“Mənim səhnəm zövqlüdür
Əhməd Şəfəq: “Vətən ilə eşqi bir araya
gətirən sənətçiyəm”
Azərbaycanda konsert verən türk sənətçilərinə ölkəmizdə maraq böyükdür. Buna görə də onlar dəfələrlə ölkəmizdə konsert konsert proqramı ilə çıxış edirlər. Onlardan biri də türkiyəli bəstəkar, müğənni, yazıçı Əhməd Şəfəqdir. Sabah sənətçi Bakıda konsert proqramı ilə çıxış edəcək. Bu dəfə “Şənbə qonağı”mız olan sənətçi konserti ilə bağlı danışdı. Eyni zamnda müxtəlif mövuzlarda suallarımızı cavablandırdı. Sənətçinin bir çox fikirlərinin əks olunduğu müsahibəsini sizlərə təqdim edirik.
- Bakıya xoş gəlmisiniz…
- Çox sağ olun.
-Yeni kitabınız və albomunuzu Bakıda təqdim etdiz.
Uğurlu olsun. Bəs
Türkiyədə təqdim etmisinizmi?
- Hələ ki yox. Heç birini Türkiyədə təqdim etmək imkanım olmadı. Hər ikisi işıq üzü gördü və mən Bakıya gəldim. Ona görə Türkiyədə tədqim etmək üçün vaxtım belə olmadı. Çünki Bakıda konsert hazırlıqlarım olacaq. Bakıda konsertimlə bağlı konfrans keçirdim və təqdimatları da burda etdim. Konsertdən sonra Türkiyəyə qayıdanda orda da təqdimat edəcəm.
- Azərbaycan tamaşaçısına konsertdə nələr vəd edirsiz?
- Konsertdə Azərbaycan tamaşaçılarına 22 əsər ifa edəcəm. Onlar arasında məndən hər zaman gözlənilən musiqilərlə yanaşı, yeni albomumdan da mahnılar olacaq. Bundan əlavə konsertdə tamaşaçılar üçün sürpriz hazırlayıram. Hələ ki, bu haqda danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, heç yerdə ifa etmədiyim və albomumda olmayan bir mahnı olacaq. Bu mahnını konsert üçün yeni yazdırmışam. Mahnını konsertdə gələnlər dinləmək imkanı əldə edəcəklər. Mənim səhnəm zövqlüdür. Gənclər düşünməsin ki, eşqə aid mahnılar oxumayacam. Mən vətənpərvər mahnıların ifaçısı olsam da, eşq mahnıları da olacaq.
- Bizim yerli
sənətçilərimizin bir çoxu gəlir olmadığı üçün konsert
verməkdən çəkinirlər. Amma
siz Bakıda tez-tez konsert verirsiz. Yetərincə
tamaşaçınız olacağına
inanırsınız?
- Hə inanıram. Çünki
sizin də dediyiniz kimi Bakıda dəfələrlə konsertlərim
olub. 2 dəfə Heydər Əliyev
Sarayında solo konsert
vermişəm. İnternetdə konsertimə gələn
tamaşaçıları “Youtube”
kanalında hər kəs izləyə bilər. Konsertlərimdən
birinin gəlirini Azərbaycan Silahlı
Qüvvələrinin hesabına keçirdim.
Bu münasibətlə Azərbaycanın
Müdafiə Nazirliyi mənə fəxri
fərman da vermişdi.
İnanıram ki, bu
konsertimdə də zal dolu
olacaq.
- “Tək vətənpərvər deyil, sevgidən bəhs edən mahnılar da oxuyacam. Ona
görə gənclər də konsertə gələ bilərlər”
dediz. Sizə görə konserti
maraqlı edən nədir?
- Cəmiyyətdə cürbəcür insanlar var. Hər kəsin dünyagörüşü, maraqlandıqları mövzular, dinlədikləri musiqilər belə müxtəlifdir. Mən vətənpərvər və millətçi bir insanam. Bu cür mahnıları ifa edərkən tək vətənpərvərliyi çatdırmıram. Eyni zamanda romantik sevgi ilə bağlı tərəfimi də göstərirəm. Digər vətənpərvər müğənnilərdən fərqim odur ki, vətən ilə eşqi bir araya gətirən sənətçiyəm. Buna görə də diskimin adımı “Vətən gözlüm” qoymuşam. Orda eşq də var, vətən də. Bakıda verdiyim son konsertimdə belə bir fikir söyləmişdim ki, eşq ruhumuzun vətənidir.
- “Vətən gözlüm”
albom üçün
seçilən maraqlı bir addır. Niyə
məhz “Vətən gözlüm”?
- Bəli, maraqlıdı. İnsan sevdiyi şəxsi imtina edə bilməyəcəyi ən yüksək bir varlığa bənzədir. Mənim vaz keçə bilmədiyim ən böyük obrazım vətəndir. Buna görə də mən sevdiyim qadını vətənə bənzədirəm. Vətən mənim üçün bütövlük simvoludur. Allahın köməkliyi ilə ilk klipi də “Vətən gözlüm”ə çəkmək istəyirəm. Bu diskimdə təxminən 5 mahnıya klip çəkdirməyi planlaşdırıram.
- Bəs həmin kliplərdən Azərbaycanda çəkiləni olacaq?
- Mütləq. Bir, ya da iki
dənəsini mütləq Bakıda çəkdirməyi
düşünmüşəm. “Farkımız” olsun albomunun da ilk klipini
Bakıda çəkdim. “Şarkılarımı dinləmə”
mahnımı İçərişəhərdə
ekranlaşdırdıq. Bu klip
çox gözəl
alınmışdı. Türkiyədə də maraqla qarşılandı.
- Azərbaycanda vətənpərvər
mahnıların ifaçısı kimi məşhur
olan xalq artisti Mübariz
Tağıyev deyir ki,
vətənpərvər mahnı oxuyan
ifaçının səsi fərqli olmalıdır. Siz necə düşünürsüz?
- Çox düz deyib. Çünki vətənpərvər mahnını tam ruhu ilə tamaşçıya çatdırmaq üçün ifaçının özünəməxsus səsi olmalıdır. O səs vətənin bütövlüyünü, millətin tarixiliyini vurğulamalıdır. O səsin arxasında Dədə Qorqud, Koroğlu durmalıdır. O səsin arxasında elə bir tarixi simvollar dayanmalıdır ki, tamaşaçı o səsi duyduğunda tarixin həmin səhnələri gözünün önündə canlansın. Ona görə vətənpərvər mahnıları oxuyan müğənni digərlərindən seçilməlidir.
- Mətbuat konfransında mədəniyyətə üstünlük verdiyinizi dediz və bildirdiz ki, şou-biznes 5-10 xanım üzərində cəmləşib…
- İnanıram ki, millətlərin dünya səviyyəsində bir-birilə rəqabəti mədəniyyət sahəsindədir. Amerikanın yaşayış tərzi və musiqi qaydası bütün dünyanın millətlərinə təbliğ olunur. O tərzdə olan musiqilər daha çox gündəmdə ifa olunur. Bu gün bütün dünyada imtina edilməyəcək musiqi janrı popdur. Amerikanın təbliğatı və onların musiqisidir. Bir qayda olaraq, insanlar həmin musiqilərin sözlərini dinləməzlər. Sadəcə olaraq musiqinin ritminə, tempinə önəm verirlər. Türkiyənin alış-veriş mərkəzlərində hər gün ingilis dilində amerikanın klub musiqiləri səslənir. Bəlkə də Azərbaycanda da elədir. Millət üçün rəzalətli bir haldır. Bu 24 saat gənclərin qulaqlarına ingilis dilini yeritməklə yanaşı, onların iç dünyalarını ingilis, amerika mədəniyyəti üzərində formalaşdırır. Buna biz mədəniyyət imperializmi deyirik. Mən buna qarşı mübarizə edirəm, türk mədəniyyətinin arxasında dayanmağa çalışıram.
- Azərbaycana tez-tez gələn sənətçilərdənsiz. Bəs burdakı sənətçilərimizlə iş birliyi görmək fikriniz yoxdur?
- Bu haqda
çox düşünmüşəm.
Bəlkə də səslərimiz uyğun
gəlmədi. Tünzalə Ağayeva ilə
duet oxumaq istəyirdim.
Onun da vaxtı
olmadı, mənim də işlərim həmin vaxt çox oldu. Bu iş
alınmadı. Bundan başqa
heç bir
müğənnizlə iş birliyi haqda
danışmamışıq.
- Azərbaycan sənətçilərindən Türkiyə şou-biznesinə qatılmaq istəyənləri var. Türkiyədə işlər görürlər. Onlardan tanıdıqlarınız var?
- Düzünü deyim kimlərin gəlməsindən xəbərim yoxdur.
- Aygün Kazımova, Röya Ayxan…
- Aygün Kazımovanı bir dəfə verilişdə görmüşdüm. Amma Röya xanımı heç görməmişəm. Onların ifa etdikləri janr mənim tərzim olmadığı üçün diqqətimi çəkmir. Şou-biznesin qaydaları ilə hərəkət edən müğənnilərlə maraqlanmıram. Onlar şou-biznesin qaydaları ilə hərəkət edirlər və onların dərdləri şöhrətdi. Amma mənim dərdim şöhrət yox, millətdir.
- Əhməd Şəfəq üçün bu gün nə daha önəmlidir?
- Bu gün daha önəmli olan bizim bütövlüyümüzdür. Bu yolda qarşımıza çıxan maneələrə qarşı millətimizi oyandırmaq lazımdır. Azərbaycanın torpaqlarının 20 faizi erməni işğalı altındadır. Buna görə milli və beynəlxalq səviyyədə ictimai rəyi aydınlaşdırmağımız lazımdır. Bunun da ən gözəl yolu Hüseyn Cavidin dili ilə desək mədəniyyətdir. Mən də bir mədəniyyət carçısı olaraq Türkiyənin bütövlüyü yolunda mübarizə aparıram.
- Kitabınızda “şöhrət sənəti öldürür” yazmısız…
- Bəli öldürür. Şöhrət sənəti öldürdü, cinayətin şahidi isə mən oldum.
- Şöhrət sənəti öldürməməsi üçün nələr edilməlidir?
- Bu haqda da kitabda ətraflı yazmışam. Bunun üçün şöhrət arxasınca qaçmaqdansa, əsərlə maraqlanmaq lazımdır. Mahnı ifa edərsiz, amma zaman keçdikdən sonra musiqi yerinə özlərini ortaya qoyarlar. Bardan, klubdan çıxanda görüntüləndi, sevgilisi ilə filan yerdə fotoları yayıldı deyə xəbərlər yayılır. Artıq sənətçi sənəti ilə deyil, şəxsi həyatı ilə gündəmdə qalır. Artıq bu zaman şöhrət sənəti öldürür.
- Səhnədə getdiyiniz yolda nələr var?
- Mənim üçün səhnədə getdiyim bu yolun sonu yoxdur. Bu yolda getməyin özü gözəldir. Sonu amma olmayan bir yoldur. Bu yol türk mədəniyyətini gənclərə təbliğ etmək, cavanların da millətin mədəniyyəti üçün çalışmalarına kömək etməkdir. Əsərlərimlə millətin mədəniyyətinə xidmət etmək istəyirəm, amma yeni Əhməd Şəfəq məktəbi meydana gətirərək gənc sənətçilərlə də o yolda getməyə çalışıram. Mən mədəniyyət yolu ilə gedirəm.
- Əhməd Şəfəq məktəbindən gənclər nələr öyrənəcək?
- Sənət təkcə istedad deyil, eyni zamanda bilikdir.
Ona görə Türkiyədə
mənim bir sözüm var ki, onu hər
kəs işlədir.
Demişəm ki, əlaqəli
olmaq bəs etmir, məlumatlı da olmaq lazımdır.
Müğənnilərimizin, aktyorlarımızın, rəssamlarımızın öz
bacarıqları ilə
yanaşı həm də intellektual qabiliyyəti də olmalıdır. Ağıllı olmaq insana hər
yerdə gərək olur. İnsanlar hər zaman
milli folklorları, tarixləri ilə maraqlanmalıdırlar. Tarix keçmişdə
ölmüş olan deyil, gələcəkdə
rast gələcəklərimizdir.
Gələcəkdə rastlaşa bilməyəcəklərimiz
tarixdə yaşayan aktyorlarımızdır. Onları gör
bilmərik. Amma tarixin
faktlarını biz gələcəkdə
görəcəyik. Necə ki,
bu gün illər öncəni görürük. Əhməd Şəfəq
məktəbində gənclərə
bunları öyrədirəm.
Tarixi öyrənməliyik, folklorumuzla
maraqlanmalıyıq, əsərlərimizi
də xalqımızım
milli maraqlarını
nəzərə alaraq
yazmalıyıq. Qarabağdan
bəhs edən klipimdə bir ağbirçək nənə
mənə dedi ki, insan müvəqqətidir,
vətən daimidir. Bu böyük bir
xalq fəlsəfəsidir.
Söz həmin nənəyə aiddir. Bu çox
möhtəşəm bir
sözdür. Bu haqda kitab yazsaq
belə o fikrin mənasını tamamilə
aydın anlada bilmərik. Demək ki, xalqa söykənmək lazımdır.
Əhməd Şəfəq məktəbinin
əsasını da bunlar təşkil edir.
Aygün Asimqızı
Üç nöqtə.-2013.- 21 dekabr.-
S.13.