Heydər Əliyevin xatirəsi yad edildi

               

                       Ümummilli liderin anım günü ilə bağlı respublikamızda, həm kənarda tədbirlər keçirilib

 

Fəxri Xiyaban Azərbaycan ictimayyəti tərəfindən ziyarət edilib. Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının doqquzuncu ildönümü günü xalq ümummilli liderin məzarını ziyarət edib. Səhər saatlarında dövlət başçısı İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Dövlət başçısı H.Əliyevə ehtiramını bildirib, məzarı önünə əklil qoyub. Prezident İ. Əliyev görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyub. Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində prezidentin ailə üzvləri, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bunun ardınca isə Heydər Əliyevin məzarını ictimai xadimlər, ziyalılar, hökumət rəsmiləri, millət vəkilləri və minlərlə sadə vətəndaş ziyarət edib. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixitaleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlı olub. Bu illərdə Heydər Əliyevin dəst-xətti ilə Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr yazılıb. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, beynəlxalq nüfuzunun artması Heydər Əliyevin misilsiz fəaliyyəti sayəsində mümkün olub. Heydər Əliyev öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınıb və Azərbaycan xalqının ümummilli lideri adını qazanıb.

Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib.

Dünən Heydər Əliyev Mərkəzində də Heydər Əliyevə həsr olunan fotoalbomun təqdimatı keçirilib. Mərkəzdən verilən məlumata görə, nəşr olunanBöyük insanın ömür anları” albomunda ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini etdirən fotolar toplanıb.

Flbomda ulu öndərin uşaqlıq və yeniyetməlik illərini, Azərbaycan SSR Nazirlər Soveti yanında Təhlükəsizlik Komitəsində çalışdığı və ona rəhbərlik etdiyi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katbiSiyasi büronun üzvü, SSRİ Nazirlər Sovetində Baş Nazirin müavini vəzifəsində çalışdığı illəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və nəhayət, müstəqil Azərbaycanın Respublikasının Prezidenti olduğu dövrü əks etdirən fotolar yer alıb.

Nəşrə ön sözü Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yazıb: “Hər bir xalqın tarixi salnaməsi qələbə və məğlubiyyət, tərəqqi və tənəzzülün əks olunduğu səhifələrlə zəngindir. Və hər bir tarixi dövr ölkəsinin və ümumiyyətlə, bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynayacaq nadir şəxsiyyətlər yetişdirir. Azərbaycan üçün belə şəxsiyyətlərindən biri ömür səhifələri böyük bir epoxanın aynası kimi ölkə tarixinin müəyyən bir dövrünü özündə əks etdirən Heydər Əlirza oğlu Əliyev oldu”.

M. Əliyeva qeyd edib ki, bu fotoalbom vasitəsilə ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının və tarixi irsinin həqiqi sahibinə çevirmək arzusu ilə yaşamış, bu arzunu həqiqətə çevirmiş Heydər Əliyevin ömür salnaməsi təqdim olunur və buradakı şəkillərin əksəriyyətini tarixi sənəd adlandırmaq olar: “Albomda yer almış fotoşəkillər öz emosional məzmununa görə çox fərqlidirlər. Bəzilərində əhəmiyyətli tarixi hadisələr həkk olunub, digərlərində isə Heydər Əliyev qeyri-rəsmi şəraitdə, ailəsinin, doğmalarının, dostlarının əhatəsindədir. Bu şəkillərdə o, müxtəlif anlarda çəkilib – gah sərt, gah gülümsərdir, gah qərarlı, gah təmkinlidir, gah narahat, gah ilhamlıdır, gah qayğılı, gah da ki, həqiqətən xoşbəxtdir. Heydər Əliyev həyatının fotoşəkillərdə həkk olunmuş müxtəlif anları onun şəxsi keyfiyyətlərinin, heyrətamiz yaradıcı enerjisinin, müdrikliyinin, məsuliyyət və fenomenal işgüzarlığının əyani sübutudur”.

Albomda ulu öndərin ilk dəfə işıq üzü görən fotoşəkilləri də çap olunub. Fotolar Azərbaycanla yanaşı, Rusiya Federasiyası və digər ölkələrin arxivlərindən toplanıb.

Dünən bir çox dövlət qurumlarında da Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Keçirilən tədbirlərdə ulu öndərin Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edilib. H.Əliyevin dövlət quruculuğu, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən quruculuq proqramlarından danışılıb.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilər nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti postuna seçilib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

 

Xalid

 

Üç nöqtə.-2013.- 13 dekabr.- S.3.