Bu gün Asəf
Zeynallının doğum günüdür
Zümrüd
Dadaşzadə: “Onun gördüyü
işlər indi də bizim
musiqi tarixində minnətdarlıqla yad edilir”
Bu gün Azərbaycan
musiqi tarixində bir
çox ilklərə imza
atan məşhur bəstəkar Asəf
Zeynallının doğum günüdür.
1909-cu ildə Dərbənddə dünyaya göz açan sənətkarı Doğum
günündə bizimlə xatırlayan əməkdar incəsənət
xadimi, musiqişünas Zümrüd Dadaşzadə bildirdi ki, Asəf Zeynallı qısa bir
ömür yaşasa da, onun gördüyü
işlər indi də bizim
musiqi tarixində minnətdarlıqla yad edilir: “Çünki
o ilk azərbaycanlı
olub ki, tam akademik musiqi
təhsili alıb və bir sıra ilklərə
imza atıb. İlk Azərbaycan
romanslarını yaradıb. İlk instrumental əsərlər ərsəyə gətirib.
Uşaqlar üçün
ilk musiqi pyesləri də
Azəf Zeynallının yaradıcılığının məhsuludu.
Mənim üçün simfonik
musiqini araşdıran mütəxəssis
kimi çox
maraqlı oldu ki, Asəf
Zeynallı Azərbaycanda ilk simfoniya yazmaq həvəsində
idi. Özü də bu Bakıya həsr olunan
proqramlı xarakter daşıyan bir simfoniya olmalı idi. Hələ 30-cu illərin əvvəllərində
gənc bir sənətkarın, bəstəkarın
instrumental musiqinin ali forması üzərində əsər yaratmaq iqtidarında olması onun
çox böyük
istedadının olmasına dəlalət edirdi.
Onu da xatırladım ki, Azərbaycanda
ilk simfoniyalar təxminən
Asəf Zeynallının ölümündən 10 il sonra, yalnız
1943-cü ildə yazıldı. Təəssüflər olsun ki, ölüm
aman vermədi ki, bu böyük bir layihəni Asəf Zeynallı
reallaşdırsın. Onun musiqidə
elə ilk addımları çox
böyük maraq doğurur. Çünki bir neçə musiqi alətində
artıq bu gənc insan
ifa edə bilirdi. Ona hətta “İnsan orkestr” də deyirdilər. Çünki
doğrudan da onun ifaçılıq imkanları çox zəngin idi”.
Musiqişünas onu da dedi ki,
Azəf Zeynallının musiqiçi kimi püxtələşməsində Üzeyir Hacıbəylinin böyük
rolu olub: “Üzeyir bəy ona çox böyük
qayğı ilə yanaşıb. Belə bir
sənətkarın gənc ikən həyatdan getməsi Üzeyir bəyi çox
sarsıtdı. Və o hesab
eləyirdi ki, ümumiyyətlə, Azərbaycan
musiqisində önəmli yer tuta biləcək bir
insandı. Onun fitri
istedadını ilk addımlarından duymuşdu. Onu da deyim ki,
Asəf Zeynallının yaşayıb, yaratdığı o dövr çox
mürəkkəb dövr idi.
O zaman belə şüarlar
səslənirdi ki, Azərbaycanda müəyyən
islahatlar keçirilməlidi. İlk növbədə Azərbaycan tarı, muğam sənəti milli
əlifba və çadra ilə arxivə ötürülməlidi.
Azərbaycanın görkəmli sənətkarları bu çağırışlara, şüarlara qarşı
çıxış edirdilər. Asəf Zeynallı da indiki sözlə desək,
aksiyalarda iştirak eləyirdi.
O hesab eləyirdi ki,
Azərbaycan musiqisi üçün
çox zəruridi. Çünki
onun imkanları o qədər
mükəmməldir ki, muğamı burda çox gözəl ifa etmək olar. Tarı məhv
etsək, musiqi təfəkkürümüzə
zərbə endirmiş olarıq. O düşünürdü ki,
keçmişsiz gələcək mümkün deyil. Asəf Zeynallının əsərləri
çoxdu. Amma Asəf Zeynallı deyəndə biz ilk növbədə
onun romanslarını fikirləşirik. “Ölkəm”
C.Cabbarlıya yazılmış bu əsər bizim vətənimizin
bir növ həm təbiətini vəsf dir, həm də vətənə
həsr olunmuş nəğmələrdən çox fərqlidi.
Sanki bir uşağın kövrək mövzuya münasibətidi.
Sadə bir şəkildə yazılsa da, bir lakmus
kağızı kimi ifaçının səmimiliyini ifadə
edir. Asəf Zeynallı teatr üçün də musiqilər
yazıb”. Qeyd edək ki, Asəf Zeynalabdin oğlu Zeynallı
1932-ci ildə yaradıcılığının inkişaf
etdiyi bir dövrdə, ağır xəstəlikdən vəfat
edib.
Aygün
Asimqızı
Üç
nöqtə.-2013.- 5 aprel.-S.13.