Festivalda muğamlarımıza böyük
yer ayrılır
Mənsum İbrahimov: “Qəbələnin
gözəlliklərini seyr
edə-edə musiqi dinləmək insana çox böyük zövq verir”
Son illər Azərbaycan bir çox beynəlxalq festivallara ev sahibliyi
edir. Bu festivallar
ölkəmizin, mədəniyyətimizin,
musiqi sahəsində çalışan insanların
dünyada tanıdılması
baxımından böyük
əhəmiyyət kəsb
edir. Əvvəllər müsabiqələr daha çox paytaxt Bakıda keçirilirdisə, indi bu sahədə də irəliləyişlər
mövcuddur. Artıq
beynəlxalq səviyyəli
tədbirlərə bölgələrimiz
də ev
sahibliyi edirlər.
Buna V dəfə Qəbələ
şəhərinin ev sahibliyi edəcəyi V Qəbələ
Beynəlxalq Musiqi Festivalını misal çəkə bilərik.
24 iyul – 6 avqust tarixlərində Mədəniyyət
və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən festivalda iştirak etmək üçün Azərbaycandan
və xarici ölkələrdən görkəmli
musiqiçilər, bədii
kollektivlər, solistlər,
dirijorlar Qəbələ
şəhərinə üz
tutdular. Azərbaycanın birinci xanımı,
UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
və rəhbərliyi
altında həyata keçirilən digər mədəniyyət layihələri
kimi, Qəbələ
festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus
yer qazanıb. Musiqi bayramında Rusiya, Türkiyə, Böyük Britaniya,
ABŞ, İtaliya, Fransa,
Koreya, İsrail, Litva, Kuba və
Qazaxıstandan dünya
şöhrətli dirijor,
ifaçı və kollektivlər iştirak etdi. Yerusəlim Simfonik Orkestri, Yuri Başmet və “Yeni Rusiya” simfonik
orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana
Yablonskaya, Dmitri Yablonski,
Yader Benyamini, Mirko Roverelli, Karmelo Korrado Karuzo, İdil Biret, Nina Koqan, Jean Bernard Pommier, Jan Lothem Konig, Ayman Musaxacayeva,
Aleksandr Solovyov, Sergey Leyferkus, Muza Rubayskite, Hee Youn Choue, Mixail
Qutman və başqaları qonaqlara unudulmaz anlar bəxş etdilər.
Festival konsertlərində Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri, Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli,
Rauf Abdullayev, Murad Adıgözəlzadə,
Yalçın Adıgözəlov,
Murad Hüseynov, Yeganə Axundova, Mənsum İbrahimov, əməkdar incəsənət
xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Toğrul
Qəniyev, Elçin Əzizov, Fəridə Məmmədova, Səbinə
Əsədova, Elçin
Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə,
beynəlxalq müsabiqələr
laureatları Fuad İbrahimov, Yusif Eyvazov, Elvin Qəniyev, Azər Rzazadə, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış
etdilər. Festival çərçivəsində
keçirilən “Muğam
axşamı”nda tələbələri
ilə birlikdə çıxış edən
xalq artisti Mənsum İbrahimov təəssüratlarını bizimlə bölüşdü:
“Qəbələnin gözəlliklərini
seyr edə-edə musiqi dinləmək insana çox böyük zövq verir. Mən festivalın “Muğam
axşamı” konsertində
çıxış etdim.
“Ustaddan şagirdə”
adlanan muğam konsertində mən öz tələbəm Arzu Əliyeva və Aytən Məhərrəmova ilə
birlikdə çıxış
etdim. Bizi əməkdar artist Elçin Həşimov, Elnur Əhmədov və Kamran Kərimov müşayiət
edirdi. Artıq ənənəyə çevrilən
bu festivalda hər növbəti il iştirakçıların
sayı çoxalır.
Festivalda
hər axşam musiqi axşamı təşkil edilir. Burda ən gözəl hadisə odur ki, festivalda muğamlarımıza böyük
yer verilir. Biz çıxış etdiymiz “Muğam axşamı” çox gözəl keçdi.
Ətraf
rayonlardan da xeyli tamaşaçı gəlmişdi. 2000-dən çox tamaşaçı
açıq havada olan konsertimizdə iştirak edirdi. Festivalda Oksana Yablonskaya bizim ifamızdan məmnun qaldığını
bildirdi. Dedi ki, biz neçə gündür məhz muğam konsertini səbrsizliklə gözləyirdik.
Mən artıq 3-cü dəfədir
bu festivalda çıxış edirəm.
Bizim musiqimiz artıq festival iştirakçılarına tanışdır.
Bu festivalın bu cür alınmasında
Heydər Əliyev fondunun təşkilatçılığını
xüsusilə qeyd etmək istəyirəm.
Hər bir şey diqqətlə
düşünülüb təşkil olunub. Konsertin proqramı, gələn qonaqların qarşılanması
çox yüksək
səviyyədə idi.
Azərbaycanın hansısa bölgəsinin
belə bir tədbiri keçirməsi
çox təqdiəlayiq
hadisədi. Bu festival turizm baxımından da əhəmiyyətlidi.
Həm də Qəbələ Beynəlxalq Musiqi festivalı dünyada tanınır. Çünki
dünyanın ən məşhur musiqiçiləri
hər il
bu festivala qatılırlar. Mən konsertdən razı
qaldım. Bu festivalın yüksək səviyyədə təşkil
olunmasına görə
Mehriban xanım Əliyevaya təşəkkürümü
bildirirəm”.
Aygün
Üç nöqtə.-2013.- 6 avqust.-
S. 13.