“Gəncliyimin qədrini bilməmişəm”
Biz onu daha
çox teatr aktrisası kimi tanıyırıq. Amma o səhnə faliyyətinə ilk
olaraq müğənni kimi
başlayıb. Hətta müğənni kimi
də iddialı olduğunu deyir. Həmin şəxs bu
dəfə “Şənbə qonağı”mız olan əməkdar artist
Xanım Qafarovadı. Bu dəfə də
ənənəmizə sadiq qalaraq qonağımızın redaksiyaya
gələcəyi vaxtı öncədən müəyyən
edib internetdə elan verdik. Tamaşaçılar da
sevimli aktrisamıza olan
suallarını “Facebook”da
(F) “Ucnoqta.az şənbə
qonağı” səhifəsində yazdılar, ya
da aktrisa
redaksiyamızda olan vaxt
telefonla (T) zəng edib
birbaşa müğənninin özünə
verdilər. Xanım Qafarova da ona ünvanlanan
bütün sualları
cavablandırdı.
- Bir
neçə nəfər səhhətinizlə bağlı
sizə sual yazıb. Ona
görə istəyərdim ilk olaraq səhhətinizdən danışaq. Necəsiniz?
- Əvvəllər səhhətimdə problem var
idi. Şükürlər
olsun indi
yaxşıyam. İşimin
başındayam. Amma hələ ki, müalicəm davam edir. Hələ bir
neçə müddət də müalicə almalıyam.
- Yeni
mövsüm başlayır. Bu mövsümdə tamaşaçı sizdən
nələr gözləsin?
- İnşallah
yeni mövsümdə işlərimə davam edəcəm. Çəkildiyim “Qaynana” serialı bitdi. 3-4 kanaldan serial təklifi
almışam. Bir neçə günə
hansına çəkiləcəyim müəyyənləşəcək.
- Bu
gün nə qədər çox
serial çəkilsə də, aktyorlar, bu sahədə
çalışan və çalışmayan insanlar tərəfindən qınaq hədəfinə
çevrilir. Siz necə
hazırkı seriallarımızı bəyənirsinizmi?
- Bizdə serial çəkilməsinə yeni başlanıb. Hər zaman
işə yeni başlayarkən bunlar olmalıdır. Gənclər üçün bir məktəbdi.
Praktika keçib
öyrənməlidirlər. Heç bir ölkədə hansısa işə başlayan kimi professional nəticə əldə olunmur. Arzu edirəm ki, bütün
seriallarımızda peşəkar aktyorlarımız
oynasın. Gənclər də onlarla bərabər
seriala çəkilir. Bu
işdə yeni olanlar
öz işinin
ustadı olanlardan bu yolla öyrənməlidirlər. Bizimlə bərabər
seriala çəkilən o
qədər gənclər var idi. Sənubər İskəndərli, mən
və digər aktyorlarımız həmin gəncləri
istiqamətləndirirdik, məsləhətlərimizi verirdik. Narazılıq etməklə biz onlara heç
nə öyrədə bilmərik. Hər nədirsə bizimdi. Yaxşısı da,
pisi də bizim
adımızadı. Müəyyən bir vaxt keçdikdən sonra bizim də seriallarımız istədiyimiz səviyyədə
olacaq. Nə bilmək olar
bəlkə bir müddət keçdikdən
sonra bizim də
seriallarımız dünya bazarına
çıxacaq. Bizim aktyorlarımız bəyəm
gücsüzdülər? Sadəcə olaraq
onlarda seriala çəkilmək
təcrübəsi yoxdu. Bir-iki
hissəli bədii filmlərə çəkiliblər. Amma serial tamam
başqadı. Seriallara sənət əsəri
kimi baxmaq düzgün deyil.
Dünyanın heç bir
ölkəsində seriala sənət əsəri
kimi baxılmır. Sadəcə olaraq akyorlar onlara həvalə olunan rolu düzgün
oynamağı bacarmalıdırlar. Digər işlər də
yaxşı görülsə serial da baxımlılıq qazana
bilir. Bizdə də yavaş-yavaş
bu təcrübə qazanılır.
- Seriallarımız
çəkildiyi vaxtdan bu
günə qədər nələrdə irəliləyiş
olub?
- Yeni
başlayarkən ssenaristlərimiz də təcrübəsiz idi. Ailə həyatı qurmayan,
övladı olmayanlar bu
hissləri bilmədən ailə münasibətlərindən
ssenari yazır. Buna
görə də həmin gəncin yazdığında da qeyri-peşəkarlıq özünü
göstərəcək. Təcrübə artdıqca hər şey yaxşı olacaq.
Seriallarımız yeni çəkiləndə
baxmaq mümkün deyildi. Sonrakı il bir az düzəldi. Daha sonra başqa
irəliləyişlər oldu.
- Dediz
ki, gənclərə məsləhətlərimizi
veririk. Lakin bəzən
gənclərin özlərindən razı olduqlarını,
başqalarını dinləmədiklərini də deyirlər.
Məsləhətlərinizdən nəticə
çıxaranlar olur?
- Bizim
vaxtımızın gəncliyi tamam başqa tərbiyə görmüşdü.
Sovet tərbiyəsi görmüşük.
İndiki gənclər çox
sərbəstdilər. Onlar öz sözlərini deyə bilirlər. Amma bu o
demək deyil ki, hər
şey xaosa gətirib
çıxarmalıdır. Gənclərin öz
istəklərini deyə bilmələri əslində
yaxşı haldır. Hamısına şamil
etmirəm. Bəzi gənclər elədir. Bir
az ulduzluq xəstəliyi
tutandan sonra təkəbbürlü
olurlar. Bunlar da onların yaşının az
olmasından irəli gəlir. Bizim
vaxtımızda hər bir şeyi
sərt dillə deyirdilər. Amma indiki gəncə sərt heç
nə demək olmaz. O dəqiqə cavab verir. Ona
görə hərəni öz dili ilə dilləndirmək lazımdır.
- Gülarə
Ramazanlı (T): Əvvəllər səhhətinizdə problem var idi.
Həm də eviniz yox idi. Bilmək istəyirəm indi vəziyyət necədi?
- Xanım Qafarova:
Səhhətim şükür
Allaha yaxşıdı.
Ev məsələsi də inşallah tezliklə həll olunar.
- Xəyalə Məmmədova
(F): Teatrda çalışan
aktyorlar maaşlarının
az olduğunu
deyirlər. Sizcə bu sahədə gəlirin az
olması gənclərin
teatra gəlişinə
mane olurmu?
- X.Qafarova: Teatrda
çalışanlar işinin
fanatı olanlardı.
Teatra gələnlər xüsusən
də gənclər maaşın azlığından
gileylənirlər. Fikirləşirlər ki, mən burda
aldığım məvaciblə
necə ailəmi dolandırım. Sənətini dəlicəsinə sevənlər
tetarda qalıb. Teatr bir bataqlıqdı. Ora girdinsə batıb qalırsan. Artıq bizim gedən
yerimiz yoxdu. Amma indi şükürlər
olsun ki, indi seriallarımız var.
Qazanc əldə etmək olur.
- Seriallardan çox
təklif gələrsə
teatrdakı işinizdən
uzaqlaşa bilərsiz?
- Sağ olsun teatrın rəhbərliyi
ki, bizə imkan yaradır ki, seriallarda da çəkilək. Onların da işlərini yarıda qoymamaq şərtilə. Çəkildiyim seriallarda da bilirlər ki, mənim oynadığım
tamaşa var. Mən hansı günlər tamaşada oluramsa, həmin gün çəkilə bilmərəm.
Bu şərtlə müqvilə bağlayırıq.
Mən teatrdan da ayrıla
bilmərəm.
- Sevinc Əhmədova
(T): Sizi əvvəllər
Afaq Bəşirqızı
ilə bir yerdə çox görürdük. Amma son zamanlar
görmürük.
- X.Qafarova: Mən
yenə də Afaq Bəşirqızı
ilə bir tetarda çalışıram.
Amma sadəcə olaraq bizim teatr xeyli
vaxtdır təmirdə
idi. Biz də
Dənizçilər evində
tamaşalar göstərirdik.
Orda isə böyük tamaşalar səhnəyə
qoya bilmirdik. İnşallah yeni mövsümdə
tetarımızın binası
təmir qurtardıqdan
sonra böyük tamaşalar səhnəyə
qoyulacaq. Allah can sağlığı versin
Afaq xanıma. Yenə onunla bir yerdə
işləyəcəyik.
- Aysel Əliyeva
(F): Gəncikən elə
bir rol olub
ki, oynamağa risk etməyəsiniz. Bu gü isə kaş oynayaydım deyəsiz?
- X.Qafarova: Yox olmayıb. Xoşbəxtliyim o olub ki, tetara gələn gündən baş rolları canlandırmışam.
Mən musiqili komediya janrına gəldiyim üçün bir janrda oynamışam.
Amma içimdə olan potensial bütün janrlara aiddir. Amma bizim teatrın janrına uyğun məcburam ki, yalnız komediya oynayım. Amma bizim teatrın
adında dəyişiklik
oldu. Musiqili teatr adlanacaq.
Bununla bağlı bizim teatrda müxtəlif mövzulu tamaşalar qoyulacaq.
- Samirə Azərova
(T): Xanım Qafarova müğənniliyə hobbi
olaraq yanaşır?
- X.Qafarova: Mən
səhnəyə ilk olaraq
müğənni kimi
başlamışam. Festivallarda laureat
olmuşam. Azərbaycan radiosunun
qızlı fondunda səs yazılarım var.
Teatra sonralar gəlmişəm. Teatr kollektiv,
müğənnilik isə
fərdi sənətdir.
Müğənniliklə məşğul olmaq üçün gərək maliyyə dəstəyin güclü
olsun. Ona görə də
mən müğənni
kimi çox görünə bilmədim.
2-3 klipim oldu.
Müğənni kimi də qarşılandım. Amma müğənni
kimi özümü reklam etdirməyə imkan yoxdu. Özüm üçün mahnılar
yazdırıram, el şənliklərinə
gedirəm.
- Samirə Azərova
(T): İmkanınız olsaydı
müğənniliyə daha
çox yer verərsiz?
- X.Qafarova: Əgər
imkanım olsaydı müğənniliyə yer
verədim. Amma aktyorluğumu da
kənara qoymazdım.
Elə müğənni var ki, onun aktyorluq
qabiliyyəti yoxdu.
Elə aktyor da var
ki, müğənniliyi
bacarmır. Allahıma şükür
edirəm ki, mənə həm səs, həm də aktyorluq qabiliyyəti verib. Hər ikisində özümü
təsdiqləyə bilərəm.
- Xalid Kazımov:
Region teatrlarında 5 nəfər
yaradıcı heyət
varsa, texniki heyət bundan 4-5 nəfər çoxdu. Bakı teatrlarında da belə vəziyyət varmı? Əgər bu vəziyyət
aradan qalxarsa aktyorların əməkhaqqının
artırılmasına gətirib
çıxara bilərmi?
- X.Qafarova: Hər
bir teatrda artıq adamlar var. Elə insanlar var ki, ildə
1-2 tamaşada oynayır.
Amma gəlib digər aktyorlarla eyni maaş
alır. Amma onun maaşını
gətirib çox çalışan aktyora versələr gözəl
olar. Belə faktorlar regionlarla
yanaşı, Bakı
teatrlarında da var.
- Müğənniliklə aktyorluğun bir yerdə inkişaf etdirə bilərsiz?
- Mümkündür. Amma maliyyə dəstəyi olmadan heç nə olmur.
- Toylara müğənni
kimi gedirsiz. Həmin pulla sənət üçün nə isə edə bilmirsiz ki?
- Yox. Çünki mənim müğənni
kimi, reklamım o qədər deyil ki, toya yaxşı
qiymətə gedim.
Və toylardan qazandığım
məni qane eləsin.
- Bir dəfə
müsahibələrinizdə demişdiz ki, müğənnilik edən
bir neçə həmkarınızın ifası
sizi qane eləmir…
- Onlar özləri
də qeyd edirlər ki, müğənniliyə hobbi
kimi yanşaırlar. Amma mən müğənni kimi iddialıyam. Mən müğənni ilə duelə çıxıb
yarışa da bilərəm. Sovetin vaxtında
bədii şuradan keçməyən müğənnini
eifrə buraxmırdılar.
Mən bədii şuradan keçmiş müğənniyəm.
6-7 saat toylarda
canlı ifa edirəm.
- Ailədən müğənni
olmağınıza qarşı
olan var?
- Yox. Bizim nəsildə çoxları
yaradıcı insanlar
olub. Mənim babam molla olub. Çox gözəl azan verirmiş.
Nəsillikcə bizdə hamının
səsi olub. Bacımın oğlu skiripka
çalır.
- Könül Əhmədova
(T): Aktyorluqda davamçınız
varmı?
- Yox. İstəyi olsa bəlkə
qızım. Bu sahədə irəli getmək üçün
mənə yol açan olmayıb. Amma qızımın arxasında
mən durmuşam.
- Adil Mirzəyev
(F): Xanım Qafrova nələrin onun üçün artıq gec olduğunu düşünür?
- X.Qafarova: Elə
şeylər var ki, gəncliyimdə qədrini bilmədim. İndi onların arzusundayam.
- Nələrin qədrini
bilməmisiz ki?
- Gəncliyimin, gözəlliyimin
qədrini bilməmişəm.
Bütün vaxtımı işimi,
sənətimi fikirləşmişəm.
Şəxsi həyat fikirləşmədim.
İndiki cavanlar gənc
ikən özləri üçün gün ağlayırlar. Hər biri
özləri üçün
şərait qururlar.
Amma mən çoxlarının
əlimdən tutmağın
həsrətini çəkdiyi
bir vaxtımda heç nədən istifadə etmədim.
İndi onlara görə çox peşmanam.
- Bu gün əldə
etdiklərinizə görə
peşmançılıq hissi
keçirməyə dəyərmi?
- Şəxsən mən peşmanam. Çünki mənim sənətdə
aldığım qiymət
və həyat şəraitim buna layiq deyildi. Gəncliyimdə hər şeyin
qədrini bilsəydim
indi istədiyim yerdə idim.
- Haralarda olmaq istəyirsiz ki?
- Çox yerdə.
Ürəyim istədiklərini etmək üçün artıq çox gecdi. Amma bu günümüzə
min şükür. Allah
övladımı xoşbəxt
eləsin. Reallaşdıra bilmədiyim arzuları övladımdan görərəm
inşallah. İnsanın canı sağdırsa, hər şey yaxşı olacaq.
Aygün Asimqızı
Üç
nöqtə.-2013.-31 avqust.-S.13.