İCAPP-ın Bakı bəyannaməsi
qəbul olundu
Erməni partiya
sədri Raffi Ovanessyan
isə İCAPP-ın tədbirini pozmağa
cəhd göstərdi və cavabını aldı
Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq
Konfransının (İCAPP) VII Baş
Assambleyasında Ermənistanın keçmiş
xarici işlər naziri
Raffi Ovanesyan deyib
“Bakı
vaxtilə yüz minlərlə erməninin
yaşadığı şəhər olub, indi isə burada
bir-iki nəfər erməni yaşayır”. Bunu Bakıda Asiya
Siyasi Partiyalarının Beynəlxalq Konfransının
(İCAPP) VII Baş Assambleyasında
Ermənistanın keçmiş xarici işlər naziri
Raffi Ovanesyan deyib. O, həmçinin erməni kilsəsinin
bağlandığını bildirib: “Deyilənlərə
görə, Bakıda minlərlə erməni yaşayır. Mən
onları görmək istəyirəm”. O, həmçinin Ermənistanın
mövqeyini təkrarlayaraq Dağlıq Qarabağın
işğal yox, azad olunduğunu deyib. R.Ovanessyanın
çıxışına cavabında Azərbaycan Sosial
Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə
özünü təhqir olunmuş hiss etdiyini deyib: “Ermənistan
nümayəndəsi Göbbels sayağı müraciət edərək
hər şeyi təhrif etdi, baş-ayaq göstərdi. Göbbels deyib- yalan o qədər həyasız
olmalıdır ki, buna kimsə inansın. İndi burada məhz
həmin formada həqiqətlər təhrif olunaraq tədbir
iştirakçılarına çatdırıldı. Mən
sosial demokratam və buna görə sülh tərəfdarıyam.
Qan tökülməsinin əleyhinəyəm. Ancaq bu gün
çox təəssüflər olsun ki, Ermənistan nümayəndəsi
də, digər təşkilatların nümayəndələri
də günahkarla
günahsızı, təcavüzkarla təcavüzə məruz
qalanı eyniləşdirməyə cəhd edirlər”. A.Əlizadə
soruşub ki, məgər Azərbaycan
Ermənistan torpaqlarını işğal edib?
“Məgər Azərbaycan erməniləri
soyqırımına məruz qoyub? Məhz onlar Xocalıda
soyqırımı törədiblər, Sumqayıt hadisələrini
də edən erməni Qriqoryan olub.
Bəli, 90-cı ilin əvvəllərində
Bakıda qırğınlar olub. Bunu da ona görə ediblər
ki, sovet- rus qoşunları Bakıya girsin, azərbaycanlıları
qətlə yetirsin. Deyirlər ki, cinayətkarları-
Miloşeviçi, Karaciçi axtarırlar. Amma bu gün
sarkisyanlar, köçəryanlar Ermənistan prezidenti olurlar.
Axı, bu insanlar Xocalı soyqırımında birbaşa əli
olan insanlardır! Dəfələrlə də
çıxışlarında Xocalıda azərbaycanlıları
qətlə yetirdiklərini deyiblər. Ancaq çox təəssüflər
olsun ki, dünya birliyi susur. Deyirlər ki, sülhə gələk.
Onda zəhmət çəkib torpaqları geri qaytarsınlar.
BMT-nin 4 qətnaməsi var və
onları yerinə yetirsinlər. Bu şovinistlər təkcə
özlərini yox, xalqlarını da bədbəxt edirlər.
Onların fəaliyyəti nəticəsində Ermənistandan
təkcə bu il 80 min erməni köçüb. Bu durum
şovinistlərin xalqa verdiyi vədlərlə bağlı
deyilmi? Mən heç zaman siyasətçilərlə
xalqları bir-birinə qarışdırmamışam,
onları hər zaman fərqləndirmişəm. Bu məsələdə
erməni xalqı günahkar deyil, günahkarlar şovinist erməni
siyasətçiləri və rəhbərləridir. Burada
imperiyadan söz getdi. Bilmək lazımdır ki, imperiya
söhbəti çoxdan aradan çıxıb. Amma ermənilər
hələ də “Böyük Ermənistan” xülyasından əl
çəkmirlər. Onların kimlərə ərazi
iddiası yoxdur? Türkiyə, Gürcüstan və Azərbaycana ərazi iddiası edirlər. Bununla
çox da uzağa getmək olmaz. Mən bu münaqişənin
çıxış yolunu yalnız müharibədə
görürəm, vətənimi sevirəm və onun
azadlığını istəyirəm”.
Hakim partiyadan olan millət vəkili
Mübariz Qurbanlı bu gün hazırda Bakıda minlərlə
erməninin heç bir qorxusuz, azad
yaşayıdığını vurğulayıb: “Bakıda
erməni kilsəsi də var və o bağlanmayıb, istər
erməni nümayəndəsi, istərsə də başqa
kimlər arzulayırsa gedib həmin kilsədə ola bilərlər.
Bakıda həmçinin katolik, pravoslav kilsəsi, sinaqoq fəaliyyət
göstərir”. O qeyd edib ki, biz monomillət, monoetnik dövlət
yaratmaq istəmirik və bu niyyətdə də deyilik: “Biz
çoxmillətli dövlətik və hər zamanda Azərbaycanda
olan milli və dini tolerantlıqla fəxr edirik. Onu da qeyd edim
ki, bu gün nəinki Asiya regionunda bütövlükdə
dünyada sülhə, təhlükəsizliyə
böyük ehtiyac var. Biz artıq 21-ci əsrin ilk
dekadasını başa vurmuşuq. Bildiyimiz kimi 20 əsr iki
böyük müharibə ilə yadda qalıb. Biz istəyirik
ki, yaşadığımız 21-ci əsr müharibəsiz əsr
olsun, qanlı savaşlar baş verməsin. Bu gün
dünyada 7 milyarddan artıq insan var. Ancaq dünyanın
ayrı-ayrı yerlərində münaqişə ocaqları
hələ də qalmaqdadır. Hesab edirəm ki, ilk növbədə
bu problemləri yaradan amillər aradan götürülməlidir.
Əslində bu problemlərin kökündə millətçilik,
şovinizm, terrorizm, islamafobiya və
digər fobiyalar dayanır. İlk növbədə bunlar
aradan qaldırılmalıdır. Azərbaycan demokratik bir
ölkədir. İki gündür ki, gözəl Bakı
şəhərindəsiniz. Azərbaycan heç zaman heç
bir dövlətə qarşı ərazi iddiası sürməyib.
Ancaq çox təəssüflər olsun ki, qonşu və təcavüzkar
dövlət tərəfindən ölkəmizə
qarşı əsassız ərazi iddiaları irəli
sürülür. Bu gün dünyada 7-8 min xalq var. Ancaq
onlardan cəmi 193-nün müstəqil dövləti var və
BMT-nin üzvləridir. Əgər hər bir millətə
öz müqəddəratını təyinetmə hüququ
versək, dünya xaosa gedib çıxar. Bu gün burada
başqa mövzu ilə çıxış etmək istəyirdim.
Ancaq təəssüflər olsun ki, Ermənistan nümayəndəsinin
çıxışından sonra mən başqa səpkidə
çıxışımı etməyə məcburam.
İstər o, istərsə də həmin şəxsin təmsil
etdiyi Ermənistan tamam yanlış yol seçib. Məndən
bir az öncə Azərbaycanda fəaliyyət göstərən
2 müxalifət partiyasının rəhbəri də çıxış
etdi və onların da çıxışından
gördünüz ki, Qarabağ məsələsində Azərbaycan
hakimiyyəti ilə müxalifət arasında fikir
ayrılığı yoxdur. Bu məsələdə hamı
yekdildir. Ona görə hamı bilməlidir Azərbaycan
torpaqlarının 1 metrini belə güzəşt edən
deyil. Təcavüzə, işğala məruz qalsaq da istər
bölgədə, istərsə dünyada sülhün tərəfdarıyıq.
Amma bir daha qeyd edirəm ki, biz torpaqlarımızı heç
kəsə güzəşt edən deyilik”.
“Biz qonşu dövlətləri
özümüzə tərəfdaş görürük,
oyunları birdəfəlik qurtarmaq lazımdır”. Bu fikri isə
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri,
millət vəkili Asim Mollazadə dilə gətirib. Millət
vəkili
çıxışı zamanı qeyd edib ki,
oyunları birdəfəlik qurtarmaq lazımdır: “Azərbaycan
xalqı ötən əsrin əvvəllərində demokratik
prinsipləri rəhbər tutaraq öz müstəqil dövlətini
yaratdı. Bu dövlətin ömrü qısa olsa da,
xalqımız XX əsrin sonlarında yenidən müstəqilliyinə
qovuşdu. Odur ki, biz demokratik dəyərlərin
daşıyıcısı olan bir xalq və dövlət kimi
regionda və bütövlükdə dünyada sülhün,
təhlükəsizliyin tərəfdarıyıq”. A.Mollazadə
Ermənistan nümayəndəsinin fikirlərini pisləyərək
qeyd edib ki, bu gün Ermənistan yox, Azərbaycan həmin
ölkənin təcavüzünə məruz qalıb:
“Burada
qaçqınlardan söhbət getdi. Nəzərinizə çatdırmaq istəyirəm
ki, qaçqınlar məsələsi
ötən əsrin əvvəllərinə gedib
çıxır. Ötən əsrin əvvəllərində
indiki İrəvan şəhərində
əhalinin 70 faizini azərbaycanlılar təşkil
edirdi. İndi sual olunur, həmin azərbaycanlılar
haradadırlar? Eyni zamanda,
azərbaycanlıların Ermənistandan deportasiyası siyasəti
XX əsrin ortalarında və 80-ci illərdə də davam etdirildi. Ötən əsrin
40-cı illərinin sonlarında siyasi büronun qərarı ilə yüz
minlərlə azərbaycanlı Ermənistandan qovuldu. Bu azmış kimi 80-ci ilin sonlarında
Ermənistanda yaşayan və o torpaqların əsl sahibləri olan azərbaycanlılar son
nəfərinəcən həmin ölkədən qovuldu. Ona görə, həqiqətləri
olduğu kimi səsləndirməli
və dilə gətirməliyik. Biz Azərbaycan
torpaqlarının azad olunmasını tələb
edirik və bu tələbimizdə
də haqlıyıq”.
Onu da qeyd edək ki, tədbirin sonunda-yekun Bakı bəyannaməsi oxunduqdan sonra gərginlik
yaranıb. R.Ovanessyan tədbiri pozmağa çalışıb. Azərbaycan və Türkiyə nümayəndələrinin
Ermənistan ünvanına səsləndirdikləri ittihamlara cavab olaraq R.Ovanessyan prosedur qaydalarını pozaraq
çıxış etməyə cəhd göstərib. İclasa sədrlik edən Yeni
Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov ona
nə danışdığını özü
belə bilmədiyini deyib və prosedur qaydalara əməl
etməyə çağırıb.
R.Ovanessyanın addımına etiraz əlaməti olaraq Azərbaycan
və digər dövlətlərin nümayəndələri
əllərini qarşılarındakı masaya vuraraq, onun bu hərəkətini
pisləyiblər.
Elməddin MURADLI
Üç
nöqtə. – 2012. – 24 noyabr. – S. 6.