Bakıda Beynəlxalq Müasir Musiqi Festivalı keçirilir
Rauf Abdullayev: “Bu festivala bir musiqi
təntənəsi deyə
bilərik”
Aprelin 14-dən etibarən
Bakıda Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Qara Qarayev adına
V Beynəlxalq Müasir
Musiqi Festivalı keçirilir. Azərbaycan Dövlət Filarmoniyasında
təntənəli açılış
mərasimi təşkil
edilən festival proqramına
uyğun olaraq davam edir. Bu haqda “Üç nöqtə”yə danışan
xalq artisti, dirijor Rauf Abdullayev
bildirdi ki, dahi bəstəkarımızın
adını daşıyan
festival çox uğurla
davam edir: “Bu festivala bir musiqi
təntənəsi deyə
bilərik. Çünki burda dünyanın
müxtəlif ölkələrindən
olan musiqiçilər
çıxış edirlər.
Bu da Azərbaycanın
və musiqiçilərimizin
dünyada tanıdılması
və əlaqələrin
genişləndirilməsi baxımdan
önəmlidi. Bu festivalın təməli
1980-ci illərdə qoyulub.
Arada bir müddət fasilə verilməsinə
baxmayaraq bu gün festival öz əhəmiyyətini qoruyub
saxlayır. Festivalda Azərbaycanla
yanaşı, Almaniya,
Avstriya, Fransa, Hollandiya və Rusiyan müasir musiqini mükəmməl ifa edən solist
və kollektivləri təmsil olunacaq. Biz festivalda Avropanın
ən tanınmış
muisiqiçilərinin əsərlərini
səsləndiririk. Azərbaycan bəstəkarlarından
Arif Məlikov, Xəyyam Mirzəzadə və s-lərinin əsərlərini səsləndiririk”.
Rauf Abdullayev festivala gələn xaricilərin ölkəmiz
haqda fikirlərinin müsbət olduğunu deyir: “Gələn qonaqların eləsi var ki, Azərbaycanda
dəfələrlə olub.
Eləsi
də var ki, birinci dəfədir
Bakıya gəlir.
Hər tərəf yaşılıq,
gözəlliklə əhatə
olunub. Belə bir ölkədə
festivalda iştirak etməkdən məmnunluqlarını
bildirirlər. Azərbaycanda da çox gözəl
təşkilatçılıq işləri aparılıb
və gözəl məkanlarda bu festival keçirilir”.
Qeyd edək
ki, festival çərçivəsində
Muzey Mərkəzində
Azərbaycan Bəstəkarlar
İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən müasir
musiqinin problemlərinə
həsr olunmuş elmi konfrans, Beynəlxalq Muğam Mərkəzində, Rəşid
Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
və filarmoniyanın
kamera və orqan musiqisi zalında xarici və yerli musiqiçilərin,
musiqi kollektivlərinin
ifasında konsertlər
keçiriləcək. Festivalın başqa
bir orijinal layihəsi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
səhnəsində ekstravaqant
klassiklərdən biri
Mauricio Kagelin musiqisi əsasında "Variete"
tamaşasının nümayişi
olunmasıdı. Festivalın
bədii rəhbəri
əməkdar incəsənət
xadimi, professor Fərəc Qarayevdir. Onu da bildirək
ki, Qara Qarayev adına
V Beynəlxalq Müasir
Musiqi Festivalı aprelin 19-dək davam edəcək.
Aygün Asimqızı
Üç
nöqtə.-2013.-16 aprel.-S.13.