Mədəniyyət tədbirlərinin keçirilməsinin rolu böyükdü

 

Pərviz İsgəndərli: “Nazirlik çalışır ki, regionlarda keçirilən tədbirlər maksimum geniş ərazini əhatə eləsin”

 

 Son illər mədəniyyət sahəsində görülən işlərin sayı günü-gündən artır. Bunu mədəniyyətin bütün sahələrinə şamil etmək olar. Bakıda keçirilən konfranslar, müsabiqələr, festivallar, sərgilər bunun bariz nümunəsidi. Bakı ilə yanaşı, artıq regionlarımızda da bu cür tədbirlər keçirilir. Artıq üçüncü ildir ki, həl il üç rayon folklor paytaxtı elan olunur. Və nəzərdə tutulan il ərzində həmin bölgədə müxtəlif tədbirlər keçirilir. Bu il isə “Muğam aləmi” III Respublika Muğam Müsabiqəsi çərçivəsində bölgələrimizdə də konsertlər təşkil olundu. Bu kimi tədbirlərin sayı günü-gündən artmaqdır. Bu mövzu ərtafında “Üç nöqtə”yə danışan Mədəniyyət və Turizm Nazirliyinin regionlarla şöbəsinin müdiri Pərviz İsgəndərli deyir ki, yerli əhali bu cür tədbirlərin keçirilməsində çox fəal iştirak edir: “Bölgələrdə keçirilən tədbirlərdə bu hər zaman müşahidə olunur. Bu cür tədbirlərin regionlarda da mədəniyyətin müxtəlif sahələrinin inkişaf etdirilməsində rolu böyükdü. Bölgələrdə mədəniyyətlə bağlı tədbirlərin keçirilməsinin rolu böyükdü. Bölgələrimizdə keçirilən bu kimi tədbirlər imkan verir ki, həmin hadisələr mədəni hadisələrə çevrilsin. Yerli əhalinin bu mədəniyyət tədbirlərinə cəlb olunması, onların asudə vaxtlarının dəyərləndirilməsi, həm müxtəlif əyləncəli tədbirlərin təşkili baxımından əhəmiyyətlidi”. Bəzi regionlarda tədbirlərin çox keçirilməsinə gəlincə, Pərviz İsgəndərli dedi ki, bu hansısa bölgəyə çox, hansınasa az diqqət yertirməyimiz anlamına gəlməməlidi: “Bu həmin bölgədə keçirilən tədbirlərdən asılıdı. Yerli İcra Hakimiyyətinin təşəbbüsü ilə də hansısa əlavə tədbirlər də keçirilə bilər. Amma Nazirlik çalışır ki, regionlarda keçirilən tədbirlər maksimum geniş ərazini əhatə eləsin. Sözsüz ki elə bölgələr var ki, daha çox tədbirlər keçirirlər. Bu sıradan Şəki, Gəncə, Zaqatalapaytaxt Bakının adlarını deyə bilərəm. Tarixi abidələrin daha çox cəmləşdiyi, turizm bölgələrində tədbirlərin sayı çox olur. Amma buna baxmayaraq biz digər bölgələrdəki tədbirləri də geniş şəkildə təşkil etməyə çalışırıq. Nazirliyin təşəbbüsü ilə keçirilən tədbirlərdə təbii ki yerli icra hakimiyyətləri də çıxış edirlər”. Şöbə müdiri sonda onu da bildirdi ki, hazırda ulu öndərin 90 illik yubileyi ilə bağlı bölgələrdə bir sıra tədbirlər keçirilir: “Ümummilli liderin yubileyi ilə bağlı Biləsuvar, Beyləqan, YevlaxAğdamda nəzərdə tutulan tədbirlər keçirilib. Mayın 3-ü Balakəndə, 6-sı Zaqatalada, 13-ü isə Qazaxda bu silsilədən tədbirlərin keçirilməsi planlaşdırılır”.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-26 aprel.-S.13.