Mobil abunəçilərin əksəriyyəti sürətli internet istifadəçiləridir

 

    Azərbaycan MDB ölkələri arasında geniş regionda İnternet istifadəçilərinin sıxlığına görə də liderdir

 

 Azərbaycanda həyata keçirilən düşünülmüş, gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları  (İKT) sektorunda da öz bəhrəsini verib. Son illər sektor üzrə uğurlu nəticələr əldə edilib, ölkə və region üçün böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirilib. Öncə qeyd edək ki, 2003-cü ilin fevralında ümummilli liderimiz Heydər Əliyevin xüsusi Fərmanı ilə regionda ilk dəfə olaraq qəbul olunmuş İKT-nin inkişafı üzrə 10 illik Milli Strategiya 2012-ci ildə başa çatıb. Digər tərəfdən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulub. Artıq Azərbaycan 2013-cü ildə kosmik ölkələr sırasına qoşulub. Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov  İKT sektorunun ölkənin iqtisadiyyatında aparıcı rol oynamağa başladığını bildirib. Onun sözlərinə görə, İKT sektoru 2004–2013-cü illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənib, 2012-ci ildə isə sektorun artım tempi təxminən 18 faiz olub. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. MDB ölkələri sırasında ilk dəfə 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, 2010-cu ildə isə tam elektronlaşdırılıb, yəni rəqəmləşdirilib. Keçən il şəbəkəyə, təxminən 20 min nömrə də əlavə olunaraq, “yeni nəsil şəbəkəsi” texnologiyaları tətbiq olunub. Nazirin bildirdiyinə görə 2012-ci ildə sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulub.  Son üç ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda İnternet istifadəçilərinin sıxlığına görə də liderə çevrilib. 2012-ci ildə bu rəqəm 65 faizdən təxminən 70 faizə yaxınlaşıb. Keçən ildə internet xidmətlərinin keyfiyyəti yüksəlmiş, 2011-ci illə müqayisədə xaricə çıxış tutumu 2,2 dəfə artmış, qiymətlər isə təxminən 35 faiz azalıb. Azərbaycanda 1 meqabit-saniyə xidmətinin qiyməti orta əmək haqqının təxminən 3 faizi qədərdir. İnkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20 faiz civarındadır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda “evlərə optikamodeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlayıb və 2013-cü ildə artıq bu layihəyə 103 milyon manat vəsait ayrılıb. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcəkdir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaqdır.  Nazirin sözlərinə görə, ötən ildə Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37-ci ölkəsi olub. İndi bizdə hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini 100 faiz əhatə edib. İndi mobil abunəçilərin əksəriyyəti, həm də sürətli internet istifadəçiləridir. Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımının ilk dəfə Azərbaycanda tətbiq olunubindi ölkə əhalisinin 90 faizinin bu yayım texnologiyasına çıxış imkanı təmin olunub. Bu gün Azərbaycanda 25 televiziya kanalı var, onlardan 11-i ümumrespublika, 14-ü isə regional kanaldır, 15 radio proqramı mövcuddur. Eyni zamanda, 12 kabel televiziyası və 20-dən çox İnternet televiziya studiyaları fəaliyyət göstərir. Milli Teleradio Şurasının razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş və lisenziyalaşdırılmış 100-dən çox xarici radio-televiziya kanallarının qəbulu, saxlanmapaylanma sistemi yaradılıb ki, planımız bu sistemi regional mərkəzə çevirməkdir.   Bu gün Azərbaycan bir neçə böyük regional layihələrə də cəlb olunub. Onlardan xüsusi olaraq "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), Regional İnnovasiya Zonası (RİZ), Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace" və "Avropa-Asiya Yüksəksürətli İnformasiya Magistralı" layihələrini qeyd etmək olar. Avrasiya regionunda dünyanın inkişaf etmiş cəmiyyətləri ilə müqayisədə insanların səmərəli qiymətlərlə internetə qoşulma imkanlarının məhdud olmasını, istehlakçıların qoşulma üçün həddən artıq yüksək haqq ödəməsini və regionun beynəlxalq qoşulmalarla zəif təchizatı sahəsində dünyada mövcud olan "rəqəmli fərqliliyi" nəzərə alaraq Azərbaycanın  "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın" (TASİM) yaradılması təşəbbüsü ilə  çıxış etməsi regional əhəmiyyətə malikdir. Bu layihə İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olanqeyd olunan regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcəkdir. Hazırda layihənin reallaşdırılması və beynəlxalq dəstəyin əldə olunması üzrə region ölkələri və beynəlxalq təşkilatlarla birgə işlər görülür. Əli Abbasov deyib ki, bir pəncərə prinsipi ilə işləyən vahid elektron hökumət portalı yaradılıb və 2012-ci ilin sentyabrından İnternet vasitəsilə əhali və adamlarının istifadəsinə verilib. Elektron hökumət portalına 40 hökumət və dövlət qurumu real vaxt rejimində birləşdirib və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 sadə xidmət artıq portalda cəmləşdirilib və İnternetə birbaşa çıxışı olan əhalinin istifadəsinə verilib. Elektron imza sisteminin kompyuter mobil telefon versiyası işə salınıb. 2012-ci ildə təxminən 5,5 mindən çox dövlət məmuru vətəndaşlar elektron imzadan istifadə ediblər. Avrasiya regionunda "rəqəmli fərqliliyi" aradan qaldırmaq ümumilikdə iştirakçı ölkələrin bu layihənin sosial-iqtisadi səmərəliliyindən bəhrələnməsi məqsədilə Azərbaycan hökuməti sözügedən layihənin BMT-nin Baş Assambleyasında müzakirə edilməsinə Assambleyanın 64-cü sessiyasında bu barədə qətnamənin yekdilliklə qəbul edilməsinə nail olub. Qətnamədə bu layihənin regionda nəinki İKT-nin, həmçinin minilliyin məqsədlərinə - yoxsulluğun savadsızlığın azaldılmasına, ümumiyyətlə, sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan verəcəyi, eləcə Azərbaycanın layihənin həyata keçirilməsi üzrə regional səyləri koordinasiya etmək təşəbbüsü alqışlanıb. Hazırda layihənin reallaşdırılması üzrə işlər davam etdirilir. Azərbaycanın  "Europe Persia Express Gateway"  layihəsində iştirak etməsi, ölkəmizin "texnoloji hub"a çevrilməsi strategiyasının bir hissəsi olaraq, Azərbaycanı yeni tranzit marşrutunun yaradılması üçün istifadə etməyə imkan yaradır. Ölkəmizin bu layihədə iştirakı onun beynəlxalq internetlə bağlantısını yaxşılaşdıracaq. Ümumiyyətlə, layihə sayəsində Avropadan Omana, Frankfurt şəhərindən başlayaraq Polşa-Ukrayna-Rusiya-Azərbaycan-İran Oman ərazisindən keçməklə çox böyük tutumlu, keyfiyyətli rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin ediləcək. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı kabellərə alternativ olaraq ən qısa yoldur. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm ehtiyat marşrut olaraq seçilmişdir. Adı çəkilən layihədə iştirak, Azərbaycanın "Delta Telekom"  operatorunun yüksək texnoloji səviyyəsini  göstərir. Ümumilikdə Azərbaycan böyük coğrafi kommersiya potensialına malikdir ki, bu da ölkənin "texnoloji hub" olmasına təkan verir. TASİM, "Azərkosmos", "Avropa-Asiya Yüksəksürətli İnformasiya Magistralı" Regional İnnovasiya Zonası layihələri qarşıya qoyulan məqsədlərə çatmaqda bizə dəstək olacaq.

 

 

Üç nöqtə.-2013.-9 aprel.-S.9.