"Kəlbəcərə gedən
yollar"
ADU-da Ənvər Rzanın “Kəlbəcərə
gedən yollar”
kitabının təqdimatı oldu
Oktyabrın 30-da
Azərbaycan Dillər Universitetində şair
Ənvər Rzanın “Kəlbəcərə gedən yollar” adlı kitabının təqdimat mərasimi
keçirildi. Tədbirdə Tərbiyə
işləri üzrə prorektor Ələddin
Əliyev, Filologiya fakültəsinin
dekanı, professor Fikrət Cahangirov, şairin ailə
üzvləri, dostları və Filologiya
fakültəsinin tələbələri iştirak
edirdilər. Tədbir Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyevin nitqi ilə açıq elan
edildi. Prorektor
qonaqları salamladıqdan sonra nitqinə Ənvər
Rza haqqında fikirlərini söyləməklə
davam etdi və qonaqlardan mərhum şairin
xatirəsini sükutla yad
etməyi xahiş etdi.
Sonra Ə.Əliyev Azərbaycan dili və Ədəbiyyatı
kafedrasının baş müəllimi Sevinc Kazımovanı çıxış etmək
üçün səhnəyə dəvət
etdi. S.Kazımova Kəlbəcər
rayonunun Aşağı Ayrım kəndində
anadan olmuş Rzayev Ənvər İsmayıl oğlunun Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil
aldığını, təhsilini başa
vurduqdan sonra elə həmin
institutun ingilis dili leksikası kafedrasında müəllim, baş müəllim, kafedra müdiri, dosent vəzifələrində
çalışdığını söyləyərək
şairin həyat tarixçəsi
haqqında qonaqlara qısaca məlumat verdi. Şairin ingilis klassiklərindən, V.Şekspir,
C.Bayron, R.Şelli, H.Longfellonun əsərlərindən etdiyi tərcümələrin həm bədii
səviyyəsinə, həm də orijinala
yaxınlığına görə diqqəti cəlb etdiyini sözlərinə əlavə etdi. Yurdun, vətənin gözəlliklərindən, tarixin dərinliyindən, elin
hikmətindən pöhrələnən sənət incilərini
bir araya
toplamış “Sənsiz”, “ Könlümə bahar
düşüb”, “Nə yaxşı görüşdük”, “Bəxtəvər dustaq” - kitablar
siyahısına “Kəlbəcərə gedən yollar” adlı kitabının da daxil olduğu
üçün böyük
sevinc hissi keçirdiyini bildirdi. Bu
çıxışdan sonra Ə.Əliyev
kitabın redaktorluğunu etmiş
və ön sözün
müəllifi olan “Azərnəşr” nəşriyyat
evinin redaktoru Əlövsət
Ağalarova söz verdi. Çıxışında Ə.Ağalarov ilk öncə bu təqdimatın baş
tutmasında əməyi olan ADU-nun rektoru, professor Səməd Seyidova
və tədbirin təşkilatçılarına təşəkkürlərini
bildirdi. O, canlı xalq ədəbiyyatının içində
böyüyən, dünya ədəbiyyatının
klassik və müasir
məzmun və mahiyyətini kamil bilən
görkəmli şair, tərcüməçi
alim Ənvər Rzanın əsərlərinin
əbədiyaşar ədəbi bir irs olduğunu söyləyərək,
bu kitabın külliyat
olduğunu, sağlığında nəşr
edilməyən bütün şeir, poemaları, həmçinin ingilis dilindən birbaşa
tərcümələrinin də bu kitabda toplandığını fikirlərinə
əlavə etdi. Tədbirin
davamında digər qonaqlar öz fikirlərini bildirdilər, Filologiya fakültəsinin tələbələri
Ə.Rzanın şeirlərindən nümunələr səsləndirdilər,
saz alətində musiqi
ifa olundu.
Çıxışlardan sonra şairin yaxınlarının fikirlərini
söylədikləri videoçarx qonaqlara nümayiş olundu. Tədbirin sonunda
şairin oğlu bu tədbirin təşkilinə görə universitet rəhbərliyinə öz
dərin minnətdarlığını bildirdi.
Sonda tədbir
iştirakçılarına şairin “Kəlbəcərə
gedən yollar” kitabı təqdim olundu.
Emin
Üç
nöqtə. – 2012. – 31 oktyabr. – S. 10.