Klassik mətbəximizi qoruyub saxlayırıq”

 

Tahir Əmiraslanov: “O qədər gözəl nümunələrimiz var ki, sanki göydən brilliant tökülüb və yığıb-yığışdıra bilmirik

 

 Azərbaycanın qədim tarixə malik mətbəx mədəniyyəti var. Və bu zəngin irsimiz dünyada tanınır, keçirilən müsabiqələrdə iştirak edən təmsilçilərimiz ölkəmizə müxtəlif medalla qayıdırlar. Bu sahədə Milli Kulinariya Mərkəzi bir çox işlərə imza atıb. “Şənbə qonağı”mız olan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov xarici ölkələrdə keçirilən bu cür çempionatlarda Azərbaycanın iştirakını uğurlu hal hesab edir. “Hazırda əsas məqsədimiz Azərbaycan mətbəxinin bütün nümunələrini öyrənib, toplu halında nəşr etdirməkdir” – deyən Tahir müəllimdən aldığımız müsahibəni təqdim edirik.

- Bu il bir neçə ölkədə kulinariya ilə bağlı keçirilən tədbirlərdə komandanızla birlikdə ölkəmizi təmsil etmisiz. Bu cür festivalların, keçirilən çempionatlarda iştirak etməyin mətbəximizin dünyada tanıdılması baxımından rolunu necə qiymətləndirirsiz?

- Hazırda əsas məqsədimiz Azərbaycan mətbəxinin bütün nümunələrini öyrənib, toplu halında nəşr etdirməkdir. Qarabağ mətbəxi toplandı və kitab halında çap edildi. İrəvan mətbəxi ilə bağlı işlərimiz aparılır. Sonra digər bölgələrimizin mətbəxinə aid kitablar hazırlamaq fikrimiz var. Axtarıb mətbəximizlə bağlı müxtəlif nümunələr tapırıq, həmin reseptlər üzərində işləyirik. Bundan əlavə kitablar üzərində texnoloji aparılmalıdır ki, bizdən sonra da bunlar üzərində işləyə bilsinlər. Ermənilərin hər zaman bizim mətbəximizi mənimsədikləri hamıya məlumdur. Bu festivallarda iştirak etməklə, onlara bir növ cavab vermiş oluruq. Xarici ölkələrdə mətbəx nümunələrimizlə çıxış etməklə biz mətbəx mədəniyyətimizlə dünyanı tanış etmiş oluruq. Çıxış etdiyimiz tədbirlərdə mütəxəssislər olurlar və bilirlər ki, bu nümunələr bizim mətbəxə aiddir. Universitetlərdə, təhsil ocaqlarında mühazirələr oxuyuruq, kitabla təmin edirik ki, tələbələr oxusunlar. Daha sonra milli komandalarımız hazırlanır. YUNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının Ənənəvi Qida Komitəsinə sədrlik edirik. Dünya Kulinariya Təşkilatları Birliyində  iştirak edirik. 21 il ərzində Ermənistan bu təşkilatların heç bir tədbirinə dəvət olunmayıb. Onları yox etmişik və mübarizə də aparmaq lazım gəlmir. Ermənistan kulinariya ilə bağlı heç bir festivalda qalib olmayıb, heç dəvət olunmayıblar. Azərbaycanın bu sahədəki uğurlarına hər kəs şahiddir. Biz yalnız mətbəximizi təbliğ etmirik. Mətbəx və musiqi haqda dünyada 41 elmi məruzə oxundu. Onların içində Azərbaycana aid “Mətbəx və musiqi” adlı məruzə ən yaxşısı seçildi. Dünyanın musiqi universitetləri xahiş edirlər ki, onlar üçün mühazirələr oxuyaq. Biz mətbəxdən kənara çıxaraq karların musiqiyə qulaq asmaq yolunu açdıq. Və yeni tendensiyanın əsasını qoyduq. 2008-ci ildə Amerikada “Mətbəx rəqsləri”ni qoyduq. “Mətbəx dilçiliyi”, “Mətbəx və din”, “Mətbəx və kimya”, “Mətbəx və tibb” və s. sahələrdə yazılarımız qoyulub. Dünyada tibb sahəsində çalışan alimlər mətbəximizlə tanış olmaq məcburiyyətində qaldılar və sevdilər. Musiqiçilər, rəqslə məşğul olanlar da mətbəximizlə maraqlanmağa başladılar. Biz mətbəximizlə ölkəmizi sevdirməyə çalışırıq. İnsanların qəlbinə yol mədələrindən keçir. “Eurovision” müsabiqəsində ölkəmizə gələnlər ən çox mətbəx və musiqidən danışırdılar. Dünya Turizm Təşkilatının tədqiqatlarına görə, turistlər ölkələri 82 faiz mətbəxləri ilə yadda saxlayır. Əvvəllər peşə məktəblərinə uşaqları zorla aparırdılar. İndi aşpazlıq fakultələrinə qəbul olmaqla bağlı müsabiqə var. Qabaqlar qızlar çox idi, indi əksəriyyət oğlanlardır. Mədəniyyət qanununa mətbəx adlı bölmələrin salınması böyük nailiyyətdir. Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Milli İrs siyahısının yarıdan çoxuna mətbəxlə bağlı yazılar yazmışıq. Bu işlərin arxasınca gedib, sənədləşmə və digər problemləri həll etmək üçün 50 illik vaxt lazımdır. Bu çox şaxəli işdir və çalışırıq ki, gücümüz çatan qədərini nəzarətdə saxlayaq. Bizdə cəmi 16 işçi işləyir. O qədər gözəl nümunələrimiz var ki, sanki göydən brilliant tökülüb və yığıb-yığışdıra bilmirik. İşçi qüvvəsinə ehtiyacımız var. Çox böyük sərvətimiz var yığıb-yığışdırmaqla qurtarmır. Bunları toplayıb, qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək qarşımızda duran önəmli məsələlərdəndir.

 

- Ermənilər Azərbaycan mətbəxinə adi nümunələri oğurlamaqla kifayətlənməyib, festival da keçirirlər...

- Bu il Qubada Alma bayramı, Göyçayda Nar bayramı keçirildi. Qəbələ mürəbbə bayramı keçirməyə hazırlaşır. Ermənilərin bizim mətbəximizə aid olanı öz mətbəxinə aid nümunə kimi təqdim edib festival keçirəndə daha çox nəzərə çarpır. Biz öz mətbəximizə aid 5-6 mindən çox festival keçirə bilərik. Ermənilər 3 dənə bizdən oğurlayıb festival keçirirlər. Ermənilərin tədbirlərinə diqqət yetirsək görərik ki, ancaq özlərindən 20-30 adam gəlib. Mətbuatda elə işıqlandırırlar ki, guya böyük tədbir keçirilib. Ermənilər sabah internetdə adi bir yazı yazsalar ki, “Sarı gəlinbizimdir. Bu bizə toxunur deyə, jurnalistlərimizin diqqətini cəlb edəcək. Sərvətlərimizə qarşı həssas olmağımız əslində yaxşıdır. Digər tərəfdən onlar çalışırlar ki, cavanlarımızı çəksinlər davaya başları qarışsın. Gözəl bilirlər ki, “Sarı gəlin”, dolma onlara aid deyil. Ermənistanın mətbəxinin öyrəniləsi ilə bağlı təşkilatının rəhbərinə yazdıq ki, gəlin mübahisəli dediyiniz xörəkləri ortaya qoyaq. Sizin akademiyanın alimləri biz araşdıraq. Mən tək duraram onların qarşısında. Bütün mütəxəssislərinizi toplayın əsaslandırın ki, bu sizinkidir. Biz əsaslandıraq, bir qərara gələk. Bir aydan sonra bizə cavab gəldi ki, bu illərlə təsdiq olunmuş aksiomadır, bizim mətbəximizə aiddir təsdiqə ehtiyac yoxdur. Ermənilərə verdiyimiz cavabı keçən il Rusiyada 105 min tirajla çap olunan erməni qəzetində verdik. 10 səhifəlik yazı getdi, bir erməni cavab verə bilmədi. Saytlarda ermənilərin yazıları söyüşlərdən ibarətdir. Bu da o deməkdir ki, arqument yoxdu.

- Rusiya şirkətlərindən biri bu yaxınlardaBozbaş”ı erməni mətbəxi nümunəsi kimi təqdim etdi...

- Boz sözünün mənası erməni dilində fahişə deməkdir. Heç bir millət milli mətbəx nümunəsinə bu cür ad verməz. Bizdə boz rəng var, qurda, qırqovula, boz deyirik, bozca aşdır. Prezident akademiyadakı çıxışında bu sahəyə diqqət yetirdi ki, xörəklərimizi oğurlayırlar.  Axı erməni bilir dolma nədir. Onlar mədəni mübadilə edə bilmirlər, oğurluğa öyrəşiblər, xəstədilər. Oğru utanır, bunlarsa həyasızlıq edərək deyirlər ki, mənimdir. Dolma türklərə məxsus xörəkdir. Mahmud Kaşğarinin lüğətində dolma adı var. Özbəklər, türklər, tatarlar, orta Asiya xalqlarında var. Ümumiyyətlə, döyülmüş ətdən ətin nəyəsə bükülməsindən hazırlanan xörəklər hamısı türklərin icadıdır. Naxçıvanlılar zarafatla deyirlər ki, gedək lüt dolma, yəni küftə yeyək. Üstünü örtəndə dolma olur da. Bizdə minlərlə küftə var. Oğurlayanda gərək sistem oğurlansın.

- Mətbəximiz dünyada daha çox ilə tanınır?

- Ləvəngi, dolma, fisincan  aparmışıq. Çalışırıq ki, xörəklərimizi zaman-zaman dəyişdirək, yarış qaydalarına uyğun modernləşdirək. İşçilərimiz dövlət büdcəsindən maliyyələşir. Püxtələşəndən sonra restoranlar aylıq maaşlarını gününə verilər. Onların elmlə, bu sahə ilə ciddi məşğul olması üçün dövlət bu sahəyə düzgün maliyyə ayırmalıdır. Gözəldir ki, Azərbaycanda məktəblər, kitabxanalar, muzeylər günü-gündən artır. Kulinariya ilə məşğul olan bir təşkilat var ki, o da maddi-texniki baza ilə təmin olunmayıb. Yeri-yurdu yox, məktəbi yox, Nazirlər kabinetini bu sahədə olan qərarı, Heydər Əliyevin verdiyi tağşırıqlar bugünədək yerinə yetirilməyib. Ümid edirik ki, bunlar ediləcək. Dövlət tərəfindən bu sahədə xeyli görülür, təbii ki, çatışmamazlıqlar da var. Azərbaycanda kulinariya muzeyi yaradılmayıb. Rusiyada, Ukraynada, İngiltərədə var. Biz kömək etdiyimiz ölkələr bunu ediblər bizə məktub göndəriblər. Bizim bu sahədə dövlətə yazdığımız məktublardan kitabxana yaratmaq olar. zaman Azərbaycan kulinarları parlamentdə, Nazirlər Kabinetində təmsil olunacaq. Kulinariya sahəsində heç kim 21 il ərzində fəxri ada layiq görülməyib. Sovet dönəmində verilirdi. Qonşu ölkələrimizdə verilir. Hələ Milli Mətbəx günümüz yoxdu. Bu sahədə problemlər toplanıb qalıb. Hansısa aşpaza prezident təqaüdü verilməyib. Bu sahədə xaricə təhsil almaq üçün gedənləri öz gücümüz hesabına göndərmişik. Turizmə gedən ölkədə ofisiantlıq məktəbi yoxdur. Bayaq dediyim kimi, turistlər ölkəni 82 faiz mətbəxinə görə tanıyırlar. Bizdə bu 82 faiz diqqətdən kənarda qalıb. Yəqin ki, bunlar aradan qaldırılacaq. Standartlaşdırma, metrologiya patent üztə Dövlət agentliyinin gördüyü işlər onu göstərir ki, dövlət bu sahəyə diqqətini artırıb. Avropa Şurası da standartları tələb edəcək, ya da ki artıq edir.

- Bir çox sahələrdə Avropaya meyllilik var. Mətbəximizdə bu özünü dərəcədə göstərir?

- Avropalaşma yox, modernləşmə var. Klassik mətbəximizi qoruyub saxlayırıq. Evdə toyuğu bütöv bişiririk. Amma restoranlarda sümüklü halda vermək olmaz. Burda inkişaf var. Avropalaşma həmişə inkişaf etmək deyil. Yapon, Çin, Alman özləri kimi mənə maraqlıdır. Yapon alman olacaqsa, mənə maraqlı deyil. Azərbaycanlıyam bu cür inkişaf etmək istəyirəm. Biz keçmişə Avropa isə gələcəyə yüklənir. Bu müsbət haldır bunu götürməliyik. İnkişaf üçün tarixin üstündə gələcəyə yüklənmək lazımdır. Azərbaycanda elə bir insan varmı ki, onun beynində Qarabağ dərdi olmasın. İçimizdə bir dərd var, hamımız psixoloji xəstəlik dövrünü yaşayırıq. Bu problem həll olunsun ki, Azərbaycan sağalsın sağlam düşüncə ilə gələcəyə yüklənsin. Buna baxmayaraq Azərbaycan irəliyə gedir. Bir gün Qarabağımız qayıdar inşallah. O günə hazır olmalıyıq. İnanmıram ki, döyüşmək istəməyən Azərbaycanlı tapılsın. Bu yaxşı cəhət olsa da, təfəkkürümüzü mənfi emosiyalarla yükləyir.

- Bu ilMətbəx dastanıkitabınız çap olundu. Dastan davam edəcəkmi?

- Bəli, dastan davam edir. Fisincan, küftə haqqında dastan yazılıb. Jurnalda dərc olunacaq. Sonra bunlar toplanıb kitab halında dərc olunacaq.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə. – 2012.  -17 noyabr.  –S. 13.