“Eurovision 2012” Baku Crystal Hall”da keçiriləcək

 

Dünən Bakı Biznes Mərkəzində “Eurovision 2012” mahnı müsabiqəsi ilə bağlı ilk mətbuat konfransı keçirildi. Mətbuat konfransında “Eurovision” mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand, təşkilatı məsələlər üzrə rəhbəri Sietse Bakker, “eurovision.tv”nin rəhbəri Yorqan Frank, işçi qrupunun rəhbəri Adil Kərimli, ictimaiyyətlə əlaqələr kommunikasiya rəhbəri Tahir Məmmədov iştirak edirdilər. Tədbirdə ilk olaraq Azərbaycan “Eurovision 2012” ilə bağlı video-rolik nümayiş etdirildi eurovision.az veb saytı mətbuat nümayəndələrinə təqdim olundu. Ötən günButa Palace” baş tutan açılış mərasimində iştirak etmək üçün şəhərimizə gələn Avropa Yayımları Birliyinin (EBU) nümayəndə heyəti jurnalistlərin suallarını cavablandırdı. “Eurovision” mahnı müsabiqəsinin icracı rəhbəri Yan Old Sand Odlar Yurdu haqqında ilkin təsüratlarını bölüşdü: “İlk dəfə iyun ayında Bakıda oldum. Mənim üçün təəccüblü şəhər idi. Modern, açıq, səmimi şəhərdir. Fikrimcə bu şəhəri qavramaq çox asandır. Azərbaycan mətbəxi isə xüsusi mövzudur. Burda olanda mütləq sizin yeməklərdən dadıram. Bir sözlə, Bakını tanıdıqca sevdim. Müsabiqə keçirilən ölkəyə Avropanın bütün guşələrindən gəlirlər. Bakıda da bunun şahidi olacağıq. Hər şeyin yüksək səviyyədə keçməsi üçün 2-3 il hazırlıq getməlidir. İnanırıq ki, Bakıda möhtəşəm yarışma baş tutacaq. Əlbəttə, hələ görüləcək işlər çoxdur. Azərbaycan bu müsabiqədə qalib gəldikdən dərhal sonra hazırlıqlara başladıq. Bu cur müsabiqənin bir il müddətində həyata keçirilməsi çox çətindir. Amma bizim bu işə çox vurğun olan komandamız var çox hallarda bu müsabiqənin hazırlığını daha qısa müddətdə həyata keçirmişik. Bu müsabiqə ilə bağlı görüləcək işlər çoxdur”.

 

Jurnalistlərin iştirakı...

 

Hər il keçirilən müsabiqədə daha çox diqqət ayrılan jurnalistlərə göstəriləcək münasibət yerli əcnəbi nümayəndələri narahat edən məqamlardan biridir. Mətbuat konfransında iştirak edən Qırğızıstan, Ukrayna, Almaniya digər ölkələrin nümayəndələri bu tip suallar ünvanlandırdılar. İcraçı rəhbər isə öz növbəsində yerli əcnəbi jurnalistlərin iştirakının önəmini vurğuladı: “İlk rəsmi mətbuat konfransına çox sayda jurnalistin gəlməsi sevindiricidir. “Eurovision” nəhəng çox çətin yarışmadır. Bu il 1600 jurnalistin qatılacağını gözləyirik. Qeyri üzv ölkələrdən (ABŞ, Cənubi Afrika s.) təxminən 100 jurnalist gələcək. Yerli jurnalistlərin sayı isə orta hesabla 200 olacaq”.  “Eurovision-2012” mahnı müsabiqəsinin işçi qrupunun rəhbəri Adil Kərimli isə artıq jurnalistlərlə sıx əməkdaşlığa başladıqlarını diqqətə çatdırdı: “Bu günü səbrsizliklə gözləyirdik. Çünki, neçə aydır davam edən gərgin prosesinin hesabatını vermək üçün səbrsizlənirdik. Bu gündən etibarən jurnalistlərlə tez-tez bu tip görüşlərimiz olacaq. Bundan başqa qeyd edim ki, işçi qrupu Bakı Biznes Mərkəzində çalışır. Hər bir jurnalist istədiyi zaman bura gələrək onu maraqlandıran suallara cavab tapa bilər. Mətbuat nümayəndələrinə əməkdaşlığa görə təşəkkür edirik”.

 

“Baku Crystal Hall”da görülməmiş şou vəd olunur

 

Eurovision.tv-nin rəhbəri Yorqan Frank əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, müsabiqənin keçiriləcəyi məkan barəsində məlumat verdi: “Qərara gəldik ki, yarışma “Baku Crystal Hall”da ( Büllur Saray) keçiriləcək. Bu məkan çox cazibədardır. “Eurovision” müsabiqəsi üçün layiqli məkandır. Bu 7saatlıq yox, ilboyu davam edən televiziya yarışmasıdır. İl ərzində müsabiqənin yarımfinal final mərhələlərinə hazırlıq gedir. Açarın təqdim olunma mərasimi müxtəlif ölkələrdə nümayiş olunur. ən nəhayət ki, müsabiqə ərəfəsində həmin ölkəyə çox sayda turist axını olur. Sözsüz ki, bunun yaratdığı müəyyən problemlər var. Belə ki, viza, otel, mədəni proqramların təşkili s. işlər görülməlidir”.

Hazırlıq prosesi hamını maraqlandırırdı. Bildirək ki, biz az vaxtda çox görmüşük. Avropa Yayım Birliyi bu günə qədər olan hazırlıq mərhələsini yüksək dəyərləndirir çox sevindirici haldır ki, bir çox işləri çox tez həyata keçirmişik. Hamının gözlədiyi təntənəli şounu sizə təqdim edəcəyik. Bu bir qədər fərqli üslubda, “Eurovision” müsabiqəsini daha yaxşı tərəfə çəkəcək, kifayət qədər fərqli möhtəşəm şou olacaq. Bu şou ilə bağlı artıq tərəfdaşlar seçilib. Bizimlə əcnəbi, peşəkar tərəfmüqaabilləri əməkdaşlıq edir. Yarımfinal final mərhələsinin yüksək səviyyədə keçməsi üçün hər bir işi görürük. Çalışacağıq ki, ölkəmizin təqdimatını əks etdirən gecədə milli calarlara üstünlük verək. Bu layihənin 150 mindən artıq auditoriyası var. Əminik ki, bu günədək gercəkləşməmiş fərqli maraqlı şou nümayiş etdirəcəyik” – bunu açıqlamasında Adil Kərimli bildirdi.

 

Biletlərin qiyməti Avropa bazarına uyğun olacaq?

 

Avropa arenasının diqqətində olan müsabiqədə iştirak etmək çoxlarının arzusudur. Sözsüz ki, yerli tamaşaçılar bu fürsətdən daha çox yararlanmaq istəyirlər. Bəs maraqlıdır, biletlərin qiyməti necə olacaq. Biletlər Avropa bazarına uyğun olacaq, yoxsa yerli insanların ciblərinə görə? Bu sual çoxlarını düşündürür. “Eurovision” mahnı müsabiqəsinin tədbirlərin təşkilatı məsələləri üzrə rəhbəri Sietse Bakker bu məsələyə aydınlıq gətirdi. Onun sözlərinə görə, biletlərinin satışı ilə bağlı məlumat üç həftə ərzində ictimaiyyətə açıqlanacaq.”Müsabiqənin biletlərinin qiymətinin yüksək olmamasına çalışacağıq. Arenanın tutumunu bildikdən sonra biletlər satışa çıxarılacaq. Biletlərin qiyməti ev sahibi olan ölkələrin standartlarına uyğun müəyyənləşir”.

 

Prezidentlərin yox, mahnıların yarışmasıdır

 

Yan Ola Sand Azərbaycanda siyasi məhbusların olması iddiası ilə bağlı suala cavabında bu məsələnin “Eurovision” yarışmasına heç bir aidiyyəti olmadığını qeyd etdi: "Bu məsələnin “Eurovision” müsabiqəsinə aidiyyəti yoxdur. Avropa Yayım Birliyi Azərbaycandakı məsələlərlə maraqlanır kifayət qədər məlumatlandır. Amma Azərbaycan hökumətinə heç bir göstəriş ya nəyi isə diktə edə bilməz.".

Jurnalistlərdən birinin müsabiqəni siyasi əhəmiyyət daşıması sanki prezidentlərin yarışdığı ilə bağlı verdiyi suala isə icraçı rəhbər bu cür aydınlıq gətirdi: “Bu Prezidentlərin yox, mahnıların yarışmasıdır”.

 

Rəsmi şəkildə dövlət zəmanəti verilib

 

Azərbaycanı tanımayan bir çox ölkələr burda üzləşəcəkləri şəraitdən narahatdırlar. Daha çox isə üzdəniraq qonşumuz Ermənistan bu məsələ ilə bağlı müxətlif fikirlər yürütməkdədir. Məlumdur ki, onlar Bakıda keçiriləcək “Eurovision -2012” mahnı müsabiqəsində iştirak edəcəklərini rəsmən təsdiqləməzdən öncə təhlükəsizliklə bağlı təminat istəmişdilər. Hələ bir neçə ay öncə bu məsələ ilə bağlı təminat verilsə , suallar yaranmaqdadır. İcraçı rəhbər bir daha onların təhlükəsizliklərinin təmin olunacağını vurğuladı. Yan Old Sand bildirdi ki, digər ölkələr kimi, Ermənistanın da müsabiqədə iştirakına təhlükəsizlik baxımından zəmanət veriləcək: “Mən əmin edirəm ki, Ermənistan müsabiqədə iştirak edəcək. Biz onlarla mütəmadi olaraq əlaqə saxlayırıq. Ermənistanda müsabiqəyə hazırlıqlar gedir”.

 

Gey parad “Eurovision” tədbirləri sırasına daxil deyil

 

Adil Kərimli bildirdi ki, heç vaxt “Eurovision” çərçivəsində bu cür tədbir keçirilməyib bu il keçirilməyəcək: ““Eurovision” mahnı müsabiqəsinin rəsmi tədbirlər siyahısında heç zaman gey-parad barədə bir şey olmayıb bu gün tədbirlər siyahısında belə şey yoxdur. Bu müsabiqəyə sözügedən paradın heç bir aidiyyəti yoxdur. Bundan öncəki illərdə biz təcrübəmizdə belə bir parada rast gəlməmişik. Avropa Yayım Birliyindən, Eurovision”un Bakıdakı İşçi Qrupundan bu günə qədər bununla bağlı bizə sual ünvanlanmayıb. Bir daha bəyan edirik ki, bu paradın müsabiqəyə heç bir aidiyyəti yoxdur əgər kimsə kütləvi bir toplantı, hər hansı bir parad keçirmək istəyirsə, qanunlar çərçivəsində öz fəaliyyətlərini azad həyata keçirə bununla bağlı həmin qurumlara müraciət edə bilərlər”.

 

Aysər Həsənli

Üç nöqtə.- 2012.- 27 yanvar.- S. 13.