İKT cəmiyyətin
inkişafına müsbət təsir edən mühüm
bir vasitədir
O, həm də elm, təhsil, mədəniyyət
sahələri və insanların gündəlik həyatına
öz təsirini göstərir
Qloballaşan, daim irəliyə – yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları – internet, elektron poçt və qlobal rabitə imkanları olmadan təsəvvür belə etmək mümkün deyil. Yeni minillikdə bəşər sivilizasiyasını düşündürən ən aktual və təxirəsalınmaz məsələ – telekommunikasiya və informasiya texnologiyaları sahəsində “inqilabi” dəyişikliklər yolu ilə əlçatmaz zirvələri fəth etmək, dövlətlər və xalqlararası zaman və məkan fərqlərini aradan qaldırmaqdır. İKT cəmiyyətin inkişafına müsbət təsir etmək imkanlarına malik olan mühüm bir vasitədir. O, dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, iqtisadi-biznes və sosial sektorlarla yanaşı həm də elm, təhsil, mədəniyyət sahələri və insanların gündəlik həyatına öz təsirini göstərir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin tətbiqi nəticəsində böyük nailiyyətlər əldə etmişlər və beləliklə də dünya mədəniyyətinin gələcəyinə aparan yolun İKT-nin cəmiyyətdə geniş tətbiqindən keçdiyi artıq heç kimdə şübhə doğurmur.
Dünya təcrübəsi açıq-aydın göstərir ki, İKT-nin geniş tətbiqi ölkənin ümumi sosial-iqtisadi inkişafına təkan verir və o, yoxsulluğun azaldılması üçün təsirli vasitələrə malikdir. Buna görə də inkişafı gücləndirmək məqsədilə ölkə potensialından istifadə etmək üçün hər bir ölkənin öz milli İKT strategiyasının işlənib hazırlanması həlledici əhəmiyyət daşıyır. Bu da Azərbaycan kimi sosial-iqtisadi dəyişikliklər dövrünü yaşayan və dünya birliyinə tam inteqrasiyaya can atan ölkələr üçün xüsusilə vacibdir.
İnformasiya cəmiyyətinə keçid, qloballaşma və dünya birliyinə inteqrasiya Azərbaycanın da üzv olduğu Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası kimi təşkilatların əsas öncəlik verdiyi məsələlərdəndir. İnformasiya cəmiyyətinə keçid üçün müvafiq mühitin yaradılması Azərbaycan Hökumətinin siyasi kursunun tərkib hissəsidir və Milli İKT Strategiyasının işlənməsi bu istiqamətdə atılmış ilk addım kimi mühüm əhəmiyyətə malikdir.
İnformasiya axınlarının gücləndirilməsi məsələsi özündə bir çox elmi, texniki, texnoloji, iqtisadi, sosioloji və siyasi tərəfləri cəmləşdirən mürəkkəb bir prosesdir. Bu prosesin uğurla həyata keçirilməsi üçün fəaliyyətlərin əlaqələndirilməsi və tənzimlənməsində tələb olunan ehtiyatlardan (məsələn, insan, texniki, proqram, maliyyə, idarəetmə və siyasi resurslar) düzgün istifadə edilməsi və realist hədəf və öncəliklərin müəyyənləşdirilməsi təməl əhəmiyyət kəsb edir. Azərbaycanda İKT-nin inkişafı və istifadəsi üçün ümummilli strategiyanın hazırlanması və qəbul edilməsi də məhz bu səbəbdən zəruri idi. Strategiyaya tam əhatəli prinsip və öncəliklər, realist zaman çərçivəsinə əsaslanan xüsusi fəaliyyət məqsədləri daxil olmalı və o, Azərbaycan Respublikası hökumətinin “İnformasiya, informasiyanın yayılması və təhlükəsizliyi” haqqında qanunu ilə müəyyən edilmiş informasiya siyasəti ilə üst-üstə düşən nəticələr nəzərdə tutmalıdır. İKT infrastrukturunun inkişaf prosesinin hökumət tərəfindən idarə olunması da öz həllini gözləyən məsələlərdəndir.
Dünya
sivilizasiyasının müxtəlif dövrlərində elmin müəyyən sahəsi daha çox inkişaf etmişdir. Bu da çox
güman ki, müəyyən
tarixi zərurətlə
bağlıdır. Tarixdə aqrar, aqrar-sənaye
və sənaye cəmiyyətləri məlumdur. Bu cəmiyyətlərin hər birinə
müəyyən inkişaf səviyyəsi,
informasiyanın təminatı səviyyəsi və sinfi tərkibləri xasdır. Bir
qədər əvvəllər sivilizasiyanın ən yüksək
zirvəsi sənayeləşmiş cəmiyyət
sayılırdı. Müəyyən tarixi
mərhələlərdə cəmiyyətin inkişafı üçün hər hansı bir elmin də
inkişafına ehtiyac duyulur.
Bu baxımdan informatika
elminin təşəkkül tapması və
inkişafı da tarixi
bir zərurət idi. Keçən əsrin əvvəllərində
dünyanın bir sıra inkişaf
etmiş ölkələrində sənayenin
sürətli inkişafı, informasiyalaşdırma vasitələrinin
və xidmətlərinin genişlənməsi,
informasiyalaşdırma məhsullarının sənaye
malı kimi meydana
çıxması sosial inkişafa
gətirib çıxarmış və idarəetmədə
yeni keyfiyyətlər tələbini
qarşıya qoymuşdur. Bu
isə öz növbəsində yeni yanaşmalar və yeni texnologiyaların tətbiqini tələb edirdi. İstehsalın idarə
olunmasının avtomatlaşdırılması müasir şəraitdə ən vacib istiqamətlərdən biridir.
Hal-hazırda bizi əhatə edən aləmdə
təsərrüfatın elə bir sahəsi
yoxdur ki, orada informasiya
texnologiyalarının (İT) tətbiqindən istifadə
olunmasın. Biz
informasiyalaşdırılmış cəmiyyətdə, informasiya aləmində yaşayırıq.
İnformasiyalaşdırma – insan
sivilizasiyasının ümumi
qaçılmaz inkişaf mərhələsidir.
Məhz buna görə də
informasiyalaşdırma elə bir vasitədir
ki, bunun köməyi
nəticəsində cəmiyyət özünü
kifayət qədər tez və adekvat dərk edir, bu vasitə ilə müasir
şəraitdə lazım olan əsas məsələlər
həllini tam və effektiv
tapa bilir. İnformasiya – başqa sözlə faktiki verilənlər haqqında biliklərin toplusu və onlar
arasındakı asılılığı təyin edir və sonda isə cəmiyyətdə
tam strateji resurslara çevrilir.
İnformasiyalaşdırma prosesləri təbiətdə və
cəmiyyətdə həmişə çox
mühüm rol
oynamış və özünəməxsus ierarxik
sistem yaradıbdır. İnsana məxsus xüsusiyyətlər – nitq, təsəvvür, istehsal,
elm və incəsənət, idrak və dərketmə, yadda
saxlama, informasiyanın işlənib
hazırlanması və ötürülməsi
çoxobrazlı və mürəkkəb proseslərdir.
Yazının yaranması və yayılması, kitab çapı, dövri
mətbuat, teleqraf, telefon,
fotoqrafiya, sonralar radio, televiziya və kompyuter texnikası bu yolda ən mühüm
amillərdən sayıla bilər. Kompyuter texnikasının və
verilənlərin ötürülməsi vasitələrinin
inkişafı sürətinə və miqyasına görə
fenomenal sayıla bilər və bu proseslərin həyata keçirilməsində
yeni informasiya
texnologiyalarının tətbiqi cəmiyyətin bütün fəaliyyət sahələrində
öz bəhrəsini
verməkdədir. İnformasiya və kommunikasiya texnologiyaları cəmiyyətin
inkişafına təsir göstərən vacib
amillərdən birinə çevrilib. İnformasiya xidmətləri sferası cəmiyyətin
həyatına elə daxil olmuşdur
ki, artıq o maddi istehsal sahəsini ikinci plana salıbdır.
İnformasiyalaşdırma proseslərinin tələbləri
maddi aləmdə elə dəyişikliklərə
gətirib çıxarmışdır ki,
informasiya inqilabının
başlandığını cəsarətlə deyə bilərik
ki, bunun da nəticəsi
informasiyalaşdırılmış cəmiyyət
yaranıb. Müasir cəmiyyətin inkişaf səviyyəsi
onun informasiya infrastrukturunun inkişaf dərəcəsi
ilə təyin olunur. İqtisadi
cəhətdən inkişaf etmiş ölkələrdə demək olar ki, insan
fəaliyyətinin bütün sahələrini
əhatə edən güclü informasiya infrastrukturu
sürətlə inkişaf etməkdə
davam edir və
formalaşır. İKT-nin inkişafı
sayəsində dünyada elmə heç vaxt indiki qədər maraq
oyanmamışdır, lakin bu elmin müxtəlif
ölkələr üzrə yayılması ayrı-ayrı zamanlara təsadüf edir.
Qərbdə və Yaponiyada
təhsilin informasiyalaşdırılması işi
40 il əvvəl başlayıb, son illərdə isə ümummilli
proqramlar işlənib hazırlanıb və
dövlət bu proqramlara
uyğun külli miqdarda vəsait ayırıbdır.
İnformasiyalaşdırma nəzəri analizetmə obyekti çərçivəsindən
çıxıb ölkənin elmi, iqtisadi, siyasi və hərbi
üstünlüyünü göstərən,
daxili və xarici
strategiyasının mühüm istiqamətlərini
təyin edən bir sahəyə çevrilibdir. Hal-hazırda ABŞ-da
informasiyalaşdırmaya kapital qoyuluşunun ümumi həcmi
(yaratma, istehsal, montaj, kompyuterin istifadəsi,
müxtəlif səviyyəli informasiya sistem və şəbəkələri, verilənlər
və biliklər bazası) hərbi xərclərin ümumi həcmini aşır.
Üç nöqtə.-2013.- 27 dekabr.-
S.9.