Azərbaycanlı bəstəkar
beynəlxaq festivalda iştirak
edib
Almaniyanın Ausburq
şəhərində Leopold Motsart adına VIII Beynəlxalq Musiqi
Müsabiqəsinin açılışı olub.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat
xidmətindən verilən məlumata görə, aprelin 28-də başa çatacaq müsabiqədə
iştirakçılar fortepiano, violina, violonçel və
bəstəkarlıq kateqoriyalarında yarışırlar. Qeyd edək ki, 2009-cu ildə keçirilən müsabiqənin
132 iştirakçısı ikinci turda dünya şöhrətli
bəstəkar Firəngiz Əlizadənin məxsusi olaraq bu musiqi
yarışması üçün bəstələdiyi
«Dastan» əsərini ifa
etməklə imtahana çəkilmişdilər.
Bu dəfə
isə Firəngiz xanım Zubin Meta, Kşiştof Penderetski, Qidon Kremer, Kristian Tilemann, Benjamin Şmid və Maksim Venqerov kimi dünya
musiqisinin ən görkəmli nümayəndələri
ilə birlikdə müsabiqənin bədii məşvərətçi
şurasında təmsil olunub. Sözü gedən müsabiqə bu dəfə yeni konsepsiya əsasında keçirilir.
Belə ki, əvvəlki illərdə
müsabiqələrdə iştirakçıların
ifaçılıq məharəti əsas
götürülürdüsə, bu dəfə
gənc musiqiçilərin ifaçılıq mədəniyyətinə
xüsusi diqqət yetirilir.
Müsabiqənin açılışı da
dünya şöhrətli bəstəkarımız
üçün əlamətdar hadisə
ilə yadda qalıb. Belə ki, açılış mərasimində
sözügedən müsabiqənin bədii rəhbəri professor Yulius Bergerin UNESCO-nun birgə dəstəyi
ilə hazırladığı «Pease pieses» (Sülh nəğmələri)
albomu təqdim edilib. Sevindirici haldır ki,
yaradıcı gənclər üçün
nəzərdə tutulan alboma
S.Prokofyev, B.Britten, C.Adams kimi klassiklərlə
yanaşı F.Əlizadənin «Metomorfozalar»
əsəri də salınıb. Bu
yaxınlarda İrlandiyada
«Metomorfozalar» adlı yeni
disk işıq üzü
görüb. Albomda postsovet
ölkələrində yetişib, lakin bu gün
bütün dünyaya
məxsus olan Dmitrii Yanovski, Sofiya Qubaydullina və Aleksandr Knayfer kimi bəstəkarlarla
yanaşı, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, xalq artisti, professor Firəngiz
Əlizadənin «Metomorfozalar» əsəri
də daxil edilib.
Aygün
Asimqızı
Üç
nöqtə.-2013.-26 aprel.-S.13.