Azərbaycan Frankfurt Beynəlxalq
kitab sərgisində
Oktyabrın 10-dan 14-dək Almaniya Federativ Respublikasının
Frankfurt şəhərində 63-cü Beynəlxalq kitab sərgisi keçiriləcək.
Sərgidə ölkəmizi Mədəniyyət
və Turizm Nazirliyinin nəşriyyat,
reklamın təşkili
və informasiya şöbəsinin sektor müdiri Tehran Vəliyev, həmin sektorun baş məsləhətçisi
Aslan Cəfərov, mətbuat xidmətinin baş məsləhətçisi
Zöhrə Əliyeva,
Heydər Əliyev Fondunun əməkdaşı
Elşad Bayramov, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru
Kərim Tahirovdan ibarət nümayəndə
heyəti təmsil edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər
ki, xüsusi dizaynla hazırlanacaq 40 kvadratmetrlik sahəni əhatə edən stendimizdə dövlətçilik
tariximiz, Qarabağ həqiqətləri, azərbaycanlıların
soyqırımı, mədəniyyətimiz,
tariximiz barədə
350 adda, 600 nüsxəyə
yaxın Azərbaycan,
ingilis, alman və rus dillərində
nəfis tərtibatlı
nəşr məhsulları
– kitablar, turizm potensialımız haqqında
müxtəlif bukletlər
və digər çap məhsulları sərgi iştirakçılarına
təqdim olunacaq.
Oktyabrın 13-də sərgi çərçivəsində
Azərbaycan nümayəndə
heyətinin, Almaniyanın
Mainz Universitetinin bir sıra alimlərinin, Azərbaycan və Almaniyanın bir sıra tanınmış
dövlət və mədəniyyət xadimlərinin
iştirakı ilə
dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsi də nəzərdə tutulub.
Aygün.
Üç nöqtə.- 2012.- 12 oktyabr.- S.13.