İKT sektoru sonsuz inkişaf potensialına malikdir
Azərbaycan bu bazarda qlobal
oyunçulardan birinə
çevrilmək əzmindədir
Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, iqtisadi yüksəliş göstərir
ki, ölkəmizdə
qeyri-energetika sektoru sürətlə inkişaf
edir. Bu il
enerji sektorunda bir qədər azalmaya baxmayaraq, qeyri-energetika sektorunun inkişaf göstəricisi
10 faizdən çox təşkil edib. Bu, bir daha onu göstərir ki, neft və
qazdan əldə edilən gəlirlərdən
iqtisadiyyatın şaxələndirilməsi
üçün məqsədyönlü
şəkildə istifadə
olunması özünü
doğruldur. Əlbəttə ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi bizim üçün prioritet sahələrdən
biridir. Çünki bu sahə inkişaf, biznes, təhsil, şəffaflıq,
gələcəyə aparan
yol deməkdir. «Bizim strateji
yanaşmamız bundan
ibarətdir ki, İKT
sektoru neft və qaz sektorundan
sonra biznes mühiti, gəlir əldə edilməsi baxımından ikinci sektor olmalıdır.
Bilirsiniz
ki, neft və qaz ehtiyatları
tükənən sərvətdir.
İKT sektoru isə sonsuz inkişaf potensialına malikdir. Ona görə də bu sahə qarşıdakı
20 ildə iqtisadiyyatımızın
aparıcı, bəlkə
də ən əsas sahələrindən
biri ola
bilər. Bu baxımdan
biz bu sahəyə özəl fondlardan milyardlarla ABŞ dolları
məbləğində investisiya
cəlb olunacağına
ümid edirik və dövlətimiz yerli şirkətlərlə
birgə prosesdə iştirak edəcəkdir.
Biz beynəlxalq sərmayədarlar üçün
açığıq. Azərbaycanda çox yaxşı
investisiya mühiti var və adambaşına
düşən birbaşa
xarici investisiyanın həcminə görə ölkəmiz keçmiş
sovet məkanında ən yüksək yerdədir. Biz neft və qaz
sektoru, İKT, infrastruktur,
tikinti sahələrinə
investisiya qoyuluşunda
daha çox maraqlıyıq. Bizim hökumətimiz
dövlət büdcəsi
hesabına İKT sektorunda
çox mühüm investisiya layihələrini
maliyyələşdirir. Məqsəd
yalnız hüquqi-normativ
baza yaratmaq deyil, eyni zamanda,
özəl sektorun da bu infrastruktur
layihələrində iştirakını
təmin etməkdir», prezident İlham Əliyev deyib. Həqiqətən də Azərbaycan
İnformasiya-kommunikasiya texnologiyaları
sahəsi böyük
potensiala malikdir.
Bu sahəyə dəstək göstərilməsi
ilə bağlı dövlət siyasəti
var. Eyni zamanda, özəl sektor da bu sahədə
çox fəal iştirak edir. Artıq Azərbaycan informasiya-kommunikasiya
texnologiyaları sahəsinin
inkişafına görə
bölgədə aparıcı
ölkəyə çevrilib
və gələcəkdə
də bu mövqeyini saxlayacaq.
Buna ölkəmizin kifayət
qədər imkanları
var. Beləliklə, Azərbaycan
İKT bazarında qlobal
oyunçulardan birinə
çevrilmək əzmindədi.
«Bilirsiniz, inkişafımızın
hazırkı mərhələsində
məqsədimiz internet istifadəçilərimizin
dünya informasiyasını
əldə etmək imkanlarını artırmaqdan
ibarətdir. Azərbaycanda internetdən istifadə
tam azaddır. Hazırda internet istifadəçilərinin sayı
65 faizdən çoxdur.
İndi
biz Azərbaycanın hər
bir kəndinin belə genişzolaqlı
internet xidməti ilə
təmin edilməsi üçün yeni sistem yaradırıq.
Buna görə də informasiyanın sərbəst əldə olunması bizim əsas məqsədimizdir.
Hazırda kibertəhlükəsizlik, azadlıqlar, qanun və bu kimi
məsələlərin tənzimlənməsi
bizim gündəliyimizdədir.
Bakıdakı İnternet Forumunun
müzakirə mövzularından
biri də məhz azadlıqlar - ifadə azadlığı,
informasiya azadlığı,
insanların şəxsi
azadlıqları, eyni
zamanda, təhlükəsizlik
və hüquqi baza arasında balansı müəyyən
etmək olacaqdır.
Düşünürəm ki, bu Forumdakı müzakirələr
bununla bağlı bəzi yeni ideyalar yaradacaq və əlbəttə ki, biz bu yeni
ideyalardan faydalanacağıq.
Həmçinin, biz dünyadakı aparıcı ölkələrin
bununla bağlı təcrübəsini də
öyrənəcəyik. Onlar bu problemlərin həllini necə görürlər, dünyanın
aparıcı demokratik
dövlətləri bu
məsələləri necə
həll edəcəklər?
Bütün bunlar bizim üçün çox önəmlidir»,- dövlət başçısı deyib.
Bu gün Azərbaycanda
İnformasiya Kommunikasiya
Texnologiyasının inkişafı
həm özəl, həm də dövlət qrumlarında
onun geniş tədbiqinə imkan verir. Belə xidmət vasitələrindən
biri də elektron-dövlətdir. Elektron dövlət
və ya e-dövlət-İKT-dən
istifadə etməklə
dövlət fəaliyyətinin
informasiya aspektlərini
həyata keçirmək
üçün nəzərdə
tutulmuş üsuldur.
Elektron dövlətin fəaliyyətini
İKT-nin köməyi
ilə icraçı
hakimiyyət (elektron hökumət), parlament (elektron parlament) və məhkəmə orqanları (elektron ədalət məhkəməsi)
dəstəkləyir. Azərbaycanda Elektron dövlətin
yaradılması dövlət
idarəçiliyinin keyfiyyətinin
artırılmasına yönəldilib.
Elektron dövlət (ing.
e-government) anlayışı çox hallarda Elektron hökumət kimi nəzərdə tutulur. Lakin bu cür ifadə düzgün deyildir. Belə ki, Elektron hökumət Elektron dövlətin bir qoludur. Müasir beynəlxalq hüquqi
sənədlərdə, əsasən
insan hüquqları üzrə Avropa məhkəməsinin qərarlarında
"government" dedikdə bütünlükdə dövlət
nəzərdə tutulur.
Analoji olaraq, "three branches of government" ifadəsində yalnız hökumət deyil, dövlətin hər üç qolu nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanda
elektron dövlətin
məqsədi öz idarəetmə fəaliyyətinə
İKT-ni tətbiq etməklə dövlət
xidmətlərini vətəndaşın,
biznes dünyasının
ixtiyarına vermək
və daha təsirli və səmərəli bir idarəetməyə nail olmaqdır.
E-dövlət xidmətləri
hökumət vətəndaş
(G2S), hökumət biznes
(G2B), hökumət-hökumət (G2G), hökumət qulluqçu
(G2E) və hökumət
qeyri- kommersiya təşkilatları (G2N) əlaqələri
üzərində qurub.
Elektron-dövlət və hökumətin
yaradılması ölkədə
İTK infrastrukturunun inkişafı,
uçot və əlaqələrin elektron
formalarının hüquqi
əhəmiyyətliliyini, uçot
və əlaqələrin
elektron formalarının
dəqiqliyini, təşkilati
və texnoloji mexanizminin təmini, bütün dövlət səviyyələrinin bu prosesə cəlb edilməsi kimi faktorların birgə mövcudluğunun olmasını
tələb edir.
Elektron dövlət və elektron-hökumətin tətbiqi
ölkə vətəndaşlarının
dövlət və hökumət orqanları ilə birbaşa əlaqələrinin yaranmasına,
süründürməçiliyin ləğvinə, bürokratik
əngəllərin aradan
qaldırılmasına, vətəndaşların
dövlət idarəetməsində
birbaşa iştirakına
şərait yaradıb.
Digər
tərəfdən elektron
hakimiyyətin tətbiqi
vətəndaşlara və
ölkə biznesinə
inkişaf üçün
yeni perspektivlər açaraq, sənədləşmə,
müxtəlif dövlət
xidmətlərindən tam yaralanma,
idarəetmənin şəffaflığının
təmininə zəmin
yaradıb. Bu gün internetdən istifadənin bir istiqaməti də biznes sahəsini əhatə edir. İnternet-iqtisadiyyatın, eləcə də
informasiya iqtisadiyyatının
ən çox inkişaf etmiş sahəsi elektron-biznes sahəsi hesab edilir. İlkin dövrlərdə bu sahə İnternet-kommersiya
və ya elektron kommersiya adlandırılırdı. Lakin sonradan sahənin genişlənməsi, ənənəvi
məhsullarla bərabər
informasiya məhsulları
və xidmətlərinin
də ticarətinin həyata keçirilməsi,
eləcə də xidmətin yeni növləri və üsullarının tətbiqi
onun elektron-biznes kimi adlandırılmasına
səbəb oldu.
Elektron-biznes – mal və
xidmətlərin elektron
ticarətini özündə
birləşdirir. Elektron
biznes mal və xidmətlərin reklamını
və hərəkətini,
məhsulun bazardakı
rəqabətədavamlılığının
öyrənilməsini, sifarişin
qəbulunu, malın daşınması və çatdırılmasını, istehsalçı və istehlakçı arasında
hesablaşmaların həyata
keçirilməsini yerləşmə
məkanından asılı
olmayaraq İnternet şəbəkəsi vasitəsilə
həyata keçirir.
Elektron-ticarətdə fiziki mallarla,
intellektual və informasiya məhsullarının
satışında fərqi
nəzərə almaq
lazımdır. Belə ki,
elektron ticarətdə
fiziki mal və xidmətlər haqqında
məlumatlar verilir və nümunə məhsullar distrübüterlər
vasitəsilə çatdırılır. İntellektual və informasiya məhsulları
isə birbaşa İnternet vasitəsilə həyata keçirilə bilər. Elektron reklam işi də hazırda maraq doğuran sahələrdən birinə
çevrilib. O istehsalçı
tərəfindən istehsal
edilmiş və təklif olunan mal və xidmətlərin xüsusi saytlarda İnternet vasitəsilə
geniş miqyasda reklamını həyata keçirir. Elektron reklam işində
məlumatların xüsusi
qaydada reklamı və məlumatların mühafizəsi təmin etməlidir. Elektron sənəd
dövriyyəsi isə
müəssisədaxili və
ya müəssisələrarası
sənədlərin kompüter
texnologiyaları və
şəbəkələr vasitəsilə çatdırılması,
təsdiqi və ya müzakirəsini təmin edir. Qeyd edək ki, bir
çox iri şirkətlər və müəssisələr elektron- sənəd dövriyyəsini xüsusi
korporativ şəbəkələrlə
həyata keçirir.
Adətən sənədlərin dövriyyəsində inkişaf
etmiş ölkələrdə
elektron imzalardan istifadə edilir ki, bu da
sənədlərin məxfiliyini
və ünvanına düzgün çatdırılmasını
təmin edir. İnformasiya
iqtisadiyyatı yuxarıda
qeyd olunan sahələrlə yanaşı
hazırda inkişaf mərhələsində olan
elektron əyləncə
sənayesinin, məsafədən
xidmət və məsləhət vermə,
müxtəlif biznes-serverlərin
işlənib hazırlanması
sahələrini də
əhatə edir.
Üç nöqtə.-2013.-
4 aprel.-S.9.