Qalmaqal Azərbaycan xalqına yaraşmır”

 

Aftandil İsrafilov: “Ölməyimə yarım saat da qalsa, qarmon ifa edəcəm

 

Artıq ikinci dəfədir ki, “Şənbə qonağırubrikamız başqa formatda yayımlanır. Qonağa sualları mən deyil oxucular verir. Belə ki, hər həftə sonu mədəniyyət, incəsənət sahəsində çalışan bir şəxs redaksiyamızın qonağı olur. Biz qonağın redaksiyamıza gələcəyi vaxtı öncədən müəyyənləşdirib internet vasitəsilə elan veririk. Oxucular suallarını yaFacebookda (F) “Ucnoqta.az şənbə qonağı” səhifəsində yazırlar, ya da müğənni redaksiyamızda olan vaxtda telefonla (T) zəng edib birbaşa müğənninin özünə verirlər. Budəfəki qonağımız isə tanınmış qarmon ifaçısı, xalq artisti Aftandil İsrafilovdu. Aftandil müəlimin müxtəlif səpkidə sualları cavablandırdığı müsahibəni sizlərə təqdim edirik.

- Sevinc Məmmədova (F): Bir dəfə eşitmişdim ki, Aftandil müəlim qarmon çalmağı müəllimsiz öyrənib. Bəs bu sənətin incəliklərinə müəllimsiz necə yiyələnib?

- Aftandil İsrafilov: Kimliyindən asılı olmayaraq, sənətkar çalışmamalıdı ki, hamı onu dinləsin. Sənətkarın özününböyük dinləmək qabiliyyəti olmalıdı. Məsəl üçün mən gözəl musiqi dinləyəndə çox yaxşı dincəlirəm. Dinləyirəm və onları qavrayıram. Qiymət verməyi bacarıram ki, gələcəkdə bundan sənətkar olacaq, yoxsa yox. Ona görə də mənim sənət dünyasında öz sənətkarlarım var. Şövkət Ələkbərova, Rəşid Behbudov, Bülbül, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əlibaba Məmmədov kimi sənətkarlar məni çox qane edən ifaçılardı. Onların lent yazılarını eşitdiyim zaman sakitcə oturub dinləyirəm. Dinləmək qabiliyyətim mənim öz xoşuma gəlir. Dinləməkdən də musiqi bəhərləri insan orqanizmində öz axarını tapır. 100-dən çox musiqim olmasına baxmayaraq, mən not bilmirəm. Bu musiqilər mənim daxili aləmimdən yaranıb. Baxmayaraq ki, müəllimim olmayıb, heç bir musiqi məktəbində də oxumamışam, amma gəlib Azərbaycan xalqı üçün xalqın dili ilə desək, böyük sənətkar olmuşam.

- Müəllimsiz öyrəndiyiniz üçün özünüz də tələbə yetişdirmirsiz?

- A.İsrafilov: Dinləmək qabiliyyəti kimdə varsa onlar məni dinləyirlər, nəyisə öyrətməyi xahiş edirlər. Axırıncı bir xahişi gənc qarmon ifaçısı Orxan edib. 2 ay bundan öncə mənə zəng edib dedi ki, Aftandil müəllim sizinYeni Azərbaycan” musiqinizi lentə aldırmaq istəyirəm. Sizin xeyir-duanızı almaq istəyirəm. Dedim bir şərtlə mən sənə icazə verə bilərəm. O mahnını bir dəfə ifa elə baxım. İfa elədi gördüm ki, bir az yanlışlıqlar var. Dedim sabah qarmonu götür bizə gəl. Gəldi oturduq. Mən ona 2 saat vaxt ayırdım. Həmin müddətdə ona öyrətdim. Bu onun dinləmə qabiliyyətinin yaxşı olmağıdı ki, onu mənimsəyə bildi. Çox adam ifa etməyi bacarsa da, təmiz ifa etmək qabiliyyətinə malik deyillər.

- Azər Səfərov: (F): Aftandil müəllim nə vaxtsa qarmon çalmamaq haqda fikirləşirmi?

- A.İsrafilov: Onsuz da mənə ölməz deyirlər. Amma ölməyimə yarım saat da qalsa, qarmon ifa edəcəm.

- Kərim Abdullayev (F): Biz Aftandil müəllim haqda nələri bilmirik?

- A.İsrafilov: Mən “Space” kanalının səhər görüşlərində çox vaxt çıxış edirəm. Ordakı redaktorlar deyirlər ki, Aftandil müəllim siz çıxışlarınızı eləyirsiz. Xahiş edirik masa ətrafında duranda xoşunuza gələn musiqi çalanda siz də rəqs edin. Sizə baxıb o rəqslərdən nümunə götürmək istəyirik. Mənim rəqs etməyə böyük həvəsim var. Toylarda əksər adamlar yaxşı rəqs eləyə bilmirlər. Çalışsınlar heç omasa evdə yaxşı musiqilər olanda məşq etsinlər. Əsasən də ana-bacılarımıza aid edirəm ki, hər musiqiyə rəqs etməsinlər. Gözəl musiqilərimiz var ki, onlardan istifadə etsinlər ki, məclisdə olan adamlar da onlara qarşı hörmət etsinlər. Rəqs etməyimi indi bilirlər. Amma istəyirlər ki, mənim rəqs etməyimə baxıb mənimsəsinlər.

- Nərmin Hüseynova (F): Məhəllə filmində Aftandil müəllimi cəlbedici bir obrazda görürdük. O roldan sonra başqa rejissorlardan kinoya çəkilmək təklifi gəldimi? Yaxud da ki gəlsə necə dəyərləndirər?

 

- A.İsrafilov: Türkiyədən təkilf oldu. Amma mən qarmon ifaçısıyam və bununla qənaətlənirəm. Bu da elə oldu ki, mənim bəxtimə düşdü dəvət elədilər. Mən axı aktyor deyiləm. Bir dəfə çəkildim. O da xatirə qalsın. Bizim gözəl aktyorlarımız var. Qoy onları dəvət eləsinlər.

- Lətifə Mehralıyeva (T): Aftandil müəllim sənət aləmində gündəmdə olan nələrdən narazıdı?

- A.İsrafilov: Mənim narazılığım olubbunu da gizlətməmişəm. Tək televiziyaradioda yox, tədbirlərdə bir çox sənətkarlarla görüşürəm. Həmişə giley-güzarım olanda onlara deyirəm. Birinci növbədə Azərbaycan xalqının atalar sözlərini, müdrik kəlamlarını nəzərə almaq lazımdı. 2-3 il bundan öncə bizim gənc oğlan ifaçılarımız xoşagəlməz bir saç düzümləri ilə efirə çıxırdılar. O saç düzümləri başqa bir millətin adət-ənənəsidi. Mən bunları gənclərə dəfələrlə demişəm. Amma nəticəsi olurdu. Gecolsa dərk edib, efirə normal qaydada olan saç düzümü ilə çıxırdılar. Xanımlarımız da bu gün cürbəcür parçalar alıb gözəl geyimlər geyinirlər. Onlardan elə bir narazılığım yoxdu.

- Bəs mahnılardan necə narazılığınız var?

- A.İsrafilov: Mahnılar hələ gözləsin. Bunun cavabı var. Amma bunu indi açıqlasaq öz işimizə maneçilik törədə bilərik. Bu seçimi tamaşaçıların ixtiyarına versək daha yaxşı olar.

- Verilişlərə çox dəvət alırsız?

- Asrafilov: Vallah hamısına getməyə vaxtım olmur.

- Özünüzə uyğun verilişləri seçib gedirsiz?

- Yox, çağrılan yerə getmək lazımdı. Mən hansısa verilişə etiraz edib getməsəm deyərlər ki, Aftandil xalqı haqqında yaxşı düşünmür. Xalqla dil tapmağı da hər sənətçi bacara bilmir.

- Kəmalə Qurbanlı (T): Sizin kimi korifey sənətkarlara bu gün verilən qiymətdən razısınızmı?

- A.İsrafilov: Kəmalə xanımın zəng etməyi yerinə düşdü. Kəmalə xanımın xəbəri varmı ki, mənim “Kəmalə” rəqsim var. O rəqs bizim ulu öndərimizin seçimi olub. O müəyyən tədbirlərdə istəyirdi ki, “Kəmalə” rəqsi səslənsin. “Kəmalə” rəqsini yaradan vaxtı bir dəfə Aztv-yə getmişdim. Orda Nəriman adlı redaktor var idi. O musiqini mən orda ifa elədim. Lentə almaq istəyirdim. Nəriman müəllim dedi ki, bu rəqsin adı nədir? Dedim düzü hələ ad qoymamışam. Dedi mənim qızım dünyaya gəlib. Adı Kəmalədi. Bəlkə onun adını qoyaq? Mən də razılaşdım. Bu səpkidə “Aynurə”, “Nazilə” və s. kimi bir çox rəqslər var. Yazdığım çox mahnılar xanımların adlarınadı. Çünki həmin rəqslərdə o qədər incəlik var ki, xanım adları onlara yaraşır. Korifey sözünü bizə bu işlərimizə görə deyirlər. İndi çoxları korifey sözünü heç düzgün başa düşmür. Bəzən lazım olmayan adamlara da korifey sözünü deyirlər. Buna görə adam bəzən narazı qalır. O adın mənasını tam bilən adamlar xalq arasında qeyd etsinlər ki, digərlərinin də bu barədə dərindən məlumatı olsun.

- Kəmalə Qurbanlı (T): Aftandil müəllim mən bu sualı ona görə verdim ki, indi qeyri korifeylərə də yüksək qiymət verilir deyə fikir ayrılır…

- A.İsrafilov: Mən dövlət sənətkarıyam və dövlətimizin bizə verdiyi qiymətdən razıyam. 2002-ci ildə ulu öndər birinci dəfə fərdi təqaüd verəndə mənə də ayırıb. Artıq 12 ildir. 1982-ci ildə XII Ümumdünya festivalının diplomatı olmuşam. Ardınca əməkdar artisti, 1998-ci ildə isə Azərbaycanın xalq artisti olmuşam. 1998-ci ildən Dağıstanın xalq artisti olmuşam. Sənətkar dövlət qarşısında alnı açıq olmalıdır. Sənətkarlığı özü üçün qazanc yolu seçməsi düzgün deyil. Bu korifey sözü ordan əmələ gəlir ki, o dövləti tədbirində dövlətin məmurları, dövlət xadimləri sənətkara bu adın həqiqətən layiq olduğunu deyirlər.

- Leyla Əhmədova(T): Bu gün qarmon ifaçsı deyiləndə mən Aftandil İsrafilovu adını çəkə bilərəm. Bəs Aftandil müəllim bu gün qarmon ifaçısı olaraq kimlərin adlarını qeyd edə bilər?

- A.İsrafilov: Bəlkə elə Leyla qarmon ifaçısıdı. Qarmon ifaçıları çoxdu. Əksəriyyəti ilə yaxınlıq edirəm. Dostlarım da var. Amma sənət dünyasını dərindən bildiyimə görə, mən bunların bir-ikisinin adını çəksən qırğın düşəcək. Ona görə ad çəkməsəm yaxşıdı.

 

- Xəyal Aslanov (T): Aftandil müəllim son zamanlar mətbuatda xalq artistlərinin qalmaqalları gündəmdədi. Bu gün xalq artislərinin sayı çoxdu. Və onların bəzilərinin bu gün xalq artisti adına yaraşmayacaq hərəkətlər etdiyini görürük. Buna müsasibətinizi bilmək istəyirdim…

- A.İsrafilov: Əgər xalq artislərini xalq layiqincə qiymətləndiribsə, onlar vaxtlarını, imkanlarını qurban verməyə hazır olmalıdırlar. Amma bəzi sənətkarlar zamanlarını ancaq gəlir mənbəyini əldə etmək üçün sərf edirlər. Onların məsələləri bir az gərgindi. Mən dövlət tədbirlərinə görə gəlirli işim olsa belə onları təxirə salmışam. Və hər zaman da elə olmağa hazıram. Amma bəziləri dövlət tədbirlərini gəlirli işləridən üstün tuta bilmir. Onda zəifləmələr olur. Aralarırnda olan səhvlərin əsas hissəsi paxıllıqdan əmələ gəlir. Mən hələ ömrümdə biri ilə mübahisə etməmişəm. Məni mübahisıyə çəkən olanda da fikir verməmişəm. Sənətkarın qiymətini xalq verir. Bir dəfə mənə canlı yayımda sual verdilər ki, Aftandil müəllim sizin hövsələniz necədi? Dedim əla. Hər bir Azərbaycan oğlu bir dəqiqə yaxşı fikirləşə bilsə 15 il həbsdə yatmaz. Səbr etmək lazımdı. Hələ indiyə qədər evdə xanımın üstünə qışqırmamışam.

- Xəyal Aslanov (T): Bəlkə də həmin xalq artistləri gündəmdə qalmaq üçün qalmaqallara əl atırlar. Amma mən bir tamaşaçı olaraq fkirləşirəm ki, bu cür hərəkətlər xalq artisti adına yaraşmaz

- A.İsrafilov: Ola bilər ki, sizə xalq artislərinin bir-biri ilə qalmaqalları rast gəlir. Və axıra qədər siz onu izləyirsiz. Amma mənə rast gələndə kanalı çevirirəm. Sonra da onları görəndə deyərəm ki, sizin verilişinizi verirdilər. Xoşuma gəlmədi kanalı çevirdim. Qalmaqal Azərbaycan xalqına yaraşmır.

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-3 avqust.-S.13.