Elektron kitabxanalara maraq artır
İnformasiyalaşdırma – insan sivilizasiyasının ümumi qaçılmaz inkişaf mərhələsidir
Dünyada informasiya
texnologiyalarına heç vaxt
indiki qədər maraq
oyanmayıb. Ölkələrdə informasiya
və kommunikasiya vasitələrinin
inkişafı əsasında əmək məhsuldarlığının
artımı hiss olunacaq
dərəcədə təmin olunub və
təhsildə, məişətdə, səhiyyədə,
ticarətdə, istehsalda həyat səviyyəsi yeni baxımda
formalaşıb. Belə ki, hal-hazırda respublikada dövlət səviyyəsində
dövlət və özəl qurumlarda informasiya və kommunikasiya
texnologiyaları sahəsində bir
sıra əhəmiyyətli dövlət proqramları və
layihələr həyata keçirilib. Respublikada sosial-iqtisadi münasibətlərdə
aparılan yenidənqurma, cəmiyyətdə həyat tərzinin
demokratikləşməsi isə cəmiyyətin fəaliyyətinin
bütün sahələrində informasiya təminatının strukturu
və xarakterinin kökündən dəyişməsini
tələb edir. Yeni dövlət və ictimai təşkilatların əmələ gəlməsi,
mövcud funksiyaların dəyişilməsi
və yaxud yenilərinin yaranması
–bunların hamısı cəmiyyətdə informasiya
tələbatının artdığını, informasiya axınının istiqamətini və
tərkibinin dəyişməsini, informasiyanın təqdim
olunma formasını təyin edir.
Tarixi-mədəni, ədəbi-bədii
və elmi-fəlsəfi irsin
toplanmasında, nəsildən-nəsilə
çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının
inkişafında kitabxanalar əvəzsiz rol oynayır. Kitabxana fondlarının müasir informasiya daşıyıcıları ilə
zənginləşdirilməsi, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən
istifadə edilməsi, elektron məlumat
bazalarının yaradılması isə dövrümüzün
vacib məsələlərindən biridir. Lakin onun yaradılması heç
də asan olmayıb. Çünki
ötən əsrin 90-cı illərinin
əvvəllərində
ölkədə baş verən hadisələr
kitabxanaların da fəaliyyətinə təsirini
göstərib, yəni kitab nəşri və
kitab təchizatı sistemi
tamamilə iflic vəziyyətə düşüb, onların maddi-texniki
bazasının olduqca zəifləməsinə
gətirib çıxarıb. Bütün bunlar
kitabxana sahəsinə öz
mənfi təsirini göstərib. Nəticədə kitabxanalar real və potensial oxucularını itirib,
xeyli sayda kitabxanalar bağlanıb, əksəriyyəti
oxucu tələbatını ödəyə
bilməyib.
Qeyd edək ki, dünyanın əksər
ölkələrində cəmiyyətə göstərilən
kitabxana xidmətinin, sənəd-informasiya
təminatının təşkili səviyyəsi milli prioritetə malik məsələ
kimi qiymətləndirilir və bu sahənin inkişafına həm rəsmi orqanlar, həm işgüzar dairələr, həm də
qeyri-hökumət təşkilatları tərəfindən böyük diqqət və qayğı
göstərilir. Dünyanın inkişaf
etmiş ölkələrində kitabxanalara həm də vətəndaşların
informasiyaya azad müyəssərlik
hüququnun
reallaşdırıldığı bir məkan
kimi də xüsusi
önəm verilir. Belə bir
yanaşma tərzi dünyanın BMT,
YUNESKO və İFLA kimi ən nüfuzlu qurumlarının siyasətində və
sənədlərində öz əksini
tapıb. Unutmaq olmaz ki,
kitabxana siyasəti dövlətin həm iqtisadi, həm təhsil, həm mədəniyyət,
həm də informasiya
siyasətinin
üst-üstə düşdüyü
sahədir. Cəmiyyətin sənəd-informasiya tələbatının
ödənilməsi
funksiyasını həyata
keçirən bir təsisat kimi kitabxanalar vətəndaş
cəmiyyətinin formalaşmasında zəruri vasitə rolunu oynayır.
Hələ XX əsrin
90-cı illərinin əvvəllərindən informasiya
cəmiyyətinin formalaşması konsepsiyası
meydana çıxsa da,
yalnız 2003-cü ilin dekabrında BMT və
YUNESKO-nun Cenevrədə keçirilən
İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti üçüncü minilliyin
əsas vəzifəsini – informasiya cəmiyyəti
qurulması vəzifəsini bəşəriyyətin
inkişafının mühüm şərti
kimi vurğulayıb. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev həmin sammitdə
çıxış edərək ölkəmizdə informasiya və kommunikasiya
texnologiyalarının gündəlik həyatımızın
tərkib hissəsinə çevrildiyini,
mütəxəssislərimizin informasiya və
kompüter texnologiyaları üzrə
müxtəlif layihələri həyata keçirdiklərini bildirib. Görülən
işlərin nəticəsidir ki, bu gün informasiya
və kommunikasiya texnologiyaları ictimai-siyasi, sosial-iqtisadi,
mədəni sahələri əhatə edərək cəmiyyətin
inkişafına güclü təsir
göstərən əsas amillərdən birinə
çevrilməsi ilə yanaşı kitabxanaların
inkişafına da ciddi
təsir göstərib. Hazırda informasiya və kommunikasiya
texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin zehni və
elmi potensialının, dövlət idarəçiliyində
şəffaflığın və demokratiyanın
inkişafının, sosial-iqtisadi problemlərin
həllinin, yoxsulluğun aradan
qaldırılmasının əsas göstəricilərindən
hesab olunur. Ümumiyyətlə, son illərdə ölkəmizdə
cəmiyyətin sənəd-informasiya tələbatını,
o cümlədən ədəbiyyata olan tələbatını daha
dolğun şəkildə ödənilməsi
və bu işdə informasiya
və kommunikasiya texnologiyalarından
istifadə sahəsində bir sıra ciddi addımlar atılıb, ölkədə
kitabxana işinin
inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilib “Kitabxana işi haqında” 12 mart
1999-cu il tarixli Azərbaycan
Respublikasının Qanunu, “Azərbaycan
kitabxanalarının fəaliyyətinin
yaxşılaşdırılması haqqında” 20 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasinda
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafi üzrə” Dövlət
Proqramı, Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında”
2004-cü il 12 yanvar tarixli, “2005-2006-cı illərdə Azərbaycan
dilində latın qrafikası ilə çapı nəzərdə
tutulan əsərlərin siyahısının təsdiq
edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli, 24 avqust 2007-ci il tarixli “Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin sərəncamları
ilə təsdiq edilmiş siyahı
üzrə latın qrafikası ilə nəşr
olunmuş kitablar ölkənin
bütün kitabxanalarına hədiyyə
edilib. Kitğabların
elektronlaşması həyata keçirilib.
Dövlət
başçısı “Azərbaycan Milli
Ensiklopediyasının nəşri haqqında”, həmçinin
Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən yaxşı nümunələrini
təbliğ etmək məqsədilə “Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” sərəncamlar imzalayaraq
yenidən çap edilən kitabların bütün kütləvi və orta tədris müəssisələrindəki
kitabxanalara verilməsini, bu
kitabların mətnlərinin elektron
daşıyıcılar və internet
vasitələri ilə yayılmasını təmin etmək,
latın qrafikasında “Azərbaycan ədəbiyyatının
virtual kitabxanası”nın
yaradılması haqqında tapşırıqlar verib. “Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı” (2005-2007-ci illər) kimi mühüm əhəmiyyətli direktiv sənəd təsdiq edilib.
Proqramda dünya təhsil sisteminə inteqrasiya
olunmaq, ölkə əhalisini
informasiyalaşdırılmış cəmiyyətə
hazırlamaq məqsədilə kompüter
texnikası əsasında qurulan yeni informasiya
texnologiyalarının mənimsənilməsi və onun bütün
imkanlarından istifadə olunması üçün
elektron dərsliklərin, elektron
kitabxanaların, rəqəmli tədris resurslarının
işlənilib hazırlanması və tətbiqi nəzərdə
tutulub.
Dövlət
başçısının başqa bir sərəncamı ilə “Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının
inkişafı üzrə 2005-2008-ci illər üçün
Dövlət Proqramı” (“Elektron Azərbaycan”)
təsdiq edilib. Bu qərarların
qəbul olunması və tətbiq olunması kitabxana
işində bir çox
nailiyyətlərin əldə edilməsinə səbəb olub. Belə ki, kitabxanalar müasir texniki avadanlıqlarla təmin olunub,
kitabxanaların avtomatlaşdırılması prosesi
gücləndirilib, kitabxanalarda yeni texnologiyaların tətbiqi və istifadəsinə
start verilib.
Üç nöqtə.-2013.- 27 avqust.- S. 9.