Azərbaycanın bütün
ərazisi sürətli internetlə təmin ediləcək
Bu məqsədlə ildə
təxminən 400 milyon manat
vəsait ayrılacaq
Bu yaxınlarda
Bakıda «Azərbaycanda elektron hökumət
üçün təlim mərkəzinin
yaradılması» layihəsi üzrə Koreya
Xarici İşlər Nazirliyi
ilə Azərbaycan Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi arasında qrant razılaşması imzalanıb. Nazirlikdən
verilən məlumata görə, layihə çərçivəsində
Bakı şəhərində və regionların iri şəhərlərində təlim mərkəzləri
yaradılacaq. Razılaşma ilə
bağlı Koreyanın Azərbaycandakı səfiri Çoy Suk İnn iki ölkə
arasında münasibətlərin yüksək səviyyədə
olduğunu bildirib və
qeyd edib ki, İKT sahəsində yüksək təcrübəyə
malik olan Koreya öz təcrübəsi
ilə Azərbaycanla bölüşməyə
hazırdır. Onun sözlərinə
görə, təlim mərkəzlərində Koreya mütəxəssisləri tərəfindən
xüsusi təhsil informasiya
sistemi quraşdırılacaq və zəruri
avadanlıqlarla təmin olunacaq. Dövlət
qulluqçuları bu mərkəzlərdə
bilavasitə təlim kurslarında iştirak
edə biləcək, eyni zamanda,
mərkəzin distant təhsil xidmətlərindən
yararlanacaqlar. Layihə çərçivəsində
təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının
hazırlanması üzrə təcrübə əldə etmək
üçün yerli
mütəxəssislər Koreyada təlim
kursları keçəcəklər. Qeyd
edək ki, qrant
razılaşması Ə.Abbasov və Çoy Suk İnn tərəfindən imzalanıb. Azərbaycanda
peşəkar kadrların hazırlanması ilə
yanaşı ölkənin bütün
yaşayış məntəqələrinin telelefonlaşdırılması
istiqamətində önəmli addımlar atılıb. Dünya
Bankının maliyyə dəstəyi ilə həyata
keçirilən “Maliyyə xidmətlərinin inkişafı”
layihəsi çərçivəsində ənənəvi poçt xidmətləri inkişaf
etdirilib, yeni xidmətlərin
o cümlədən poçt-maliyyə
xidmətlərinin göstərilməsinə
başlanılıb. MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit
telefon şəbəkəsi tam elektronlaşdırılıb. İKT
üzrə özəl sektorun fəaliyyəti
ildən-ilə güclənib və hazırda bu
sahədə əldə olunan gəlirin təqribən
85 faizi qeyri-dövlət müəssisələrinin
payına düşür.
Bundan başqa, Azərbaycan Hökumətinin
təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi bir çox mötəbər
beynəlxalq qurumlar və dövlətlər
tərəfindən dəstəklənib, onunla
bağlı BMT-nin xüsusi
qətnaməsi qəbul olunub. Bununla ölkəmiz
Avropa ilə Asiya arasında
bir rabitə körpüsünə çevrilib. Azərbaycanın regionlarında
genişzolaqlı internet xidmətləri
istifadəçilərinin sayı da kəskin
artıb. 2013-cü ilin əvvəli ilə
müqayisədə 22 min istifadəçi
və ya 19 faiz artaraq 136 mini keçib. Hazırda Azərbaycanda hər
100 nəfərin 70-i internet, onun 50-i isə genişzolaqlı internet istifadəçisidir. Unutmaq olmaz ki, müasir
dövrdə informasiya-kommunikasiya
texnologiyaları cəmiyyətin
inkişafına təsir
göstərən əsas
amillərdən birinə
çevrildiyindən, onun
əhatə dairəsı
dövlət strukturlarını
və vətəndaş
cəmiyyəti institutlarını,
sosial-iqtisadi sahələri,
elm və təhsili, mədəniyyəti, bütövlükdə
insanların həyat tərzini əhatə edir. Bir çox inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının
yaratdığı üstünlüklərdən
lazımi səviyyədə
faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun
bəşəriyyətin gələcəyinə
gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.
Bu səbəbdən də Azərbaycan internetin imkanlarından istifadəsinin genişləndirilməsi
çox faydalı və vacibdir. Bu səbəbdən də artıq Azərbaycanın bütün
ərazisinin sürətli
internetlə təmin edilməsi üçün
xüsusi layihə hazırlanıb. Bu barədə Gəncədə
vətəndaş qəbulu
keçirən rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, Dövlət Neft Fondu ilə
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin birgə xüsusi layihəsi var və bu
məqsədlə fond tərəfindən
nazirliyə təxminən
400 mln. manat
vəsait ayrılacaq:
“Layihə çərçivəsində
respublikanın bütün
ərazisi sürətli
internetlə təmin ediləcək. Daha çox ehtiyac
duyulan ərazilərdən
biri də Gəncədir ki, burada da layihə
çərçivəsində şəhərin bütün
qəsəbələri rabitə
və internetlə təmin ediləcək”.
Azərbaycan həm də kosmik sənayesi olan ölkəyə çevrilib. Prezident İlham
Əliyevin təşəbbüsü
ilə irəli sürülmüş Azərbaycanın
ilk orbital peykinin buraxılması
layihəsi uğurla həyata keçirilib.
Bunun üçün ölkəmiz
önəmli addımlara
imza atmalı olub. Xatırladaq ki, Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikasında
kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə eynəklərinin
orbitə çıxarılması
haqqında” Sərəncamına
və “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı
üzrə Dövlət
Proqramı”na müvafiq
olaraq, görülən
işlər çərçivəsində
RİTN ilə Malayziyanın
“MEASAT Satellite Systems” şirkəti arasında danışıqlar aparılıb,
Beynəlxalq Telekommunikasiya
İttifaqı tərəfindən
Malayziyaya ayrılıb
46.0ºŞ. Azerspace/Africasat-1a peyki üçün
optimal mövqe hesab edilib və həmin şirkətlə
bu orbital mövqedən
istifadəyə dair müqavilə imzalanıb.
Bundan sonra RİTN tərəfindən
ilk telekommunikasiya peykinin
istehsalı ilə bağlı tender elan edilib. Tender komissiyası təkliflərinin
qiymətləndirilməsi və
müqayisəsi əsasında
ABŞ-ın “Orbital Sciences Corporation” şirkətini tenderin qalibi elan edilib
və bu şirkətlə 27 may 2010-cu il
tarixində “Azərspace/Africasat-1A peyki və əlavə avadanlıqlara dair müqavilə” imzalanıb.
Raketdaşıyıcının seçilməsi üzrə
yerli və xarici ekspertlərin müsbət rəyi, maliyyə və texniki göstəricilər
nəzərə alınaraq
Fransanın “Arianespace” şirkəti
ilə 2010-cu ilin noyabrın 5-də Azərbaycanın
ilk telekommunikasiya peykinin “Ariane -5” raketdaşıyıcısı ilə orbitə çıxarılması haqqında
“Buraxılma Xidmətləri
Müqaviləsi” imzalanıb.
Peykdə C və Ku tezlik zolaqlarında 36
transponder nəzərdə tutulub və peyk vasitəsilə Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli
telekommunikasiya və yayım xidmətləri təşkil ediləcək.
Artıq
peyk orbitə çıxarılıb. Azərbaycanın
ilk milli telekommunikasiya
peyki olan «Azerspace-1» 15
il istismar
müddəti ərzində
ölkəyə 650 milyon
ABŞ dolları məbləğində
gəlir gətirəcək.
Bunu Azərbaycanın rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, «Azerspace-1»in tikintisi,
onun sığortalanması,
orbitə buraxılması
və yerüstü infrastrukturun yaradılmasına
isə 230 mln. dollar xərclənib.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
müəyyən etdiyi dayanıqlı inkişaf konsepsiyasına uyğun
olaraq Azərbaycan hökuməti son illər idarəetmənin bütün
sahələrində müasir
texnologiyaların nailiyyətlərindən istifadə
olunması və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə
bağlı xeyli iş
görüb. Bir
sıra dövlət qurumları vətəndaşlara göstərilən
xidmətləri elektron vasitələrdən
geniş istifadə etməklə həyata
keçirilməyə başlayıb, elektron
məlumat bazaları yaradılıb. Artıq İnformasiya-kommunikasiya
texnologiyaları modern və çevik idarəetmənin həyata
keçirilməsində, dövlət qurumlarının fəaliyyətində
şəffaflığının təmin olunmasında, vətəndaşların
keyfiyyətli xidmətlər əldə etməsində mühüm rol oynayır.
İKT də daxil olmaqla,
müasir texnologiyalardan
bilik və informasiyanın
ötürülməsi üçün
istifadə olunması qlobal səviyyədə
də inkişafın əsas şərtlərindən
sayılır. Respublikamız tükənən sərvət olan “qara
qızıl”ın insan kapitalına
çevrilməsi yolunda ardıcıl və
sistemli tədbirlər həyata keçirir. Görülən işlər isə
deməyə əsas verir ki,
ölkəmiz yaxın illərdə İKT sahəsində regional mərkəzə çevriləcək,
Qərblə Şərq arasında informasiya
axınını təmin edəcəkdir.
Üç
nöqtə.-2013.-25 aprel.-S.9.