“Bakutel-2013”
yekunlaşdı
1995-ci ildən
etibarən “bakutel” ikt
nüfuzlularini azərbaycanda bir araya gətirir
Dünən “Bakutel-2013” Beynəlxalq Telekomunikasiya Sərgisi öz işini yekunlaşdırdı. 1995-ci ildən etibarən “Bakutel” informasiya komunikasiya texnologiyalarını (İKT) nüfuzlularını Azərbaycanda bir araya gətirir. Getdikcə beynəlxalq aləmdə də öz yerini tutaraq, yerli şirkətlərlə yanaşı, digər ölkələrin artan marağı nəticəsində qlobal təcrübə mübadiləsi meydanına çevrilən sərginin təşkilati məsələləri isə “Iteca Caspian LLC” şirkətinin üzərinə düşüb. Aparılan müşahidlərə görə, həqiqətən, bu il ziyarətçilər İKT sahəsində əsl bayramın şahidi olublar, belə ki, bu il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. 2013-cü ildə ölkədə İKT sahəsinin inkişafı üçün xeyli işlər görülüb və bu sahənin bir çox nailiyyəti məhz “Bakutel 2013″ sərgisinin ekspozisiyasında öz əksini tapıb. Hər şeydən əvvəl, builki sərgi öz miqyası ilə fərqlənib. Belə ki, “Bakutel 2013″ sərgisi Bakı Ekspo Mərkəzinin üç zalı və foyesində təşkil olunub. Sərgidə Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları və İnternet provayderləri, habelə sistem inteqratorları və distribüterlər təmsil olunublar. Sərgiyə beynəlxalq iştirakçılar da böyük maraq göstəriblər. Ölkədə “İKT ili”nin elan edilməsi sərgidə iştirak üçün əlavə stimul yaradıb, belə ki, bu il sərgidə xarici şirkətlərlə yanaşı, 15 milli pavilyon da iştirak edib. “Bakutel” çərçivəsində geniş işgüzar proqram keçirilib və bu proqrama Azərbaycan və bir sıra digər ölkələr arasında ikitərəfli görüşlər və biznes-forumlar daxil olub. Həmçinin, sərgi çərçivəsində Azərbaycanın iştirak etdiyi bütün layihələr öz əksini tapıb.
Bu sərgidəelektron xidmətlər
geniş təqdim edilb.
Bu xidmətlər həm rahatdır, həm
də iştirakçıların və ziyarətçilərin
vaxtına xeyli qənaət edir. Bu xidmət vasitəsilə
sərgidə KİV nümayəndələrinin də işini asanlaşdırılıb. Hazırda
xarici KİV-lər bu
xidmətdən fəal istifadə edib.
Kütləvi informasiya vasitələri sərgini
fəal şəkildə dəstəkləyib. Təkcə
bu il 40-dan çox kütləvi informasiya
vasitəsi sərgini rəsmi surətdə dəstəkləyib
və onların arasında əlbəttə ki,
Azərbaycan, habelə BƏƏ, Gürcüstan,
Rusiya və digər ölkələrin
KİV nümayəndələri var.
Sərgini dəstəkləyən mətbuat orqanları
arasında bir çox
yerli mətbuat nümayəndəsi də
var. Bunlara informasiya agentlikləri, mətbuat orqanları, elektron jurnallar və veb-saytlar daxildir. Onların əksəriyyəti sərgini ilk gündən
dəstəkləyib.
Son 10 ilə nəzər salsaq, özünün bu illərdəki fəaliyyəti ərzində
sərgi informasiya-kommunikasiya
texnologiyaları üzrə
illik zirvə görüşünə çevrilib
və onun vasitəsilə hər il İKT bazarında
yeni texnologiyalar və ən yeni avadanlıqlar tətbiq olunur, möhkəm əlaqələr
qurulur və yeni müəssisələr
yaradılır. “Bakutel” sərgisində uğurlu iştirakla bağlı bir çox misal göstərmək olar.
Bu il ekspozisiya
sahəsi xeyli artıb və ötən il ilə müqayisədə
35 faiz genişlənib.
Ümumilikdə isə sərgidə
dünyanın 28 ölkəsindən
300-ə yaxın şirkətin
iştirak edib. Bu sərgidə milli
stendlərə böyük
diqqət yetirilib və bu milli
stendlərin arasında
debütantlar da olub. İlk dəfə olaraq,
sərgidə Argentina, ABŞ, İtaliya və Əfqanıstanın milli
qrupları iştirak ediblər. Bundan əlavə, Belarus, Macarıstan,
İsrail, Kanada, Latviya, Litva, Fransa, Türkiyə, Rusiya, Rumıniya, Sloveniya, Xorvatiya, Estoniya və digər ölkələrin
kollektiv milli stendləri də geniş şəkildə
təmsil olunub.
Artıq bir neçə ildir ki, “Bakutel”
sərgisi ilə birlikdə beynəlxalq səviyyəli tədbirlər
keçirilir. Məsələn,
ötən il
sərgi ilə eyni meydançada İnternet İdarəçilik
Forumunun (Internet Governance Forum) 7-ci iclası keçirilib. Bu forum uğurlu oldu
və dünyanın
100 ölkəsindən 1500-dən çox nümayəndəni
bir yerə topladı. Bu il də istisna deyil, belə ki, Azərbaycan
Respublikası Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin
dəstəyi ilə beynəlxalq tədbirlər
keçirilib. Bura
“TASİM” Konsorsiumunun əsas
telekommunikasiya operatorlarının
illik forumu, Asiya və Sakit
okean regionu üzrə iqtisadi və sosial komissiyanın “Biliklərə
əsaslanan iqtisadi inkişaf üzrə
“SPECA” layihəsinin (BMT-nin
Mərkəzi Asiya üzrə xüsusi iqtisadiyyat proqramı) işçi qrupu”nun iclası və Azərbaycanda dövlət
və özəl
İKT sektorlarının tərəfdaşlığı
üzrə mütəxəssis
mərkəzinin yaradılması
ilə əlaqədar
tədbir daxildir. 2-4 dekabr tarixində
isə “İnternet –
regional inkişafın və
irəliləyişin lokomotivi”
mövzusunda internet idarəçiliyi
üzrə Azərbaycan
Respublikasının Birinci
Milli Forumu keçirilib.
Bu ilin böyük hadisəsi isə “Kibertəhlükəsizlik sahəsində
beynəlxalq əməkdaşlıq:
problemlər və perspektivlər” mövzusunda
konfransı olub. Tarixdə ilk
dəfə olaraq, Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi BMT ilə birlikdə ümumdünya
kibertəhlükəsizlik konfransını
təşkil edir və bu tədbir
dünyanın 20-dən çox
ölkəsindən 50-dən çox nümayəndəni
bir araya gətirib. Həmçinin,
seminarlar və “dəyirmi masa”lar
da keçirilib. Gördüyünüz kimi, builki proqram çox zəngindir və şübhəsiz ki, mütəxəssislər üçün
maraqlı olub.
Ziyarətçilərin sayına gəldikdə isə bu sərgidə 10-15 min nəfərdən çox
ziyarətçi volub,
bu il sərgini
daha bir amil fərqləndirilib, belə ki, çox
geniş işgüzar
proqramı Azərbaycanda
“İKT ili” ilə əlaqədar sərgi ziyarətçiləri və
iştirakçılar üçün
xüsusi olaraq hazırlanmış əyləncəli
tədbirlər tamamlayıb.
Üçüncü zalda oyun zonası, istirahət zonası və s. yerləşdirilib. Birinci gündə
ziyarətçilər istifadəyə
yararsız İKT hissələrindən
hazırlanmış paltarların
möhtəşəm nümayişinə
tamaşa edib və X-bokslarda oyunda da iştirak
edə biliblər.
Həmçinin, lazer şousu
da olub. İlk dəfə olaraq, təkcə Azərbaycanda
deyil, həm də MDB-də “Bakutel” sərgisinin ziyarətçiləri qarşısında
məşhur “Titan” robotu
öz şou-proqramı
ilə çıxış
edib.
Yaradıldığı gündən bəri sərgi telekommunikasiya sahəsi ilə paralel surətdə böyüyüb, bütün
dəyişikliklərə həssas yanaşıb və bir növ
bu sahənin güzgüsü olub. Şübhəsiz ki, “Bakutel” sərgisinin
keçirilməsi ölkədə
İKT-nin inkişafına
müsbət təsir
göstərir. Təsəvvür edin ki, 4 gün
ərzində bu sahənin bütün mənzərəsinə nəzər
salmaq və onun perspektivlərini təhlil etmək imkanı qazanılıb.
Hər il
sərgidə bir çox yeni məhsul və xidmətlər təqdim olunur. Bunun sayəsində İKT sahəsi daim yenilənir, müasirləşir.
Sərgi
bu sahənin güzgüsü olaraq, rəqabət mühitinin yaranmasına kömək edir. Sərginin və bu sahənin qarşılıqlı
təsirindən uzun-uzadı
danışmaq olar.
“Bakutel” sərgisi
bu günlər ərzində həm mütəxəssisləri, həm
də məsul strukturları, beynəlxalq
təşkilatları, eləcə
də İKT sahəsində
mövcud olan bilikləri bir yerə cəm edir. Bu günlərdə
Bakı İKT sahəsinin
qovşağına çevrilir
və diqqətini Azərbaycana yönəldir.
Mən xüsusilə qeyd etmək istərdim ki, bu sahənin
və sərginin inkişafı ölkə
rəhbərliyinin və
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin göstərdiyi
güclü dəstəkdən
asılıdır. Son
bir neçə ildir ki, sərginin
rəsmi açılış
mərasimində Azərbaycan
Respublikasının prezidenti
İlham Əliyev iştirak edir və bu, sərginin
yüksək statusunu bir daha vurğulayır.
Artıq uzun illərdir ki, Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi “Bakutel” sərgisini yaxından dəstəkləyir, nazir
Əli Abbasov sərgiyə böyük
diqqət yetirir və nazirliyin Beynəlxalq əlaqələr
departamenti fəal işlər həyata keçirir.
Üç nöqtə.- 2013.- 6
dekabr.- S. 9.