Qadına qarşı
zorakılıq bütövlükdə cəmiyyətə zərbə
vurur
Onların məhsuldar məşğulluğa
cəlb edilməsinə və qızların məktəbə
getməsinə mane olur
Boşanmanın səviyyəsi
ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməsə
də dağılan ailələrin sayı kifayət qədər
yüksəkdir
Boşanmanın səviyyəsi
ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməsə
də dağılan ailələrin sayı kifayət qədər
yüksəkdir. Unutmayaq ki,
ailə dövlətin kiçik modelidir. Amma təəssüflər
olsun ki, son illər bu model tənəzzülə uğrayıb. Boşanma hallarının sayı azalmır.
Ailə daxili zorakılığın
sayı isə artır. Bu məsələ
bir problemə çevrilib.
Bir-biri ilə sözü
çəp gələn ailələr üçün
yeganə çıxış yolu
artıq boşanmaya gedib
çıxır. Halbuki həmin ailələrin
əksəriyyəti böyük sevgi üstündə qurulub.
Onlar yaxşı və pis
gündə daim bir-birilərinin
yanında olacaqlarına and içiblər.
Gəncikən deyilən sözlər, içilən andlar hamısı unudulur.
Bir anın içində bir
vaxtlar xoşbəxtliyi ilə iftixar edən ailələr dağılır.
İlk dövrlərdə xoşbəxt
ailə tablosu yerini
zorakılığa verdiyindən evli cütlük bir yerdə yaşaya bilmirlər. Bu vəziyyətin
yaranmasına müxtəlif amillər səbəb olur. Razılaşaq ki,
hazırda gənclər üçün işsizlik, maaşların az
olması, ev almaq perspektivinin yoxluğu və
s. istər-istəməz ailədaxili gərginliyə
səbəb olur. Bu
söz-söhbətlər isə sonradan ər-arvad
arasında qalmaqala, bir-birinə
qarşı nifrətə çevrilir. Bu da ailə təməlini
sarsıdır və yekunda tərəflər
ən yaxşı halda boşanmaya
razılaşır. Boşanmaya səbəb
olan amillərdən biri
də ilk baxışdan normal
ailə başçısı olan kişinin kənarda "sevgi"
araması, məşuqə saxlaması, vaxtını onunla keçirməsidir. Onlar
bəzi hallarda isə arvadını boşayaraq yeni ailə qurmaq istəyirlər. Xanımlar isə bu davranışın səbəblərini
anlamadıqlarını deyirlər. "Ərimin məşuqəsinin
olduğundan iki həftə
əvvəl xəbər tutdum. Sən demə,
üç ildi mənə
xəyanət edirmiş. Boşanmağa
qərar verdim. Sözün
düzü, məni maraqlandıran məsələ
ərimin o qadına nə üçün
üstünlük verməsi idi", - 36 yaşlı Validə Həmidova
söyləyir. O, 12 illik evliliyinin
dağılacağından təəssüflənsə də,
başqa çıxış yolu görmədiyini vurğulayır. Psixoloq Yaqut Əhədovanın
dediyinə görə, belə boşanma
hallarının günahkarı tək ər yox,
həm də evin xanımıdır.
"Bizim xanımlar bəzən unudurlar ki, ailə
yalnız maliyyə və yaşam problemlərinin
çözümlərinin
çulğalaşdığı, kişi
ilə qadının bir araya
gələrək yaşadığı sosial
model deyil. Kişilərin
psixotipi elədir ki, onlar danışmağı sevirlər və
dinlənilmədikdə özlərinə dinləyici
arayırlar. Bu, boşanmaların səbəbi
kimi "dinləyici sindromu"nun önə çıxdığı hallar kimi qəbul olunur. Kişi ailədə
uğur və ya
uğursuzluqlarından bəhs edərək problemlərini
paylaşdığı, sevincini bölə
bildiyi adamı görmürsə; evin xanımı funksiyalarını yalnız
"yemək və paltar təminatı"
ilə bitmiş sayırsa, təbii ki, o ailədə problemlər
yaranır", - Y.Əhədova söyləyib.
Onun dediyinə görə, psixoloji yardım üçün
müraciət edən kişilərin əksəriyyətinin
dediyinə görə, xanımları onları anlamır.
Maraqlı olan digər məqam isə odur ki, ölkədə boşanmalarla bağlı statistikada
artım olduqca, ailənin
dağılmasına müqavimət də artır. Sosial, iqtisadi və psixoloji çətinliklər girdabında vurnuxan, dözülməz ailə
zorakılığına məruz qalan
qadınlar yalnız adı ailə olan
nikahı öz aləmlərində
yararlı saydıqları vasitələrlə qorumaq istəyirlər.
Bu isə fasiləsiz münaqişələr, toqquşmalar, davalar, qan-qadalar və intiharlarla
sonuclanır. 20 yaşlı xanım özünü
çoxmərtəbəli binadan
aşağı atır, 68 yaşlı nənə nəvəsinin
gözü qarşısında babanı
baltalayır, 72 yaşlı qarı ərinin başını
kəsir, ər arvadını döyərək öldürür.
Reallıqda belə ailələr də boşanma
statistikasına daxil edilməlidir. Çünki onlar mövcud ola-ola
dağılan ailələrdir. Azərbaycanda bu hallar olmasaydı,
boşanma statistikası
çox-çox artmış
olardı.
Bəhs etdiyimiz bəlaların
səbəbləri sosial
problemlər, maliyyə
çətinlikləri, evsizlik,
işsizlikdir, ailə
fərdlərin üzləşdikləri
ədalətsizlik və
haqsızlıqlardır. Artıq boşanmanın özü
də qadınlar üçün böyük
bir problemə çevrilib. Çünki boşanma zamanı qadınların və uşaqların hüquqlarının
pozulması halları
baş verir. Ona görə də qadınlar evlənərkən
bu evliliyi hökmən rəsmiləşdirməlidirlər
ki, sonradan ciddi problemlərlə qarşı-qarşıya qalmasınlar.
Bu neqativ hallarla
qarşılaşmamaq üçün
həm gənclərin
tibbi müayinədən
keçməsi, həm
də nikah müqaviləsi bağlaması
çox önəmlidir.
Çünki nikah müqaviləsi
bağlandığı halda,
artıq əvvəlcədən
ailədə yaşanacaq
olan problemlərin bir çoxu öz həllini tapa bilər. Bizim Ailə Məcəlləsində
nikah müqaviləsinə
dair bir neçə maddə var və Azərbaycanda
da belə nikahlar bağlanır.
Lakin onların payı ümumi nikahda çox cüzidir. Problem ondadır ki,
Ailə Məcəlləsinə
görə, Azərbaycanda
nikah müqaviləsinin
bağlanması məcburi
deyil. İstənilən halda nikah müqaviləsinin bağlanması
vacibdir.
«Təbii ki,
bu o demək deyil ki, bu
müqavilə bağlanarsa,
ailədə qadınların
hüquqları pozulmayacaq.
Müqavilə bağlansa da,
yenə müəyyən
adamlar bundan istifadə edəcəklər.
Bizim qadınlarımızın əksəriyyəti
savadsızdır. Ona görə
də onlar müqavilənin mahiyyətini
başa düşmədən
ona imza atacaqlar. Sonradan da məlum olacaq ki, həmin
müqavilədə yazılıb
ki, qadının heç bir etiraz haqqı yoxdur. Evdə kişi nə
deyəcəksə, o da
olacaq" - deyə vəkil İradə.Cavadova
bildirib. Bizdə qanunvericiliyə
əsasən qadınların
hüquqları qorunmalıdır.
Onlar ayrıldığı
zaman mülkiyyətdən
ona pay verilməlidir. Amma nikah müqaviləsində
qadını bu hüquqdan məhrum edə bilərlər.
Ona görə də əgər nikah müqaviləsinin tətbiqi
həyata keçirilərsə,
qadınlar diqqətli
olmalı, öz hüquqlarını müqavilədə
bildirməlidirlər. Əks təqdirdə, qadın məhkəmədə müdafiəsiz
qala bilər. Çünki müqavilədə onun imzası varsa, qanun heç
nə edə bilməz. Əgər nikah müqaviləsində
qadının ziyanına
olan hər hansı bir müddəa varsa, həmin bənd qadına izah olunmalıdır. Onun imtiyazları
əlindən alınmamalıdır.
Bu çox incə
bir məsələdir.
Qadınların fəal müdafiəsi
təşkil olunmalıdır.
Beləliklə, zorakılıq və
zorakı hədələr
bu gün bir çox azərbaycanlı qadınların
həyatında gündəlik
reallığa çevrilir. Bu, kişi və
qadınların səlahiyyətləri
arasında bərabərsizliyin
və qadın cinsinə qarşı cəmiyyət, həm də ailə daxilində ciddi ayrı-seçkiliyin nəticəsidir.
Zorakılıq qurbanlarının əksəriyyəti cəmiyyət
etibarlı rəsmi, yaxud ictimai dəstək
tapmadıqlarından susmağa
üstünlük verirlər.
Mənəvi-psixoloji yardıma ehtiyacı
olan bu qadınları
hətta yaxınları
belə qəbul etməkdən imtina edir. Onlar demək olar
ki, bu barədə
polisə müraciət
etmədiyindən konkret
faktla bağlı cinayət işləri də açılmır.
Zorakılıq isə bütövlükdə
cəmiyyətə zərbə
vurur, qadınların
məhsuldar məşğulluğa
cəlb edilməsinə
və qızların məktəbə getməsinə
mane olur. Zorakılıq qadınları müdafiəsiz
cinsi əlaqələr
qarşısında daha
zəif edir və immun çatışmazlığı
sindromunun HİV/QİÇS-in geniş yayılmasına səbəb olur. Bütün bunlar ailə, xüsusilə də gələcək nəsillər
üçün dərin
və sağalmaz sarsıntıya gətirib
çıxarır. Xüsusilə bu məsələyə hökumətin, ayrı-ayrı
qurumların və vətəndaş cəmiyyəti
fəallarının diqqətini
cəlb etmək lazımdır. Bu sahədə
Ombudsman Aparatının fəaliyyəti
daha effektli ola bilər.
Mütəxəssislər ailədə hüquq
bərabərliyinin öz
həlli yolunun olduğunu bildirir. Onlar bunun üçün qanunvericilikdə dəyişikliyi
vacib sayır. «Qadına qarşı
zorakılıq edən
bilməlidir ki, buna görə konkret cəza nəzərdə tututulr.
Və bu, cinayət hesab edilir. Problemin həllində maarifləndirmə
işinin aparılması
da önəmli yer tutur. Bu həm qadınlar,
həm də kişilər arasında aparılmalıdır» - Azər
Mehtiyev deyir.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri
Hicran Hüseynova isə gələcəkdə
problem yaranmasın deyə,
ailə qurmazdan əvvəl gənclərin
tibbi müayinədən
keçməsini vacib
sayır. Onun fikrincə,
bu gənc ailələri sonralar yaşayacaqları problemlərdən
–əlil uşaqlardan,
ailə zorakılığından,
ailənin dağılmasından,
yoluxucu xəstəliklərdən
qoruya bilər.
Bundan başqa, qadınların
hüquqlarının təmin
olunması üçün
nikah müqavilələrinin
vacibliyini önə sürənlər də
var. Bu, boşandıqda şadının
iqtisadi müstəqilliyi,
övladlarının təminatı
üçün çox
vacibdir.
Göründüyü kimi, ailədə
qadınların hüquq
bərabərliyini təmin
etmək üçün
müxtəlif təkliflər
var. Onun üçün
istər ailədə,
istərsə də cəmiyyətdə zorakılığa
deyil, qarşılıqlı
hörmətə, sayğıya
böyük ehtiyac
var.
Üç
nöqtə. – 2012.- 23 noyabr. –S. 8.