İnternetdən istifadənin genişlənməsi
yeni informasiya cəmiyyəti
yaradıb
Bu sahənin inkişafı müasir elmi nailiyyətlərə,
informatikanın və kompüterlərin imkanlarına əsaslanır
Texnologiyaların
inkişafı, istifadəçi mühitinin
genişlənməsi, yeni xammal,
intellektual fərd və institutların rəqəmsal
iqtisadiyyata daxil
olması istər-istəməz ümumi qəbul
olunmuş qaydalara riayət
olunmasına zəmin yaradır. Ona görə
də yaxın onilliklər üçün
seçdiyimiz siyasi, iqtisadi istiqamət bizim gələcək
həyatımızın, eləcə də rəqəmsal
iqtisadiyyatın inkişafını müəyyən edəcək.
Seçilən istiqamət gələcək texnoloji və iqtisadi şəraitdə
azad. eynihüquqlu
üzvlərin mövcudluğunu tələb
edir. Əgər sabahkı iqtisadi
mühit dünənki qaliblər tərəfindən
diktə ediləcəksə, yüksək texnoloji
təminata malik iqtisadi
rəqabət faciəyə çevrilə bilər. Bizi əhatə
edən həqiqətlər və dünya
daima dəyişir. İldən-ilə bu dəyişmələrin sürəti daha da artır. İnformasiya texnologiyaları sahəsində
aparılan müşahidələrə əsasən isə tam əminliklə demək olar
ki, dəyişikliklər anbaan
sürətini artırır və geniş
miqyas alır. Hazırki dövrdə informasiya texnologiyaları sahəsi ən
sürətlə inkişaf edərək
dəyişən sahə hesab edilir. XX əsrin 90-cı illərindən başlayaraq İKT-nın intensiv
inkişafı internetin
populyarlaşmasına səbəb olub. İnformasiya texnologiyaları sahəsində innovasiyalar həyatın müxtəlif sahələrində
istifadə edilir. Məhz bu innovasiyalar mədəniyyət,
təhsil, iqtisadiyyat sahələrində,
dövlət orqanlarının fəaliyyətinin effektivliyinin təmin olunmasında mühüm rol oynayır.
İnternetdən istifadənin genişlənməsi yeni informasiya cəmiyyətinin
və yeni “şəbəkə
iqtisadiyyatı”nın yaranmasına səbəb olub. Bu iqtisadi sahənin inkişafı müasir elmi nailiyyətlərə,
informatikanın və kompüterlərin imkanlarına əsaslanır.
İnternetin iqtisadiyyatda
tətbiqi biznesin yeni
sahələrinin yaranmasına, nəticədə məhsul və
xidmətlər, ənənəvi və “virtual”
iqtisadiyyat
arasındakı fərqlərin silinməsinə səbəb
olub. İnternet iqtisadiyyat yaxın zamanlarda
yaranmasına baxmayaraq dünya
təsərrüfatının sistemləşdirici hissəsidir.
Müasir internet sistemi
qloballaşdirma kimi dünya iqtisadiyyatinin bütün operatorlarini əhatə
edərək yüksək inkişaf etmiş ölkələrin
iqtisadiyyatını stimullaşdırır və iqtisadi cəhətdən zəif olan ölkələrin inkişaf
edərək dünya sisteminə inteqrasiyasına
şərait yaradır. Müasir
dövrdə bir çox
dünya ölkələri üçün keçilməsi vacib olan informasiya cəmiyyətinin
infrastrukturu ümumdünya
şəbəkəsi olmadan mümkün deyil. Dünya dövlətləri İnternetdən
istifadə etməklə və onu inkişaf etdirməklə bazar
iqtisadiyyatının qabaqcıl informasiya infrastrukturunu yarada bilər.
Bu infrastruktur isə
istənilən ölkədə, regionda,
ayrıca götürülmüş
müəssisədə real iqtisadi situasiya haqqında düzgün informasiyanın əldə
olunmasına şərait yaradır. Lakin qeyd etmək lazımdır ki,
İnternet texnologiyaların tətbiqində
qabaqcıl dünya ölkələrinin təcrübəsindən
kor-koronə istifadə etmək lazım olomayan
nəticələrə gətirib çıxara bilər. Müasir informasiya cəmiyyətinin
inkişafı mövcud informasiya
ehtiyatlarından istifadənin sürəti və operativliyindən,
dəqiqliyindən və miqyaslılığından ciddi asılıdır. Başqa sözlə informasiya- müasir cəmiyyətin
inkişafının əsas resursudur və
iqtisadi inkişafın təkanvericisidir. İnformasiya sektoru
hazırda iqtisadi problemlərin həllinə
daha çox intellektual səviyyəsi yüksək olan insanların cəlb edilməsinə, elmi nailiyyətlər və mütərəqqi
texnologiyalara daha çox müraciət
olunmasına zəmin və şərait yaradır.
İnformasiyanın vacib iqtisadi
resursa çevrilməsi cəmiyyətin
inkişafının ölkə daxilindəki iqtisadi
inkişafdan, təbii ehtiyatlardan,
əsas kapitalın miqdarından, əmək qabliyyətli
insanların sayından və digər ekstensiv
faktorlardan
asılılığını aradan
qaldırır. İnformasiyanın cəmiyyətdəki
rolunun artması yeni mühit olan noosferanın
yarnmasına səbəb olur. Noosfera- insan fikir və fəaliyyətinin biosfer
proseslərinə təsirini müəyyənləşdirən
mühitdir. Bu mühitin inkişafında internetin
rolu daha böyükdür. Onun bu mühitdə rolu internet iqtisadiyyatın təkamülündə
xüsusi əhəmiyyətə malikdir. Qeyd edilənlərdən məlum olur
ki, müasir informasiya cəmiyyətinin
inkişafının əsasını ənənəvi materiallar deyil, informasiya, intellektual resurslar, biliklər, elm,
insanların inisativi,
bacarığı təşkil
edir. bu cəmiyyətin
mövcudluğu yalnız İKT
mühitində, qlobal İnternet
şəbəkəsinin tətbiqi ilə mümkündür. Üçüncü
minilliyin başlanğıcında internet istifadəçilərinin sayı durmadan artır. Bu
artım inkişaf etmiş
dünya ölkələrinə nisbətən
iqtisadi durumu zəif olan ölkələrdə daha
yüksək templə gedir. Belə temp həmin ölkələrin
həm yeni informasiya cəmiyyətinə
daxil olmasına, həm də yeni iqtisadi resurslara malik olmasına şərait yaradır. İnternet istifadəçilərinin
sayının ildən- ilə daha yüksək
sürətlə artması isə dünya
iqtisadiyyatında radikal dəyişikliklərin
baş verməsinə səbəb olur. Bu dəyişikliklərlə
əlaqədar yaranan sahələr
müxtəlif cür “yeni
iqtisadiyyat”, “biliklər iqtisadiyyatı”, “informasiya iqtisadiyyatı”, “yüksək texnologiyalar iqtisadiyyatı”, “İnternet
iqtisadiyyat” kimi
adlandırılır. Yeni iqtisadi
sahələrin əsas təkanvericisi infirmasiya
istehsalıdır. İnformasiyanın yayılmasının ən
önəmli vasitəsi isə internetdir. İnternet bazar mühitini və ya informasiya bazarını
formalaşdırır. Bu bazarda
adi fiziki məhsul və
xidmətlər üçün olan qanunlar işləmir. İnformasiya cəmiyyəti texnologiyaları internet iqtisadiyyatın infrastrukturunu
yaradır. İnternet iqtisadiyyata
istehsalın yeni tipi kimi baxmaq olar.
Bu istehsalda informasiya material və qeyri-material istehsal, eləcə də istehsalla
istehlak arasında əlaqələndirici olub, iqtisadi
inkişafın və əmək məhsuldarlığının
artırılmasının başlıca faktorudur. İnternet iqtisadiyyatda yaradıcı fikirli,
təcrübəli, universal işçilərə
tələbat daha böyükdür.
Bu işçilərin operativ
qərar qəbul etmə bacarığına malik
olması, yenilikləri seçmək və tətbiq qabliyyətli
olması vacibdir. Bütün
bunlarla yanaşı internet
iqtisadiyyat mütəxəssis və
işçilərin müasir İKT və
proqram vasitələri ilə işləmə
bacarığına malik olmasını
önə çəkir. Başqa sözlə internet iqtisadiyyat informasiya
texnologiyalrının tətbiqinin ən geniş
və mühüm sahələrindən biridir. İnformasiya
texnologiyaları informasiyanın elmi biliklər
şəklində kompüterləşdirilmiş şəkildə
emalı, saxlanması, ötürülməsi, istifadəsi və
tətbiqinin üsullarıdır. İnformasiya
texnologiyalarının material təcəssümü
hər şeydən əvvəl informasiya
emalı sistemləridir. Əsas məhsulu informasiya olan informasiya texnologiyaları prinsipcə yeni sinfə aid olan problemlər yaradır. Bu problemləri isə
ənənəvi kibernetika
və sitemotexnikanını
köməyi ilə həll etmək mümkün deyil. Yaranmış problemlərin həlli
geniş mənada qəbul edilən informatikanın mkanları
daxilindədir. İnformatika elmi isə geniş
mənada yalnız dördüncü nəsil
EHM-ları yaradıldıqdan
sonra təşəkkül
tapmışdır. Müasir dövrdə
informatika hesablama texnologiyaları ilə konkret sosial sahələrin vəhdətdə
öyrənilməsini həyata
keçirir. İnternet iqtisadiyyat
üçün informasiyalaşma
və kompüterləşmə
xarakterik prosesdir.
İnformasiyalaşma vətəndaşların, dövlət orqanlarının,
yerli idarəetmə orqanlarının, təşkilatların,
ictimai cəmiyyətlərin
informasiya tələbatlarının
ödənilməsi üçün
optimal təşkilati-iqtisadi və elmi-texniki şəraitin yaradılması
kimi müəyyənləşdirilir.
İnformasiyalaşmanın ən mühüm
mərhələsi avtomatlaşmadır.
Avtomatlaşdırma dedikdə material dəyərlilərin istehsalının
bütün funksiyalarının
kompüterləşdirilmiş sistemə verilməsi başa düşülür.
Kompüterləşmə isə verilənlərin
əl və mexaniki emalından kompüter emalına keçilməsi nəticəsində
baş verir. Beləliklə internet iqtisadiyyat informatikanın, kompüterləşmənin
və informasiya texnologiyalarının tətbiqi
ilə məhsul və xidmətləri istehsal edən sahələrin toplusudur.
İnternet iqtisadiyyat özündə
həmçinin İKT-ni,
elektron kommersiyanı,
rəqəmsal xidmətləri,
proqram təminatının
hazırlanmasını və
s. birləşdirir. Sadalanan tərkib
hissələri heterogen
iqtisadi xarakteristikaya malikdirlər və ənənəvi iqtisadiyyatın
komponentlərindən fərqlənirlər.
Üç nöqtə.-2013.- 18
aprel.-S.9.