Rəbiyyət Aslanova
partiya yaratması barədə xəbəri
təkzib etdi
«Mənim öz partiyam var və
yenisinə
də
heç bir ehtiyacım yoxdur»
«Demokratik Azərbaycan
Dünyası Partiyası hər
zaman mövcud
iqtidarın yanında olub, Azərbaycanın
inkişafına xidmət göstərib və əminəm ki,
bundan sonra da belə olacaq». Bunu mətbuata
açıqlamasında Yeni Azərbaycan
Partiyasından (YAP) olan millət vəkili,
Milli Məclisin (MM) İnsan
hüquqları komitəsinin sədri, professor
Rəbiyyət Aslanova iqtidaryönlü Demokratik Azərbaycan
Dünyası Partiyasının (DADP) son
qurultayında bu partiyaya
yeni sədr seçilən Fatma Əliyevanın onun
yaxın adamı olması və məhz onun
özünün xeyir-duası ilə
sözügedən təşkilatın rəhbərliyinin həmin
xanıma həvalə edilməsi ilə bağlı mətbuatda
yer alan məlumatlara
münasibətini bildirərkən dilə gətirib. R.Aslanova ilk öncə DADP-nin
qurultayında həmin partiyaya sədr seçilən F.Əliyevaya
öz gələcək fəaliyyətində
uğurlar arzulayıb və eyni zamanda qeyd
edib ki, onun bu məsələdə
adının hallandırılması heç
bir halda həqiqəti
əks etdirmir. R.Aslanovanın
qeyd etdiyinə görə, ötən əsrin
90-ci illərindən, xüsusilə, üzvü
olduğu hakim
YAP-ın yaradıcısı, ümummilli
lider Heydər Əliyevin ikinci
hakimiyyəti dövründə Azərbaycanda digər
aparıcı, demokratik ölkələrdə
olduğu kimi,
çoxpartiyalı sistem formalaşmağa
başlayıb: «Bu, demokratik,
hüquqi dövlət quruculuğu
yolunda inamla
addımlayan ölkəmiz üçün
çox mütərəqqi bir haldır. Çünki
heç bir demokratik dövləti çoxpartiyalı siyasi sistem mövcud
olmadan təsəvvür etmək olmaz. Demokratiyanın başlıca tələblərindən
biri çoxpartiyalı sistemin
formalaşması və bərqərar olmasıdır. Qeyd etdiyim kimi,
Azərbaycanda da artıq 20 ildən çoxdur ki, bu istiqamətdə hərtərəfli
addımlar atılıb. Bu gün ölkə qeydiyyatdan
keçən 40-dan artıq partiya və bir o qədər qeydiyyatsız
fəaliyyət göstərən siyasi qurumlar mövcuddur. Ancaq çox təəssüflər olsun ki, bu
partiyaların indiyə kimi heç birinin sədri, lideri (bir istisna
olmaqla) qadın olmayıb. İndi
çox əlamətdar haldır ki, bir Azərbaycan
xanımı, Azərbaycan qadını öz
bacarığı, öz qabiliyyəti sayəsində
bir partiyanın sədri, lideri
seçilib. Ona bu
işdə kömək etmək, xeyir
dua-vermək, işlərinin yaxşı getməsini arzulamaq əvəzinə, fəaliyyətinin
elə ilk başlanğıcında həmin
xanımı bu
cür lüzumsuz , əsassız
müzakirələrə çəkmək, adı ətrafında
qalmaqal yaratmaq,
ünvanına ittihamlar
səsləndirmək heç bir halda
düzgün deyil və
ilk növbədə bu
iddia edənlərə
başucalığı gətirmir». Daha sonra
YAP-ın yarandığı ilk illərdən
hakim partiyanın üzvü
olduğunu, bunu özü üçün
böyük
şərəf bildiyini qeyd edən millət vəkili onun
yeni partiya yaratmağa yaxud,
hansısa yeni partiyada
təmsil olunmağa heç
bir ehtiyacı olmadığını qətiyyətlə
vurğulayıb və bu yerdə məşhur
yazıçı Mark Tvendən sitat gətirərək bunları sözlərinə əlavə edib:
«Mark Tvenə deyirlər ki,
qəzetlər sənin öldüyünü
yazıb. O da cavab verir ki, qəzetlər bir qədər şişirdirlər. Mənim
mənsub olduğum partiya
var və Yeni Azərbaycan
Partiyasında təmsil olunmağımdan böyük
şərəf duyuram. Ulu
öndər Heydər Əliyevin yaratdığı siyasi təşkilatda təmsil olunmaqdan
böyük xoşbəxtlik görmürəm.
Eyni zamanda fəxr hissi ilə qeyd etmək
istəyirəm ki, bu gün yarım milyondan
artıq üzvü olan
və yaxın günlərdə yaranmasının 20 illiyini təntənəli şəkildə qeyd etməyə
hazırlaşdığımız möhtəşəm bir partiyanın sıralarında on minlərlə Azərbaycan
xanımı, Azərbaycan qadını üzv
kimi fəaliyyət göstərir. Mənim
bildiyimə görə, bu gün
YAP-ın üzvləri arasında 50 mindən qadın var və elə hesab edirəm
ki, bunun özü böyük
hadisə, böyük göstəricidir.
Partiyamızın üzvləri, eləcə də, bu partiyada təmsil olunan xanımlar hər zaman öz fəaliyyətləti,
əməkləri ilə Azərbaycanın
demokratik dövlət quruculuğu
prosesinə töhfə verirlər və verməkdədirlər. Həmçinin, YAP hər
zaman bütün
xoşməramlı partiyalara kömək
əlini uzadıb və lazım gələrsə, bundan sonra da
köməkliyini göstərməyə hazırdır. Çünki YAP
həmişə cəmiyyətdə dialoqun,
həmrəyliyin tərəfdarıdır və bunu da daim öz
addımları ilə sübut edib. Demək istəyirəm ki,
mənim öz partiyam
var və sədaqət, etibar
anlayışlarına da hər zaman sədaqətim, etibarım var. Ona görə də mənim
partiya yaratmağa
ehtiyacım yoxdur. Bu haqda yazan jurnalistlərə də üzümü
tutub demək istəyirəm ki, onlar hər hansı bir məlumatı
yazarkən ilk öncə onu dəqiqliyinə, səhihliyinə
çalışsınlar, heç bir həqiqətə uyğun
gəlməyən, böhtan xarakterli məlumatları cəmiyyətə
ötürməsinlər. Ən əsası da
jurnalist, peşə etikasına əməl
etsinlər. Ancaq görünür
ki, bəziləri bundan
bixəbərdirlər. Onlara, yazıqlar olsun, deyirəm».
Elməddin
Üç
nöqtə. – 2012. – 19 oktyabr. – S. 4.