Rəqəmsal texnologiya iqtisadiyyatın inkişafında böyük rola malikdir

 

Bu texnologiyaların tətbiqi böyük həcmdə investisiya qoyuluşlarına şərait yaradıb

 

 Azərbaycanın davamlı inkişafını təmin etmək üçün iqtisadiyyatın modernləşdirilməsi, neft-qaz amilindən asılılığının minimuma endirilməsi, rəqabət qabiliyyətinin və ixracın artırılması mühüm əhəmiyyət kəsb edir. Məhz informasiya-kommunikasiya texnologiyaları kənd təsərrüfatı, təhsil və elmin inkişafı ilə bərabər bu hədəflərə çatmağı təmin edəcək prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu baxımdan hazırda rəqabətqabiliyyətli və ixracyönümlü İKT sənayesinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması İKT sahəsində fəaliyyətin stimullaşdırılmasına, innovasiyaların tətbiqinə, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə, istehsal yönümlü fəaliyyətin dəstəklənməsinə, bu sahəyə yerlixarici investisiyaların cəlb olunmasına xidmət edir. Dövlət Fondu real mexanizm olaraq İKT sahəsinin güclənməsini təmin edəcəkdir. Həmçinin, “Regional İnnovasiya Zonası” layihəsi üzrə işlər yekunlaşdırılıb. Bu layihə çərçivəsində ölkədə İKT məhsullarının  istehsalı və ixrac potensialının artırılması və bu sahədə sahibkarlığın inkişafının sürətləndirilməsi üçün texnoparkın yaradılması, burada xüsusi ixrac rejiminin, o cümlədən vergi-gömrük güzəştlərinin tətbiqibir sıra digər mühüm tədbirlər nəzərdə tutulub. Azərbaycanın İKT sahəsində regional mərkəzə çevrilməsinə, həmçinin, region ölkələrinin sosial-iqtisaditexnoloji inteqrasiyasına xidmət edən “Transmilli Avrasiya Super İnformasiya Magistralı” və Avropa-Yaxın Şərq informasiya layihələrinin reallaşması da prioritet məsələlərdən biridir. Süni peykimizin orbitə çıxarılması və peyk texnologiyaları əsasında xidmətlərin göstərilməsi Azərbaycanın Qərblə Şərq arasında etibarlı informasiya tranziti mərkəzi kimi mövqelərini möhkəmləndirəcək, ölkədə kosmik sənayeni keyfiyyətcə yeni mərhələyə yüksəltməklə, iqtisadiyyatımızın gələcək perspektivləri baxımından əhəmiyyətli olacaqdır. Bundan başqa, ölkədə genişzolaqlı internet xidmətlərinin inkişaf etdirilməsi, rəqəmli televiziya yayımına keçidin yekunlaşdırılması və elektron hökumət layihələrinin genişləndirilməsi İKT sahəsində sürətli inkişafın təmin edilməsi məqsədilə yaxın perspektiv üçün gündəmdə olan məsələlərdir. Unutmaq olmaz ki, bu gün informasiya-kommunikasiya texnologiyasının inkişafı iqtisadiyyatın digər sahələrinin inkişafı deməkdir. Bu gün elə bir sahə tapılmaz ki, ondan geniş istifadə edilməsin. Bu sahələrdən birikino sənayesidir. Eyni zamanda rəqəmsal imkanlara bu gün kino sənayesi, müxtəlif festival və toplantıların keçirilməsində, böyük idman yarışlarının təşkili və nümayişində, konfransların, beynəlxalq görüşlərin keçirilməsində, dünyəvi problemlərin həllində, ümümdünya məlumatlarının çatdırılmasında, kütləvi informasiya vasitələrinin beynəlxalq miqyaslaşmasında böyük rola malikdir. Məhz bu texnologiyaların tətbiqi, idman, incəsənət, turizm sahəsində yeni gəlir gətirən sahələrin açılmasına, böyük həcmdə investisiya qoyuluşlarına, dünya miqyasında reklamların təşkilinə və bu işdən külli miqdarda gəlir əldə olunmasına şərait yaradıb. Ona görə də onun inkişafı prioritet sahə kimi önə çıxıb. Gələcəkdə rəqəmsal iqtisadiyyatın inkişafı elə bir tarixi qüvvəyə çevrilə bilər ki, onun sayəsində cəmiyyətdə hərtərəfli liberal tarazlıq bərqərar ola bilər. Əgər rəqəmsal texnologiyaların imkan və perspektivləri məqsədəyönlü şəkildə, düzgün istifadə edilərsə müasir dövrdə mövcud olan pulun və hakimiyyətin bölgüsü prosesi kökündən dəyişmiş olacaq. Bu texnologiyaların və iqtisadiyyatın inkişafı iqtisadi maqnatların zəifləməsi, əslində isə bütün dünyanı əhatə edən daha kiçik müəssisələrə bölünməsinə gətirib çıxaracaq. Belə kiçik müəssisələrin yaranması iqtisadi inkişafın bütün yer kürəsində eyni tempdə inkişafına, daha mütəhərrik olmasına, müxtəlif regionların ehtiyatlarının vaxtında və lazımi səviyyədə istifadəsinə şərait yaradacaq. Lakin qeyd etmək lazımdır ki, hazırki dövrdə dünyanın iqtisadi nəhəngləri bu prinsip və qaydaların yayılmasının tərəfdarı olmamaqla yanaşı, həm də onun yayılmasının qarşısını hər vəchlə almağa çalışırlar. Texnoloji proseslər özü-özlüyündə bu səddi aşmağa qadir deyildir. Buna görə də istehsalın yenidən qurulması, sosialsiyasi fəaliyyətin yeni əsaslarla hazırlanması, yeni model və texnologiyaların ardıcıl tətbiqi qeyd olunan səviyyənin əldə olunmasını təmin edə bilər. Rəqəmsal iqtisadiyyatın fəaliyyət dairəsinin genişlənməsi, onun daha çox dünya ölkələrini əhatə etməsi rəqəmsal fəzanın qorunması və istifadəsinin səviyyəsindən daha çox asılıdır. Bu məqsədlə hazırda geniş kontekstlər çrvrəsində hansı ehtiyatlara malik olma, onların mübadiləsi və istifadəsinin tələbata uyğunluğu, informasiyanın bazarda hansı qiymətə satılması, istifadə baxımından onun yararlılığı və şəraitə uyğunluğu problemlərinin həllinə xüsusi diqqət yetirilir.  Əslində bu günkü şəraitdə bu qiymətləndirilmələrin aparılması heçasan deyil. Çünki dünya informasiya fəzasında hal-hazırda müxtəlif mənbə və istehsalçıların məhsullarına rast gəlmək olur. Eyni zamanda istifadə edilən texniki vasitələr də həm texniki parametrlər, həm istifadə imkanları, həm də texniki mürəkkəblik dərəcəsi ilə bir-birindən fərqlənir. Belə vəziyyətdə məhsulun seçilməsi və istifadəsi, istifadənin nəticəsinin necə olacağının əvvəlcədən müəyyənləşdirilməsi və proqnozlaşdırılması həddən artıq çətindir. Son illərdə İnternetin inkişafı rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində geniş tətbiqinə yol açıb. Belə düşünmək olar ki, bu tendensiya rəqəmsal texnologiyaların ümumbəşəri istifadəsinə yol açaraq informasiyanın mülkiyyət baxımından azadlığını təmin etməlidir. Lakin İnternet, eləcə də qlobal şəbəkələrin kommersiya şəbəkələri olması istənilən istifadəçinin informasiya məhsullarından birbaşa istifadəsinə imkan vermir. Belə ki, şəbəkə kabelləri, müxtəlif gücləndiricilər, şəbəkə modemləri və digər texniki qurğulara, informasiyanın şəbəkədə mübadiləyə uyğun təşkil olunması, şəbəkə fəaliyyətinin müxtəlif səviyyələrdə (fiziki, seans, təqdimat və s.) işinin təşkili sonda yenə də iqtisadi asılılığa və məhdudiyyətlərin meydana gəlməsinə səbəb olmuşdur. Göründüyü kimi rəqəmsal iqtisadiyyatın müasir inkişafı təzadlarla irəliləyir. Bir tərəfdən iqtisadi inkişaf ənənəvi formalardan uzaqlaşmağa çalışır, digər tərəfdən isə ənənəvi iqtisadi qanunların təsiri altına düşür. Bu fikri informasiya iqtisadiyyatı sahəsində elmi işləri ilə tanınmış alim Ceyms Boyl da qeyd edir. Onun fikrinə görə hazırki dövrdə informasiyaondan istifadə texnologiyalarının inkişafı mühiti növbəti təcrid dalğasının yaranmasına səbəb olmuşdur. İnformasiya iqtisadiyyatının, yəni rəqəmsal texnologiyaların istifadəçilərinin ən iri nümayəndələri özlərinin iqtisadi mənfəətlərinin saxlanması üçün digər iştirakçıların fəaliyyət dairəsinin məhdudlaşdırmağa çalışır ki, bu da sonda informasiya iqtisadiyyatının, eləcə də rəqəmsal iqtisadiyyatın təcrid olunmasına gətirib çıxarır. Məhz bu səbəbə görə son illərdə ideya və informasiyanın azad hərəkətinin təmin olunması istiqamətində müəyyən işlərin görülməsinə xüsusi diqqət yetirilir. Artıq bir çox şirkət və müəssisələr belə iqtisadi siyasətin, yəni təcrid etmə istiqamətində aparılan fəaliyyətin ümumi inkişaf üçün zərərli olduğunu və hətta bir çox hallarda iqtisadi böhrana gətirib çıxarılmasına səbəb olduğunu başa düşmüşlər. Artıq bir çox proqram məhsulları hazırlanaraq bazara çıxarıldığı an gözlənilmədən ayrı-ayrı fərdlər və ya kiçik kompaniyalar tərəfindən həmin məhsulun daha keyfiyyətli nüsxələrinin hazırlanması və ya daha geniş fəaliyyət dairəsinə malik məhsulun istehsal edildiyi aşkarlanır. Bu isə iri şirkətlərin sifarişçilərini azalmasını, onların məhsul bazarının əhatə dairəsinin kiçilməsinə səbəb olur. Buna görə də rəqəmsal iqtisadiyyatın ümumi prinsipləri istər-istəməz məhsul bazarında gecya tez olaraq bərqərar olmasına nail olacaq.

 

 

Üç nöqtə.-2013.-17 aprel.-S.-9.