Azərbaycanda əhalinin 70 faizi internetdən

 

                                                                     …50 faizi isə genişzolaqlı internetdən istifadə edir

 

Azərbaycan İKT üzrə ən sürətlə inkişaf edən ölkələr arasındadır. Bu gün qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətlərdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya kommunikasiya texnologiyaları onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü məhz texnologiyalara yiyələnmə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro mikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer onun inkişafı dayanır. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz qlobal çağırışlardan kənarda qalmayıb. Bu reallıqları əsas tutaraq, respublika Prezidenti İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasındaİnformasiya-kommunikasiya texnologiyaları ilielan edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi böyük potensiala malikdir: “Bizim bu sahəyə dəstək göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Eyni zamanda, özəl sektor da bu sahədə çox fəal iştirak edir. Biz informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına görə bölgədə artıq aparıcı ölkəyə çevrilmişik gələcəkdə bu mövqeyimizi saxlamaq İKT bazarında qlobal oyunçulardan birinə çevrilmək əzmindəyik”.

2011-ci ildə İKT sektorunda artım 13 faiz olub onun həcmi təqribən 1,4 milyard manata çatıb. 2012-ci ilin 9 ayı ərzində isə sektorda 1,1 milyard manat gəlir əldə edilib, artım tempi isə 18,2 faiz təşkil edib. Gəlirlərin 80 faizi özəl sektorun payına düşüb. MDB regionunda ilk dəfə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb ölkə üzrə vahid nömrələmə sistemi tətbiq olunub. Ölkənin demək olar ki, bütün ərazisini əhatə edən bir dövlət iki özəl fiber-optik magistral şəbəkəsi qurulub, beynəlxalq internet kanallarının ümumi tutumu bir neçə dəfə artaraq 200 GB/S- çatdırılıb ölkəmizdə bir çox regional informasiya serverləri yerləşdirilib ki, nəticədə Azərbaycan regionda internet xidmətlərinin ixracatçısına çevrilib. Hazırda Azərbaycanda insanların 70 faizi internetdən, 50 faizi isə genişzolaqlı internetdən istifadə edir. Bu iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini 2 dəfədən çox qabaqlayır. Mobil rabitə sahəsində göstəricilər ürəkaçandır. Hazırda respublikada hər 100 nəfərə 110 mobil telefon düşür, ən yeni texnologiya olan 4G texnologiyasının tətbiqinə başlanılıb.

İKT sektoru həm iqtisadiyyat sahəsi, həm ölkənin ümumi sosial-iqtisadi inkişafına xidmət edən sahə kimi dinamik inkişaf etməkdədir sektor üzrə əldə olunan gəlirlərin ÜDM- payı təqribən 3,5 faiz, qeyri-neft ÜDM- isə 7,2 faiz təşkil edir.

Azərbaycanın dövlət müəssisələrinin elektron hazırlığı səviyyəsi yüksək qiymətləndirilir. Azərbaycan PrezidentininDövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər iqtisadi-sosial, elm, mədəniyyət ictimai həyatın digər sahələrini əhatə edir.

Dövlət orqanlarının elektron xidmətlərindənbir pəncərəprinsipi ilə istifadənin təşkili məqsədilə RİTN- yaradılmışelektron hökumətportalına 36 qurum qoşulub onlar tərəfindən portal vasitəsilə 168 elektron xidmət göstərilməkdədir. 2012-ci ildən nazirlikdə fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzindən 28 dövlət orqanı tərəfindən 2800-ə yaxın elektron imza əldə edilib. Elektron imzanın tətbiqi elektron xidmətlərdən istifadənin genişləndirilməsinə, daha keyfiyyətli təhlükəsiz xidmətlərin göstərilməsinə şərait yaradıb. Hazırda dövlət orqanları tərəfindən əhali ilə bilavasitə təmasda göstərilən bir çox xidmətlər onlara görə nəzərdə tutulan ödənişlər elektron formada həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı iləAzərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi inkişafı Proqramı”na uyğun olaraq ölkədə rəqəmli TV yayımına keçidlə əlaqədar Rabitə İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində ölkə əhalisinin 87 faizi rəqəmli TV yayımı ilə əhatə edilib. Qeyd olunan proqrama əsasən, 2013-cü ildə analoq TV yayımlar dayandırılaraq rəqəmli TV yayıma tam keçirilməsi nəzərdə tutulur.

Genişzolaqlı internet xidmətlərinin inkişafı, Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsi, avtomatlaşdırılmış radiomonitorinq sisteminin yaradılması, aşağı orbitli optik peykin hazırlanması orbitə çıxarılması, yüksək texnologiyaların tətbiqi, 3G 4G xidmətlərinin tətbiqinin genişləndirilməsi, poçt maliyyə xidmətləri genişləndirilməsi ən yaxın perspektivdə qarşıya qoyulmuş prioritet məsələlərdir.

Azərbaycanın hazırda yeni inkişaf mərhələsindədir.Azərbaycan 2020: Gələcəyə baxışİnkişaf Konsepsiyası çərçivəsində informasiya texnologiyalarını daha da inkişaf etdirməsi, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, qarşıdakı 8-10 il ərzində qeyri-neft sektorunun inkişafını təmin etməklə, ölkədə ÜDM-in həcminin iki dəfə artırılması məqsədi qarşıya qoyulub. İqtisadiyyatda neft amilini minimuma endirmək, informasiya-kommunikasiya texnologiyalarının gələcək 10 iləhər il təxminən 20 faiz artımını təmin etmək, beləliklə, 2020-ci ilə qədər İKT sektorunun həcminin təxminən 4 dəfə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlərə nail olunması istiqamətində müəyyənləşən strategiyaya uyğun olaraq, ilk növbədə, ölkədə internetin hərtərəfli inkişafını təmin etməkgenişzolaqlı, sürətli internetin istifadəsini, həcmini gələcək 3 ildə 85 faizə, minimum sürətini 10 meqabit saniyəyə çatdırmaq planlaşdırılır.

Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsi məqsədlə Yerüstü İdarətemə Mərkəzinin tikilməsi, ölkədə elektron xidmətlərin genişləndirilməsi perspektivdə olan layihələrdəndir.

Hesablamalara görə, 2020-ci ildə Azərbaycanda əhalinin təxminən 80 faizi elektron xidmətlərdən istifadə edəcək. İxracyönümlü, yeni yüksək texnologiyalara əsaslanan məhsul xidmətlərin istehsalı üçün hökumət gələcəkdə investisiyaların həcmini artırmağı da planlaşdırır bunun üçün 2020-ci ilə qədər təxminən 3,6 milyard dollar xərclənməsi nəzərdə tutulur. Həmçinin, biz sektorun inkişafına birbaşa xarici investisiyalar özəl sektordan təxminən eyni miqdarda investisiyanın yatırılması gözlənilir.

 

   Üç nöqtə.-2013.- 17 dekabr.- S.9.