Geyim mədəniyyətimizin tarixi - milli geyimlərimiz

 

Zaman keçdikcə dəyişən, yeniləşən müasirləşən milli geyimlərimiz. Bu dəfə geyim mədəniyyətimizi özündə əks etdirən milli geyimlərimiz haqda danışacağıq. Hazırda milli geyimlərimiz gündəlik həyatda istifadə edilməsə , xalqımızın milli geyimi olaraq, dünyada tanınır. qədər Avropaya inteqrasiya etsək , öz milli geyimlərimizi geyinəndə üzümüzdə elə bir sima yaranır ki, bunu heç bir geyim əvəz edə bilməz. Sanki rahatlıq tapırıq. Milli geyimlərimiz Azərbaycan xalqının maddi mənəvi mədəniyyətinin çox çətin uzun çəkən inkişaf gedişi nəticəsində yaranıb. Xalqımızın maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Bu gün istifadə etməsək , qadın bel üst geyimi bir neçə tumandan, cütbalaqdan çaxçurdan, kişi milli üst geyimi isə, üst köynək, arxalıq, qaba çuxadan (çiyinüstü) ibarət idi.

Əməkdar İncəsənət xadimi, modelyer Fəxriyyə Xələfova milli geyimlərimiz tarixindən bugünündən danışdı: “Milli geyim tariximizə nəzər salsaq, görərik ki, bu tarix bir tərəfdən maraqlı, digər tərəfdən isə zəngindir. Maraqlı tərəf odur ki, milli geyimlərimizin tarixi maraqlı faktlarla doludur uzun inkişaf yolu olub. Son mərhələ isə XIX əsrin əvvəllərindən foto film çəkmək üçün texniki vasitələr icad olunandan sonra, faktlarda qalan nümunələridir. Bu cür foto filmlər bu gün üçün tarixi geyimlərimiz haqda öyrənməyə şərait yaradır. Biz həmin bu foto filmlərdə müşahidə edirik ki, milli qadın geyimlərimiz formasına, rəng palitrasına, parça seçiminə görə zərif, incə, pozitiv əhval-ruhiyyəli olub. Bu geyim nümunələrinə köynək, arxalıq, tuman üçlüyü daxil olub baş örtüsündən istifadə olunub. Bunun üçünsə, yüngül kələğayı ipək örpəkdən istifadə olunurdu. Bu geyimlərdə zəngin aksesuarlardan istifadə edilib. Qızıl, gümüş müxtəlif daş-qaşlarla bəzədilmiş kəmərlər milli geyimlərin dəstinə daxil idi. Fotolarda əks olunan bu geyimlər əsasən, zəngin təbəqənin geyimləri idi. Bütün xalq bu cür geyimlər geyinməsə , xalqın digər nümayəndələrinin geyimləri çox gözəl tikməli keyfiyyətli parçalardan olub. Ola bilsin ki, sadə aksesuar cəhətdən zənginliyi az olsun, amma özündə həmişə milliliyi əks etdirib. Bu baxımdan Azərbaycan milli geyiminin çox gözəl ən-ənələri olub. Muzeylərdə saxlanan ya fotosu qalan milli geyimlərimizdən görünür ki, bu geyimlərin bədii tərtibatı tikmə forması heç adi texnikaya oxşamır. Bu onu deməyə əsas verir ki, Azərbaycan müxtəlif rəngdə formada parça istehsalı baxımından zəngin olub. Bir çox ölkələrin milli geyimləri ilə tanış olduğuma görə deyə bilərəm ki, bəzi ölkələrin milli geyimləri inkişaf yolu keçməyib, parça tikmə baxımından zəngin deyil. Kişi milli geyimlərimizə gəldikdə isə, həmişə nizam-intizamı, hərbi ruhda olması ilə seçilib. Bunlar geyimlərin tərtibatında hiss olunur. Azərbaycanın torpaqlarının hər bir xanlığının da özünəməxsus geyim dəbi var idi. O dövrlərdə geyim sektoru çox yaxşı işləyirdi xalq da gözəl geyim geyinirdi. Bu gün modelyerlər milli geyimlərdən istifadə edərək, öz kolleksiyalarını yarada bilərlər. Dəb anlayışına gəldikdə isə, bu başqa cür aparılmalıdır. Bu müasirləşdirmə olmur. Sadəcə bu naxışlar müasir zamanın tələbinə uyğun şəkildə işlənilib, dəbə salınır. Bu işin uğurla aparılması isə modelyerin bacarığından asılıdır. Bir etnik milli prototip dizayner əl işi var. Bunların arasında fərq olmalıdır. Əgər təkrarlanmadırsa, bunu dizaynerin əl işi adlandırmaq olmaz. Milli geyimlərimizə yalnız Novruz bayramlarında müraciət olunur. Lakin gərək bu cür olmasın. Məsələn, bizim gözəl kəlağayılarımızı hər kəs öz geyimində aksesuar kimi tətbiq edə bilər. Əsas odur ki, geyim mədəniyyətimizi özündə əks etdirən milli geyimlərimiz yaşadılsın biz digər sərvətlərimiz kimi öz milli geyimlərimizlə dünyada tanınaq”.

 

 

Üç nöqtə .- 2012.- 24 iyul.-  S. 13.