“Rəngi olan səslər həmişə yaddaşlarda qalır”

 

Gülüstan Əliyeva: “Bütün işlərimin şahı “Leyli və Məcnun” operasıdı”

 

 Muğamla yanaşı biz onu estrada mahnılarının da ifaçısı kimi tanıyırıq. Əvvəllər daha çox efirdə görünən, yeni klipləri, mahnıları ilə gündəmdə olan müğənni bu gün gec-gec görünür. Özünü bütün yaş qruplarında olan tamaşaçıya tanımaq üçün çalışdığını deyən OperaBalet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva bu dəfə “Şənbə qonağı” rubrikamızda suallarımızı cavablandırdı. Gülüstan xanımın son vaxtlar az görünməsinin səbəblərini dediyibir çox mövzuda fikirlər söylədiyi  müsahibəsini sizlərə təqdim edirik.

- Gülüstan xanımı bu sənətə gəlməyə nə cəlb edib?

- Həyatda bir qrup insanlar var ki, özləri üçün sənət seçib arxasınca gedirlər. Bir qrup insanları isə sənət seçir. Allahın verdiyi istedad, qabiliyyətlə artıq onlar heç özləri də bilmədən o işin sahibi olurlar. Mən o insanlardanam ki, sənət məni seçib. Uşaqlıqda həkim olmaq istəyirdim. Atam məni musiqi məktəbinə, pionerlər evinə, konsertlərə, məktəb tədbirlərinə aparırdı. Bu işlər yavaş-yavaş inkişaf etməyə başlayırdı. Günlərin birində doğulduğum Yevlax rayonunda gənc istedadların axtarışına başladılar. Məni də gənc istedad kimi gələn qonaqlara təqdim elədilər. Bilmirdim ki, bunun axırı hara gedir, nəticəsi nə olacaq. Gəldim müsabiqədə gördüm ki, həmişə televiziyada gördüyüm adamlar - Sara Qədimova, Şövkət Ələkbərova, İslam Rzayev, Canəli Əkbərov, Arif Babayev münsiflər heyətində əyləşiblər. Həmin müsabiqədən seçilərək Bakıya gəldim. Bakıdakı müsabiqədə əla qiymətlərlə qalib oldum. Qalib kimi məni Bülbül adına orta ixtisa məktəbinə qəbul etdilər. 1985-ci ildə həmin məktəbi bitirdim və həmin ilKonservatoriyada ilk dəfə muğam sinfi açıldı. Professor Arif Babayevin sinfində təhsil almağa başladım. Həmin fakultənin 1990-cı ildə ilk məzunu oldum.

- İstedad sözünün arxasında nələr cəmləşir?

- İstedad Allah vergisidi, səni başqalarından seçib verdiyi qabiliyyətdi. Bu bütün sahədə çalışan insanlara aiddir. İstedadlı insanlar Allah verdiyi istedadla başqalarından seçilənlərdi. Əgər Allah sənə istedad veribsə, gələcəkdə nə isə edə biləcəksən.

- Bəs onda nəyə görə deyirlər ki, istedadlıya dəstək olaq lazımdı, istedasız özünə yol açacaq?

- İstedadla yanaşı bura zəhmət də aiddir. Əgər istedadını zəhmət çəkərək inkişaf etdirmirsənsə, heç kimsən və heç yerə gedib çıxa bilməzsən. İstedadı olmayan görür ki, istedadı yoxdu, hansısa yol tapıb qabağa getməyə çalışır. İstedadlı adamların çoxu istedadına arxayın oluröz üzərində çalışmır. İstedadın üzərinə prinsipiallıq, çalışqanlıq gəlir.

- İrəliyə getməsi üçün istedadlıya hansı formada dəstək olunmalıdı?

- Bu gün istedadlı gənclərə dövlət tərəfdən dəstək var. Bizbunun davamı kimi dərslərdə, müsabiqələrdə, konsertlərdə müəlim kimi onlara dəstəyimizi göstəririk ki, istedadı varsa, həyatda özünə mövqe tuta bilsin. Bu gün gənclərimiz üçün böyük arenalar açılıb. Bizim üzərimizə düşür ki, irəli addımlamaq üçün onların əlindən tutaq. Çünki korifey sənətkarlarımız da bizim əlimizdən tutaraq bu yerlərə gəlməmizə dəstək olublar.

- İstedadı olanlar hər zaman əziyyətlə irəliləyirlər. Gülüstan xanım arxaya baxanda nələri görür?

- Şükürlər olsun ki, gəncliyim, sənətə gəldiyim illər tamam başqa bir cəmiyyətdə, tamam başqa tərzdə, başqa münasibətdə inkişaf eləyib. Bu gün arenaların çox olmasına baxmayaraq, böyük də çətinliklər var. Bu gün o qədər informasiya axını, inkişaf var ki, bütün bunların içərisində onlar özlərini tapmaq üçün çoxlu çətlinliklərlər qarşılaşırlar. Bizim dövrümüzdə çətinliklər başqa idi. Bizdən yaxşı oxumaq, öz üzərimizdə çalışmaq tələb olunurdu. Bu yolla harasa gedib çıxmaq olardı. Bu gün hər şey kapitallaşıb. Bəzən istedadı olub, imkanı olmayan gənclər diqqətdən kənarda qalırlar. Bizim məqsədimiz məhz o gənclərə dəstək olub irəliyə getməsinə yardımçı olmaqdan ibarətdi. Mən arxaya baxanda bu gün gənclərimizin qarşıladıqları çətinlikləri görə bilmirəm. Bizə qapılar açılırdı. Respublika sarayında konsertlər, dövlət konsertlərində çıxışlar, qastrol səfərlərində iştirak edirdik.

- Tələbələr çox vaxt müəllimlərinin adı ilə özlərini reklam etməyə çalışırlar. Bir sinifdə olan tələbənin hamısı istedadlıdırmı?

- Hər müəllimin sinfində onlarla tələbə təhsil alır. 10 tələbədən 4 il ərzində 2-si özünü göstərib, cəmiyyətə təqdim olunursa, bu müəllimin qələbəsidi. Onların hamısı yüzdə yüz istedadlı ola bilməz. Ələnib ən istedadlısı üzə çıxır. Ən istedadsız tələbə də deyə bilər ki, filan xalq artistinin tələbəsiyəm. Əgər o müəllimin dediyini öyrənə bilməyibsə, qabiliyyəti, səs imkanları o səviyyədə deyilsə, müəllim nə edə bilər. Biz ona səs verə bilmərik ki? Var gücümüzlə çalışırıq ki, tələbələrin nəyə qadir olduqlarını üzə çıxarıb cəmiyyətə təqdim edək. Əgər istedadsız tələbə çıxıb efirdə deyəndə ki, filankəsin tələbəsiyəm. Özünü doğrulda bilmirsə, bu onun üçün pisdi. Çünki tələbə o cür müəllimdən heç nə öyrənə bilməyib. Və yaxud bu gün o hansısa şərtlərlə gəlib efirə çıxıbsa, hansısa bir formada özünü təqdim etmək imkanı qazanıbsa, bu o demək deyil ki, o müəllimin adını çəkərək orda duruş gətirə biləcək. Onu durduğu yerdə saxlayacaq qüvvə isedadı və göstərdiyi fəaliyyəti olacaq. Nə müəllim, nə onun hansısa maddi imkanları, nə sponsorları bunu edə bilməz. Müəyyən bir zaman bunlar olar. Amma arxadan gələn daha istedadlı onu kölgədə qoyacaq.

- İstedadlının da irəliləməsi üçün maliyyə vacibdi...

- Bəli, bu gün istedadlının özünü göstərməsi üçün maliyyə əsas şərtlərdəndi.

- Ötən il “Gəncəm” klipini təqdim etdiz. Ondan sonra yeni işiniz olmadı..

- Həmin vaxtdan artıq bir ilə yaxın zaman keçib. Hansısa bir işi təqdim etmək üçün vaxtı yetişməlidi. O mahnı çox sevdiyim korifey sənətkarımız Elmira Rəhimovanın mahnısı idi. Mən özünəməxsus formada ifa etməyə çalışdım.

- Bu mahnıdan sonra çoxları sizin Gəncədən olduğunuzu düşündü. Yevlaxa aid mahnı oxumağı necə fikirləşirsiz?

- elə düşünənlər oldu. Ola bilər. Təkliflər oldu. Hər bir mahnı təqdim olunanda içimdə ona özümü hazır hiss etməliyəm ki, ifa etdim. Doğulduğum məkan canım qədər sevdiyim Yevlax şəhəridi. Bu gün Gülüstan Əliyeva kimi varamsa, o rayona borcluyam. Zamanı gələndə yəqin ki, Yevlax haqda da mahnı oxuyacam.

- Əvvəllər efirlərdə çox görünürdüz, amma indi az görünürsüz. Səbəb yeni işlərinizin olmamağıdı?

- 10-12 il bundan öncə efirlərdə çox görünürdüm. Hər bir sənət adamı öz sözünü deyənə qədər bu işlərin hamısı qanunauyğundu. Mənim o dövrdə gördüyüm işləri qeyd etmək lazımdı. O dövrlər xarici ölkələrdə klip çəkdirmək yox idi, mən etdim. Rəngarəng kliplər az idi, mən çəkdirdim. Muğam ifaçısıyam, Opera Balet teatrının solistiyəm. Bütün işlərimin başıda teatrdakı işim durur. Bütün işlərimin şahıLeyli Məcnunoperasıdı. Bununla yanaşı, tamaşaçılara özümü başqa bir aspektdən tanıtdım. Estrada, xalq mahnılarının muğam ifaçısı kimi tanıtmışam.

- Hərtərəfli tanınmağa çalışırdız?

- Bəli. Özümü hərtərəfli tanıtmalıydım. Ona görə həmin işləri görməyim vacib şərt idi. Artıq respublikanın əməkdar artistiyəm. Buna görə istənilən lazım olan yerdə görünmək daha yaxşıdı. Tamaşaçı sevdiyi sənətçini hər zaman gözləyir görür. Efirlərə az çıxmağım o demək deyil ki, tamaşaçı az görür deyə yadından çıxarır.

- Səhnədə nəyi özünüzə uyğun görmürsüz?

- Televiziyalardan onlarla təklif gəlir 2-3-nü seçib gedirəm. Deməli o birilər mənə uyğun deyil.

- Hansı kriteriyalara görə seçirsiz ki?

- Sənətdə olan insan xaraketrinə, seçdiyi sənətinə uyğun geyinməli, efir mədəniyyətini gözləməli, hansı janrı təbliğ edirsə, ona uyğun özünü təqdim etməlidi. Mini, sinəsi-başı açıq paltarda əlimə qaval alıb efirdə muğam oxuya bilmərəm. Hər bir ifaçının ifaçılıq xüsusiyyətinə görə xarakteri var. Həmişə bu kriteriyaları gözləməliyəm. Xanım muğam ifaçısı bu cür olmalıdı.

- Sənətçi sevilmək üçün etməlidi?

- Sənət adamı səmimi olmalı, həqiqi səs göstərməli, tamaşaçının istədiyi repertuarı seçib ifa etməlidi. Bunun üçün tamaşaçı ilə birbaşa əlaqədə olmalıdı. Bölgələrdə konsertlər, tamaşaçılarla görüşlər olmalıdı. Bunlar hamısı ifaçıya o imkanları verir. Əgər ifaçı tamaşaçının istədiyini ona təqdim edə biləcəksə seviləcək.

- Son vaxtlar müğənnilər konsert verməkdən çəkinirlər. Siz necə?

- Bu günə qədər 4 solo konsert vermişəm. Muğam konsertləri vermişəm. İki hissəli konsertlərim olub. Kamera orkestri ilə konsert vermişəm. 2010-cu ildə verdiyim son konsertimdəCahargahmuğamı təqdim etdim. Əgər tamaçaşı hansısa müğənnini sevirsə, onu hər zaman görür. Konsertlər ifaçı üçün tamaşaçı qarşısında hesabatdı.

- Hansı səsi tamaşaçı daha çox yadda saxlayır?

 - Rəngi olan səslər həmişə yaddaşlarda qalır. Hər gün efirlərdə, radio dalğalarında olan elə müğənnilər var ki, səsləri o qədər tanınmır. Müğənni var ki, radioda oxuyan kimi tanıyırlar. Bax o göstərir ki, sənət tarixində qala biləcəksən. Əlbəttə ki, sənətdə təsadüfi insanlar da var. Sənət adamını fərqləndirən onun səsinin rəngi, gözəlliyidi.

- Səhnə niyə gözəlliyi sevir?

- Çünki insanın gözü hər zaman gözəllik axtarır. İfaçı səhnəyə çıxıb ifa edənə qədər tamaşaçı onun zahiri görkəmini nəzərdən keçirir. O geyinib, səhnə davranışı, makiyajı, saç düzümü necədi. Oxuyandan sonra dinləyicinin gözündə ya qalxırsan, ya da düşürsən. Buna görə səhnə gözəllik sevir.

- Sənətçinin uğuru nədən asılıdı?

- Sənətçinin uğuru onun düzgün seçimlərindən asılıdı. Yaxşı müğənni uğursuz repertuar seçsə, dinlənilməyəcək reytinqi bir az aşağı düşəcək. Uğurlu seçərsə, günü-gündən irəliləyəcək.

- İllər öncə Gülüstan xanımın gələcək dediyi bu gün o vaxt arzuladığı kimidi?

- Arzulardan arzu doğur, vaxt keçdikcə daha yaxşısını arzu edirsən. Təbii ki buna can atmaq lazımdı. Biz düşünsək Allah bizim üçün xeyirli olanları edir. Tələbə vaxtı deyirdim ki, vaxtsa Opera Balet Teatrının qarşısından mənim afişam asılacaq. Oxuyur Leyli rolunda Gülüstan Əliyeva. Yəni bu şeylər çalışqanlığın sayəsində mənə nəsib oldu. İnsanın həyatda mövqeyi olmalıdı, nəyə doğru getdiyini bilməlidi. Fərqi yoxdu hansı işlə məşğul olur.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-20 aprel.-S.13.