Ekologiyada həllini tapmayan problemlər qalır

 

Hüseyn Bağırov: «Bu sahənin inkişafı üçün insanların təfəkkürünü yönləndirmək lazımdır»

 

Qeyd edək ki, tədbir noyabrın 16-da öz işini yekunlaşdıracaq

 

 «Park İnn» otelində «Yaşıl iqtisadiyyat» mövzusunda tədbir keçirildi. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dedi ki, görülən işlər nəticəsində ətraf mühitə atılan qaz tullantılarının sayı 2 dəfə azalıb. Belə ki, əgər əvvəllər ətraf mühitə 74 milyon ton karbon qazı buraxılırdısa, indi bu rəqəm 40-42 milyon tondur: «Nəqliyyat sahəsini buradan çıxsaq, rəqəmlər 30-35 faizədək azalmış olar. Bunun əsas səbəblərindən biri də ölkədə «yaşıl iqtisadiyyat»ın inkişafı istiqamətində həyata keçirilən işlərdir. «Yaşıl iqtisadiyyat»ı inkişaf etdirmək üçün insanların təfəkkürünü bu sahəyə yönləndirmək və onu qorumaq lazımdır».

Tədbirin davamında çıxış edən Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov vurğuladı ki, 2013-cü ildən «Yaşıl iqtisadiyyat»a dair yeni araşdırmalar həyata keçirəcək: «Mərkəz bu araşdırmanı AMEA və Azərbaycan Diplomatiya Akademiyası və bir sıra digər təşkilatlarla həyata keçirəcək. Ətraf mühitlə bağlı bu cür tədbirlərin keçirilməsində humanitar elmlərin də xüsusi yeri var. Dövlətin bu sahədə apardığı tədbirlər nümayiş etdirilməlidir ki, hansı istiqamətdə olan tədbirlərin daha əlverişli olduğu üzə çıxsın. Əsas fikrimiz odur ki, bu sahədə aparılan bütün işlər yaşıl iqtisadiyyatla səsləşsin».

BMT-nin ətraf mühit proqramının regional direktoru Jan Dusik giriş nitqində bildirdi ki, Azərbaycanda hökumət tərəfindən ekologiya ilə bağlı bir sıra tədbirlər həyata keçirilirmühüm işlər görülür: «Ancaq ekologiya sahəsində hələ də öz həllini tapmayan bəzi problemlər qalır. Onların da həlli «yaşıl iqtisadiyyat»ın inkişaf etdirilməsindədir. Bu istiqamətdə Azərbaycanda yaxşı şərait var. BMT müəyyən işlərin görülməsində ölkənizə hər zaman dəstək olmağa hazırdır».

BMT-nin ətraf mühit proqramının regional direktoru Jan Dusik bildirdi ki, Azərbaycanda hökumət tərəfindən ekologiya ilə bağlı bir sıra tədbirlər həyata keçirilirmühüm işlər görülür: «Ancaq ekologiya sahəsində hələ də öz həllini tapmayan bəzi problemlər qalır. Onların da həlli «yaşıl iqtisadiyyat»ın inkişaf etdirilməsindədir. Bu istiqamətdə Azərbaycanda yaxşı şərait var. BMT müəyyən işlərin görülməsində ölkənizə hər zaman dəstək olmağa hazırdır».

J.Dusikin sözlərinə görə, Azərbaycan regionda lider dövlət kimi «yaşıl iqtisadiyyat»ın inkişafında da mühüm rol oynayacaqbunun inkişafına mühüm köməklik göstərəcək: ««Yaşıl iqtisadiyyat»ı inkişaf etdirmək yalnız qəbul olunan sənədlərdən asılı deyil, bunun üçün insanların köməyi də lazımdır».

J.Dusik qeyd etdi ki, insanların həyat səviyyəsinin yaxşılaşdırması üçün «yaşıl iqtisadiyyat» dayanıqlı inkişafa söykənməlidir: «Hər kəs başa düşməlidir ki, «yaşıl iqtisadiyyat»ın inkişaf etdirilməsi qanunvericiliyin tələbi yox, müasir zamanın əsas qanunu və tələblərindən biridir. Bu işlərə bütün dünya üzrə 2008-ci ildən başlanılıb.  «Yaşıl iqtisadiyyat»ı inkişaf etdirməklə onu mühüm irəliləyişlərə nail olmaq olar».

BMT-nin ətraf mühit proqramının Avropa üzrə regional koordinatoru Mahir Əliyev isə çıxışında bildirdi ki, Azərbaycanda «yaşıl iqtisadiyyat»ın yaradılması üçün əlverişli şərait var. Bu istiqamətdə görülən işləri BMT çox yüksək qiymətləndirir».

Onun sözlərinə görə, hazırda bu istiqamətdə əsasən 3 sahə - energetika, kənd təsərrüfatı və nəqliyyat sahələri araşdırılır və öyrənilir: «Bu sahələrdə «yaşıl iqtisadiyyat»a keçid üçün mühüm potensial var. Azərbaycanda xüsusilə energetika sahəsində bərpa olunan enerjidən istifadə, kənd təsərrüfatında aqrar sektorun müasir tələblərə əsasən inkişafı, nəqliyyat sahəsində seçim zamanı mövcud texnologiyalara üstünlük verildiyi üçün bütün münbit şəraitlər mövcuddur».

Qeyd edək ki, tədbir noyabrın 16-da öz işini yekunlaşdıracaq.

 

 

Əfsun

 

Üç nöqtə. – 2012. – 16 noyabr. – S. 9.