqavilə bağladıq. Kino sahəsində təcrübəsi olan xarici ölkələrlə birliyimiz oldu. 2013-də bu sahədə daha çox işlər görüləcək. Bu il bütün mədəniyyət sahəsində çalışanlar var gücləri ilə Azərbaycanın mədəniyyət sahəsində inkişafı üçün çalışıblar. Növbəti ildə də işlərin daha məsuliyyətli olacaqlarına inanıram” – deyə Əbülfəs Qarayev bildirdi.

 

 

 

Üç nöqtə.-2012.-28 dekabr.-S.-13.