“Leyli və Məcnun”
operası ABŞ-da tamaşaya
qoyulub
Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ˝Leyli və Məcnun˝ muğam
operası Kaliforniyanın San Fransisko şəhərində ifa
edilib
500-dək
tamaşaçının iştirak etdiyi opera
tamaşaçıların gurultulu və
ayaqüstü alqışları ilə
qarşılanıb
Azərbaycanın Los
Ancelesdəki Baş Konsulluğunun
verdiyi xəbərə görə, opera San Fransisko
Dünya Musiqisi
Festivalı (San Francisco
World Music Festival) çərçivəsində səhnələşdirilib.
Bu, ˝Leyli və Məcnun˝
operasının ABŞ-da ilk
nümayişidir.
Azərbaycanın
Los Ancelesdəki Baş
Konsulu Nəsimi Ağayev
tədbiri giriş sözü
ilə açaraq, ˝Leyli
və Məcnun˝ operası barədə məlumat verib, onun müsəlman
dünyasında ilk opera
olduğunu və indiyə kimi
sevilə-sevilə ifa edildiyini
qeyd edib. Sonra diplomat Azərbaycanın
xalq artisti, məşhur
pianoçu, hazırda San
Fransiskoda yaşayan Çingiz Sadıqova San Fransisko Dünya Musiqisi Festivalının xüsusi
fəxrnaməsini təqdim edib. Fəxrnamə
Ç.Sadıqova Azərbaycan musiqi və
mədəniyyətinin ABŞ-da və bütün dünyada təbliği
sahəsində gördüyü işlərə
görə verilib.
Sonra opera
tamaşası başlanıb. Gənc xanəndələr
Vüsalə Musayeva və İlkin
Əhmədov Leyli və Məcnun
rollarını ifa ediblər. Mahir instrumental
ifaçılar İmamyar Həsənov (kamança) və Rüfət Həsənov (tar), eləcə də Çin,
Hindistan, Cənubi Koreya
və ABŞ musiqiçilərindən ibarət orkestr xanəndələrimizi müşayiət
edib.
500-dək
tamaşaçının iştirak etdiyi opera
tamaşaçıların gurultulu və
ayaqüstü alqışları ilə
qarşılanıb.
Üç
nöqtə. – 2012. – 13 noyabr. – S. 13.