Gənc rəssamların sərgisi nümayiş olundu
Ağaəli
İbrahimov: “Gənclər Qərb mədəniyyətinə
daha çox maraqlıdırlar”
”Bu gün
ölkəmizdə “Gənclər günü” kimi qeyd olunur. Gəncliyin
yaşı rəsmən 29 yaş hesab olunsa da, bu bayramdan
çoxları yararlanmağa çalışır. Elə
ona görə də, təsəlli olaraq bu söz dildən
dilə gəzməkdədir. Hər kəs bir-birinə təki
qəlbimiz cavan olsun deyərək, bayramlaşır.
1996-cı ildə prezident Heydər Əliyevin sərəncamı
ilə təsdiq olunan bu tarix gəncliyə göstərilən
diqqət və qayğının bir nümunəsidir. Gənclər
günü MDB məkanında və Şərqi Avropa ölkələri
arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda
hər il Gənclər günündə bütün istiqamətlər
üzrə fəaliyyət göstərən gənclər
yekun hesabat verirlər. Mədəni aləmdə də gənclərin
aktivliyi hiss olunur. “Gənclər günü” münasibəti
ilə dünən Rəssamlar İttifaqında sərginin
açılışı oldu. Sərgi Mədəniyyət və
Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Rəssamlar
İttifaqının birgə təşkilatçılığı
ilə keçirilir. Tədbirdə çıxış edən
xalq rəssamı, ittifaqın katibi Ağaəli İbrahimov sərgi
ilə bağlı təəssüratlarını
bölüşdü. Onun sözlərinə görə,
artıq 15 ildir ki, davamlı şəkildə sərgi təşkil
olunur. “Gənclər günü” münasibəti keçirilən
sərgidə gənc rəssamların əl işləri
nümayiş olunur. “Bu il sərgidə 160 rəssamın 185 əsəri
təqdim olunur. Ancaq bizə 400-ə yaxın əl işi təqdim
edilib. İmkan daxilində hər kəsin əsərlərini
sərgiyə çıxarmağa çalışdıq. Əlbəttə,
məhdud şəraitə görə bəzi rəssamların
yalnız bir əsəri sərgidə nümayiş olunur”-
deyə A.İbrahimov bildirdi.
Xalq rəssamı qeyd etdi ki, bu sərginin
təşkil olunmasında məqsəd mədəniyyətimizin
inkişafına xidmət etməkdir: “Bu sərgilər gənclərin
bacarıqlarını nümayiş etdirir. Gənc rəssamların
işi ilə hər kəs tanış olmaq şansı
qazanır. Bildirim ki, artıq bəzi gənclər bizim
ittifaqa üzv qəbul olunublar. Bu gün həm də onlara vəsiqələri
təqdim etdik”.
Rəssamlıq Akademiyasında dərs
deyən və Rəssamlar İttifaqının katibi olan
Ağaəli İbrahimov mütəmadi olaraq gənclərlə
birgə işlər görür. Onlarla sıx əlaqədə
olan xalq rəssamı bu sərgidə iştirak edən gənc
rəssamların işlərini də “Üç nöqtə”
qəzetinə açıqlaması zamanı qiymətləndirdi:
“Əlbəttə, məni qane edən və etməyən bir
çox məqamlar var. Ancaq ümumilikdə gənc rəssamların
parlaq gələcəyini hiss etmək mümkündür. Diqqət
yetirsək, görərik ki, gənclər Qərb mədəniyyətinə
daha çox maraqlıdırlar. Lakin çox istərdim ki,
onlar Şərq mədəniyyətinə də bu cür
maraq göstərsinlər. Şərq elementlərindən
daha çox istifadə etsinlər. Dərs dediyim gənclərə
bunu aşılamağa çalışıram.
İnanıram ki, onlar da hamı kimi Qərbə deyil, həm
də Şərqə can atacaqlar”.
Qeyd edək ki, 3 gün davam edəcək
sərgiyə girişi pulsuzdur.
Üç
nöqtə.- 2012.-
2 fevral.- S. 13.