Heydər Əliyev Azərbaycan folkloru

 

Zəlimxan Yaqub: “Heydər Əliyevin Azərbaycan ədəbiyyatında gördüyü işləri hələ heç kim etməyib

 

 Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan "Heydər Əliyev Azərbaycan folkloru" mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbiri Milli Kitabxananın direktoru Tahirov Kərim açaraq, bu tədbirin Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən ilki olduğunu bildirdi ulu öndər haqqında yazılan kitabı tədbir iştirakçılarına təqdim etdi: “Heydər Əliyevin mədəniyyətimizə kitablara olan hörməti, diqqəti hər zaman ön planda olub. Ümumilikdə, folklorumuzun inkişafında Heydər Əliyevin gördüyü işlər əvəzsiz xidmətlərə malikdi. Kitabxanada baş verən yeniliklər inkişaf bilavasitə ümummilli liderin kitaba folklora olan qayğısının bəhrəsidi. Ulu öndərin mədəniyyətimizə göstərdiyi diqqət bu gün bütün sahələrdə hiss olunur”. Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Heydər Əliyev Azərbaycanın dövlətçiliyi, folkloru, mədəniyyəti bütün sahələri ilə bağlı çox geniş işlər həyata keçirdiyini dedi: “Mən Heydər Əliyevi cəmi 10 dəfə görmüşəm. Heydər Əliyevin Azərbaycan ədəbiyyatında gördüyü işləri hələ heç kim etməyib. Deyərdim ki, Şah İsmayıldan sonra Azərbaycan eşitdiyimiz ən böyük şəxsiyyət Heydər Əliyevdir. Manasdastanın keçirilməyini görüb söylədi ki, biz üçün Dədə Qorqudun yubileyini keçirməyək. Dədə Qorqudla bağlı yubileyin keçirilməsi məsələsinin əsası Qırğızıstanda qoyuldu”. AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov ulu öndərə həsr olunmuş bu tədbirin böyük əhəmiyyəti olduğundan danışdı: “Çünki, biz Heydər Əliyevi xatırlamaqla həm , keçmişimizə, mədəniyyətimizə, folklorumuza səyahət edirik. Ulu öndərin Azərbaycana gəlməsinə bizim daxilimizdə bir ehtiyac var idi. Onun sağlığında gördüyü işlərin sayı-hesabı yoxdu. Bu gün isə o siyasət layiqincə davam etdirilir. Mədəniyyətin bütün sahələrinə nəzər salsaq, aparılan işləri, inkişafı görmək mümkündü”. Professor sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəzail Miskinli xalq yaradıcılığına olan diqqətin birbaşa dövlət başçısının dilindən səslənməsinin diqqətəlayiq bir hal olduğunu dedi: “Xalqımızın əvəzsiz milli sərvəti olan folklor qaynaqlarının, xalq yaradıcılığı nümunələrinin, o cümlədən aşıq yaradıcılığının nümunələrinin araşdırılması, öyrənilməsi, tədrisi təbliği bu mötəbər mənbədən, zəngin xəzinədən, mənəvi irsdən qidalanan, güc alan, bəhrələnənə incəsənət sahələrinin müasir elm sənət meyarları ilə dəyərləndirilməsi, bəşəriyyəti qloballaşma mədəni inteqrasiyaya meyllərinin qayğılandırdığı bir tarixi dövrdə, xüsusilə mədəni əhəmiyyət daşıyır. Bu gün suveren dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli köklərinə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Ona görə hər bir incəsənət əsəri bu məqsədə xidmət etməli, xalq yaradıcılığı nümunələrinin sinkretizmindən bəhrələnən sənət əsərləri tədqiq, təhlil təbliğ edilməlidi. Bu prioritetlərin mədəniyyət siyasətimizdə əksi, qanunvericiliklə müəyyənləşməsi, birbaşa dövlət başçısının dilindən səslənməsi diqqətəlayiq bir hal olmaqla, həm bu sahədə aparılmalı olan elmi tədqiqatların tədris prosesinin əsas konturlarını müəyyənləşdirir”. Tədbirdə digər çıxış edənlər Azərbaycan folklorunun zənginliyindən geniş söz açıb, folklorun qədim tarixindən bəhs ediblər. Ümummilli liderin bu sahədə gördüyü işlərə, verdiyi qərarlara toxunuldu. Bu diqqət qayğı hörmətlə yad edildi.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.- 4 aprel.-S.13.