İnkişaf etmiş ölkələr İKT-nin üstünlüklərindən faydalanırlar

 

      Dünya təcrübəsi açıq-aydın göstərir ki, bu yeniliyin tətbiqi ölkənin ümumi sosial-iqtisadi inkişafına təkan verir

 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsi dövlət strukturlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmişinkişaf etməkdə olan ölkələr İKT yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar.

İnformasiyakommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin elmi potensialının,iqtisadi potensialının, dövlət idarəçiliyinin inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumilikdə, hazırda ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların İKT-dan səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Son 15 ildə bu sahənin inkişaf etdirilməsi üçün Respublikamızda ardıcıl addımlar atılmış, bu istiqamət dövlət siyasətinin bir hissəsinə çevrilmişdir. Prezidentimizin təşəbbüsü nəticəsində İKT sahəsində uğurlu addımlar atılmışdır..

Dövlət orqanları və təşkilatlarının fəaliyyətinin yeni şəraitə daha asan uyqunlaşması, E-biznes, E-bankçılıq, E-təhsil, və s. kimi layihələrin həyata keçirilməsi də daxil olmaqla informasiya cəmiyyətinə keçidin formalaşdırılması və inkişafını təmin etməkdədir.

Xatırlatmaq lazımdır ki, ulu öndər Heydər Əliyevin siyasi təşəbbüsü sayəsində 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ölkənin yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırmaqla yanaşı, müasir rabitə və informasiya texnologiyalarının sürətlə tətbiqində də böyük canlanma yaratmışdır. Neft sektoruna və iqtisadiyyatın digər sahələrinə milyardlarla investisiya yatıran Qərb şirkətləri ölkədə informasiya cəmiyyətinin bərqərar olması prosesində yaxından iştirak etməyə başlamış, bu məqsədlə Azərbaycana ən yeni və zəngin resurslara malik texnologiyalar gətirilmişdir.

Bu mərhələdən etibarən ulu öndər Heydər Əliyevin rabitə və informasiya texnologiyaları sahəsində təməlini qoyduğu siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi əsasların yaradılması, insan amilinin inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqlarının genişlənməsi, elektron hökumətin, elektron ticarətin formalaşması, ölkənin iqtisadi, sosialintellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması kimi fundamental məsələlər daxildir. Həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycanda mobil telefon rabitəsi, o cümlədən internet dinamik inkişaf etməyə başlamış, rəqəmsal sistemin tətbiqi böyük vüsət almış, yeni texnologiyaların geniş yayılması üçün böyük investisiya sərf olunmuşdur.

Ümummilli liderin imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2013-ci illər) Milli Strategiya” 10 illik müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində vəzifələr müəyyənləşdirmişdir. Qloballaşma dövrünün reallıqları nəzərə alınaraq çevik və təkmil idarəetməni təmin edəcək “elektron hökumət”in yaradılması da sənəddə vacib məsələlərdən biri kimi önə çəkilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı isə rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən mükəmməl fəaliyyət konsepsiyası olmuşdur. Proqrama əsasən, 2008-ci ildə Azərbaycan informasiya texnologiyalarının inkişafı sahəsində ümumdünya orta göstəricilərinə çatmış, bu sektorun inkişafına 150 milyon ABŞ dolları yönəldilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” fərmanı da ölkədə İKT sektorunun inkişafına şərait yaradır. Bu fərmanda müəyyən edilən məqsədlərin reallaşdırılması ölkədə innovasiya mərkəzlərinin yaradılmasına, alim və mütəxəssislərin elmi-texniki potensialından daha səmərəli istifadə etməyə, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalına, nəticə etibarilə, informasiya cəmiyyətinin əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşmasına imkan yaradır. ABŞ-ın “CİSCO”, “İntel”, Microsoft, İsveçin Ericsson, Almaniyanın Siemens, Çinin Huawei şirkəti Azərbaycanda yaradılacaq innovasiyaların formalaşmasında fəal surətdə iştirak etmək istədiklərini bəyan etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ili İKT ili elan etdi. Bu təşəbbüsün nəticəsində gənclərin bu sektora marağı dahada artmaqdadır. Digər mühüm addım kimi Azərbaycanın yerətrafı orbitə peyk çıxarmaq təşəbbüsünü qeyd etmək lazımdır. Belə ki bir neçə ay öncə orbitə Azərbaycanın ilk peyki buraxıldı. Bu peyk ölkəmizin qlobal informasiya cəmiyyətinə inteqrasiya olunmasında, Qərblə Şərq arasında informasiya fərqinin aradan qaldırılmasında iqtisadi regionun aparıcı dövlətlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynayır.

Qloballaşan, daim irəliyə -yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya kommunikasiya texnologiyalarıİnternet, elektron poçt qlobal rabitə imkanları olmadan təsəvvür belə etmək mümkün deyil. Yeni minillikdə bəşər sivilizasiyasını düşündürən ən aktual təxirəsalınmaz məsələtelekommunikasiya informasiya texnologiyaları sahəsindəinqilabidəyişikliklər yolu ilə əlçatmaz zirvələri fəth etmək, dövlətlər xalqlararası zaman məkan fərqlərini aradan qaldırmaqdır.

İKT cəmiyyətin inkişafına müsbət təsir etmək imkanlarına malik olan mühüm bir vasitədir. O, dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, iqtisadi-biznes sosial sektorlarla yanaşı həm elm, təhsil, mədəniyyət sahələri insanların gündəlik həyatına öz təsirini göstərir. Bir çox inkişaf etmiş inkişaf etməkdə olan ölkələr İKT-nin tətbiqi nəticəsində böyük nailiyyətlər əldə etmişlər beləliklə dünya mədəniyyətinin gələcəyinə aparan yolun İKT-nin cəmiyyətdə geniş tətbiqindən keçdiyi artıq heç kimdə şübhə doğurmur.

Dünya təcrübəsi açıq-aydın göstərir ki, İKT-nin geniş tətbiqi ölkənin ümumi sosial-iqtisadi inkişafına təkan verir o, yoxsulluğun azaldılması üçün təsirli vasitələrə malikdir. Buna görə inkişafı gücləndirmək məqsədilə ölkə potensialından istifadə etmək üçün hər bir ölkənin öz milli İKT strategiyasının işlənib hazırlanması həlledici əhəmiyyət daşıyır. Bu da Azərbaycan kimi sosial-iqtisadi dəyişikliklər dövrünü yaşayan dünya birliyinə tam inteqrasiyaya can atan ölkələr üçün xüsusilə vacibdir.

İnformasiya cəmiyyətinə keçid, qloballaşma dünya birliyinə inteqrasiya Azərbaycanın da üzv olduğu Birləşmiş Millətlər Təşkilatı Avropa Şurası kimi təşkilatların əsas öncəlik verdiyi məsələlərdəndir. İnformasiya cəmiyyətinə keçid üçün müvafiq mühitin yaradılması Azərbaycan Hökumətinin siyasi kursunun tərkib hissəsidir Milli İKT Strategiyasının işlənməsi bu istiqamətdə atılmış ilk addım kimi mühüm əhəmiyyətə malikdir.

İnformasiya axınlarının gücləndirilməsi məsələsi özündə bir çox elmi, texniki, texnoloji, iqtisadi, sosioloji siyasi tərəfləri cəmləşdirən mürəkkəb bir prosesdir. Bu prosesin uğurla həyata keçirilməsi üçün fəaliyyətlərin əlaqələndirilməsi tənzimlənməsində tələb olunan ehtiyatlardan (məsələn, insan, texniki, proqram, maliyyə, idarəetmə siyasi resurslar) düzgün istifadə edilməsi realist hədəf öncəliklərin müəyyənləşdirilməsi təməl əhəmiyyət kəsb edir. Azərbaycanda İKT-nin inkişafı istifadəsi üçün ümummilli strategiyanın hazırlanması qəbul edilməsi məhz bu səbəbdən zəruri idi. Strategiyaya tam əhatəli prinsip öncəliklər, realist zaman çərçivəsinə əsaslanan xüsusi fəaliyyət məqsədləri daxil olmalı o, Azərbaycan Respublikasının hökumətininİnformasiya, informasiyanın yayılması təhlükəsizliyihaqqında qanunu ilə müəyyən edilmiş informasiya siyasəti ilə üst-üstə düşən nəticələr nəzərdə tutmalıdır. İKT infrastrukturunun inkişaf prosesinin hökumət tərəfindən idarə olunması da öz həllini gözləyən məsələlərdəndir

 

Üç nöqtə.-2013.- 13 dekabr.- S.9.