İKT BMT
tərəfindən minilliyin
ideologiyası elan olunub
İnformasiya cəmiyyətinin
əsasını da məhz bu yeni
texnologiyalar təşkil
edir
Məlum olduğu kimi ölkəmizdə III Bakı
Beynəlxalq Humanitar Forumu keçirildi. Aktual humanitar əməkdaşlıq
məsələlərinin müzakirəsi
məqsədini daşıyan
forumda diqqət çəkən məqam
“Qloballaşan informasiya
məkanında medianın
aktual məsələləri”
adlı bölmə iclasında yeni texnologiyalar və müasir media, KİV və
svilizasiyalar arasında
dialoq: mədəniyyətlərin
qütbləşməsindən qarşılıqlı əlaqələrə
və tolerantlığa
doğru, həmçinin
ənənəvi jurnalistika
və sosial şəbəkələr mövzularında
məruzələr idi.
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun şöbə
müdiri, iqtisadiyyat üzrə fəlsəfə
doktoru, dosent Əlövsət Əliyev
“Müasir media və informasiya iqtisadiyyatının
formalaşması” adlı
məruzəsində cəmiyyətdə
müasir mediasistemin rolu və yeri,
mediasistem inkişaf faktoru kimi, İKT və İnternet mediasistemin əsası kimi, media vasitələrinin
transformasiyası məsələləri,
iqtisadi aspektləri,
media-iqtisadiyyat və informasiya iqtisadiyyatı konsepsiyası və s. haqqında məlumat verərək qeyd edib ki, bəşəriyyətin
inkişaf xüsusiyyətləri
və istiqamətləri
texnoloji yeniliklərlə
bağlı olduğu
kimi, müasir mediasistemin inkişaf xüsusiyyətləri də
bilavasitə İKT-in imkanlarına
əsaslanır. Bəşəriyyətin, o
cümlədən mediasistemin
gələcək inkişafının
da informasiya texnologiyalarının nailiyyətləri
ilə bağlı olduğunu vurğulayan Ə.Əliyev BMT tərəfindən
minilliyin ideologiyası
elan olunan İnformasiya cəmiyyətinin
əsasını da məhz İKT-nin təşkil etdiyini diqqətə çatdırdı.
“KİV-lər – informasiya müharibələrindən
dialoqa doğru” adlı məruzə ilə çıxış
edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev medianın hələ XX əsrin əvvəllərindən
qloballaşma proseslərinə
qoşulduğunu bildirdi.
KİV-lər və informasiya müharibələri,
sivilizasiyalar arasında
qarşılıqlı təsirlər,
sivilizasiyaların dialoqunda
KİV-lərin rolu kimi mövzulara toxunan alim qloballaşma
mərhələsində bəşəriyyətin
qarşısında duran
qlobal təhlükəsizlik
təhdidlərinin sayı
və miqyasının
artdığını dedi.
İnformasiya resurslarının dəyəri və əhəmiyyətinin çoxaldığını
vurğulayan Y.İmamverdiyev,
informasiya proseslərinin
intensiv inkişaf etdiyini və eyni zamanda neqativ
təsirlərin daha qabarıq meydana çıxdığını qeyd etdi. Həmçinin kibercinayətkarlıq, kiberterrorizm, informasiya müharibələri təhlükəsi
məsələlərindən danışıb.
AMEA
İTİ-nin əməkdaşlarının
“İnformasiya-kommunikasiya texnologiyalarının
tətbiqi” VII Beynəlxalq
konfransında iştirakını
da «İKT ili”
çərçivəsində həyat keçirilən addım kimi dəyərləndirmək olar.
Moskva Dövlət Universitetinin Bakı filialında “İnformasiya-kommunikasiya
texnologiyalarının tətbiqi”
VII Beynəlxalq konfransının
(AICT – The 7th International Conference on Application of Information and
Communication Technologies) bölmə iclaslarında fəal iştirak edən tədbirin təşkilatçılarından
olan AMEA İnformasiya Texnologiyaları İnstitutunun
əməkdaşları idarəçilikdə
İKT, elektron hökumətdə
İKT, biznes inzibatçılıq,
maliyyə və iqtisadiyyatda İKT bölmələrinin
işinə rəhbərlik
ediblər.
İnstitutun fəaliyyət istiqamətləri
haqqında məlumat verən iqtisadiyyat üzrə fəlsəfə
doktoru, dosent Əlövsət Əliyev
institutda və rəhbərlik etdiyi şöbədə informasiya
iqtisadiyyatı, milli innovasiya sisteminin qurulması, müasir
İKT infrastrukturunun formalaşması,
elektron hökumət,
kosmik sənayenin inkişafı üzrə
görülən işlər
və əldə olunan nailliyyətlərdən
danışıb.
Elektron dövlət
mühitində informasiya
təhlükəsizliyinin idarə
olunması ilə əlaqədar çıxış
edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev kritik informasiya təhlükəsizliyi risklərinin
qiymətləndirilməsi üçün
ekstremal qiymətlər
nəzəriyyəsi əsasında
təklif edilmiş
model haqqında məlumat
verib. Bildirib ki, İnformasiya
Texnologiyaları İnstitutu
etibarlı informasiya təhlükəsizliyi sisteminin
yaradılması istiqamətində
öz töhfələrini
verməkdədir.
İnstitutun böyük elmi işçisi Roza Şahverdiyeva innovativ texnoparkların idarətmə
mexanizmlərinin təkmilləşdirilməsi
aspektləri, elmi işçi Aybəniz Əliyeva informasiya iqtisadiyyatının inkişaf
səviyyəsinin qiymətləndirilməsi
üzrə indikatorlar
sistemi mövzusunda məruzələrlə çıxış
ediblər.
Konfransda institutun əməkdaşları
Türkiyə, Özbəkistan,
Qazaxıstan və digər ölkələrin
alim və mütəxəssisləri ilə
İKT sahəsində əməkdaşlıq
perspektivlərini müzakirə
ediblər.
“İnformasiya-kommunikasiya texnologiyalarının
tətbiqi” VII Beynəlxalq
konfransına start verildi
Qeydə
edək ki, “İnformasiya-kommunikasiya texnologiyalarının
tətbiqi” VII Beynəlxalq
konfransın təşkilatçıları
AR Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı , AMEA İnformasiya Texnologiyaları
İnstitutu, “IEEE” Azərbaycan
bölməsi və
SOCAR şirkətidir.
Mütəxəssislərin sözlərinə görə,
ölkəmizin tarixində
əlamətdar hadisələrdən
biri Azərbaycanda
İKT-nin sürətli
inkişafı və onun insan həyatına
gətirdiyi dəyişikliklərdir. İnnovativ texnologiyaların
dinamik inkişaf etdiyi və istənilən fəaliyyət
sahəsində məhz
yüksək texnologiyalardan
geniş istifadə sayəsində mühüm
əhəmiyyət kəsb
edən elmi nəticələrin əldə
olunduğunu söylənilir.
Son illərdə Azərbaycanda bu sahədə ciddi işlər görülür,
innovativ layihələr
həyata keçirilir.
Bu ilin əvvəlində
süni peykimizin orbitə buraxılması
isə ölkəmizdə
İKT sahəsində əldə
olunan nailiyyətlərin
göstəricisi kimi qiymətləndirilir. Mütəxəssislər Azərbaycanda informasiya cəmiyyətinin qurulması
prosesinin dövlət
siyasətinin əsas prioritet istiqamətlərindən
olduğunu vurğulayırlar.
“IEEE” təşkilatının Azərbaycan bölməsinin
rəhbəri Abzetdin Adamov müasir dünyada İKT-nin müxtəlif fəaliyyət
sahələrində tətbiqinin
əhəmiyyətindən söz açırıb,
bu istiqamətdə əməkdaşlıq əlaqələrinin,
həyata keçirilən
layihələrin önəmliyini
qeyd etdi. İştirakçı ölkələr arasında
bilik və təcrübə mübadiləsinin
aparılması baxımından
tədbirin böyük
əhəmiyyətə malik
olduğunu diqqətə
çatdırıb.
Qeyd edək ki, İKT ili çərçivəsində
Azərbaycan Texniki Universitetində (AzTU) texnologiyaların ötürürlməsi
üzrə beynəlxalq
treninqlər başlayıb.
AzTU-nun mətbuat xidmətindən
bildiriblər ki, treninqlərdə Azərbaycan
Texniki Universiteti ilə yanaşı, Odessa
Çuma Əleyhinə
Elmi-Tədqiqat İnstitutu,
ADRNŞ-ın Neftqazlayihə
Elmi-Tədqiqat İnstitutu,
Azərbaycan Texnologiya
Universiteti , AMEA-nın
müxtəlif elmi-tədqiqat
institutlarının əməkdaşları
iştirak edirlər.
Bir həftə
davam edəcək treninqlər əqli mülkiyyətin qorunması,
elmi kəşflərin
və ixtiraların patentləşdirilməsi, istehsalata
tətbiq olunması, beynəlxalq elmi layihələrin hazırlanması,
yeni texnologiyaların ötürülməsi məsələlərini
əhatə edəcəkdir.
Treninqlər başa çatdıqdan sonra bir ay ərzində
həmin mövzular üzrə distant təhsil
həyata keçiriləcəkdir. Hər bir
dinləyiciyə mövzulara
uyğun sertifikatlar veriləcəkdir. Treninqlərin keçirilməsində Azərbaycan
mütəxəssisləri ilə yanaşı, Ukrayna Milli Texniki
Universitetinin nümayəndələri
də iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov dinləyicilər
qarşısında çıxış
edərək beynəlxalq
treninqin əhəmiyyətindən
danışıblar.
Üç nöqtə.-2013.- 19 dekabr.-
S.9.