Müasir gənclik və İKT sahəsində
innovasiyalar
İntiqam Babayev:
«İstərdik ki, Azərbaycan gəncliyi
sosial şəbəkələrdə
ölkəmizin mədəniyyətini dünyaya
çatdırsın»
Müsair dünyanı informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Avropaya inteqrasiya yolunu tutan Azərbacanda da müasir informasiya və kommunikasiya texnologiyaları əksər sahələrə tətbiq olunub. Azərbaycanda «Ümumtəhsil məktəblərində informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı»na uyğun olaraq elektron dərsliklər hazırlanıb, orta məktəblər internet şəbəkəsinə qoşulub, bir sözlə, ümumi təhsil sisteminin informasiyalaşdırılması konsepsiyası həyata keçirilib. Lakin respublikamızda orta məktəblərdə kompyuter təhsili ala bilməyən və hazırda belə kurslarda iştirak etmək üçün maddi imkanı olmayan xeyli yeniyetmə və gənc var. Nəzərə alsaq ki, müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları sahəsində kifayət qədər biliklərə sahib olmadan uğur əldə etmək mümkün deyil. Bu problemin həllinin nə qədər vacib olması aydın görünər.
Dünən də “Müasir
gənclik və İKT sahəsində innovasiyalar”
mövzusunda dəyirmi masa
keçirilib. Azərbaycan
Respublikası Gənclər və İdman
Nazirliyinin Gənclərin Problemləri
üzrə Elmi Araşdırmalar Mərkəzinin
keçirdiyi tədbirin məqsədi gənclərin
müasir texnologiyalardan
istifadəsi sahəsində bilik və
bacarıqlarının
artırılması və maarifləndirmə işinin gücləndirilməsıdır.
Tədbirdə dövlət orqanlarının məsul şəxsləri,
qeyri-hökumət təşkilatlarının və ictimaiyyət
nümayəndələri iştirak edib. Tədbirdə müasir cəmiyyətimizdə
İKT-nin inkişafı və yeni innovasiyaların tətbiqi, ölkənin daxili siyasətinin prioritet
istiqamətlərindən birinə çevrilib.
Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən
2013-cü ilin “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan
edilməsi, bu proseslərin daha da sürətlə inkişaf etməsi üçün
geniş şərait
yaradır. Məlum olduğu kimi, gənclərin davamlı inkişafı
istiqamətində yeni innovasiyaların tətbiqi
mühüm əhəmiyyət kəsb edir. İKT sahəsində uğurlara
nail olmaq üçün gənclərimiz biliklərini
daim artırmalı və öz
üzərlərində çalışmalıdırlar.
DAHA YAXŞI OLARDI Kİ, GƏNCLƏR
SOSİAL ŞƏBƏKƏLƏRDƏ DAHA SƏMƏRƏLİ
VAXT KEÇİRSİN
Tədbirdə
çıxış edən gənclər və idman nazirinin
müavini İntiqam Babayev Azərbaycanda gənclər günü
ilə bağlı müxtəlif tədbirlər
keçirildiyini bildirib: «Gənclərin müasir
İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində
məlumatlandırılması işi həyata keçirilir. Artıq
müasir dünyada İKT həyatımızın ayrılmaz
bir hissəsidir. Xüsusən, gənclərin həyatını
müasir İnformasiya Kommunikasiya Texnologiyaları olmadan təsəvvür
etmək olmaz. Bu il Azərbaycanda “İnformasiya-kommunikasiya ili”
elan olunub. Gənclərin əksəriyyəti bu gün sosial
şəbəkələrdə fəaliyyət göstərir.
Amma daha yaxşı olardı ki, gənclər sosial şəbəkələrdə
daha səmərəli vaxt keçirsin. Ölkəmizin problemləri
dünya ictimayyətinə çatdırılsın».
GƏNCLƏRİN VƏTƏNPƏRVƏRLİK
RUHUNUN ARTIRILMASI ÜÇÜN SON İLLƏR MÜXTƏLİF
KOMPYUTER OYUNLARI DA YARADILIB
İ.Babayevin sözlərinə görə, gənclərlə yanaşı, yaşlı nəslin də kompüterə marağı böyükdür: «Gənclərin vətənpərvərlik ruhunun artırılması üçün son illər müxtəlif kompyuter oyunları da yaradılıb. Artıq ötən il Azərbaycanın xüsusi təyinatlılarının işğal altında olan Şuşa şəhərininin azad etməsini əks etdirən kompyuter oyunu istifadəyə verilib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının ayrı-ayrı bəndlərində də yeni texnologiyaların tətbiqini nəzərdə tutan bəndlər var. Proqramda milli kompüter oyunlarının hazırlanması öz əksini tapıb. Ötən il “İşğal altında - Şuşa” adlı kompüter oyunu yaradılıb. Bu il isə “İşğal altında 2-Ağdam” kompüter oyunu hazırlanır. Bu il yay aylarında isə beynəlxalq şirkətlə birlikdə ingilis, rus və Azərbaycan dillərində “Odlar yurdu” adlı ikinci kompüter oyunu təqdim olunacaq. Azərbaycanın orta əsr tarixini əhatə edən oyun beynəlxalq aləmə çıxarılacaq. Kompüter oyunları istiqamətində bir neçə layihə həyata keçirilib. Bu gün kompüter sosial şəbəkələr, internetin həyatımızın ayrılmaz hissəsinə çevrildiyindən bu sahələrin inkişaf etdrilməsi zəruridir. İstərdik ki, Azərbaycan gəncliyi sosial şəbəkələrdə Azərbaycanın tarixinin, mədəniyyətinin beynəlxalq aləmə çatdırılması istiqamətində fəaliyyət göstərsin».
Tədbirdə çıxış edən
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru
Nail Mərdanov isə qeyd
edib ki, hazırda nazirliyin “E-xidmətlər” portalına 40
dövlət qurumu qoşulub.
Nazirlər Kabineti tərəfindən təsdiq
olunan 417 xidmət növündən 118-i portala inteqrasiya olunub. Yanvar ayında portala daxil olmaların
sayı 32 minə çatıb.
İKT-nin MÜXTƏLİF
TALEYÜKLÜ PROBLEMLƏRİN HƏLLİNDƏ ROLU
GETDİKCƏ ARTIR
Yaşadığımız müasir dövr dünyada formalaşmaqda olan informasiya cəmiyyətinin prinsip və tələbləri əsasında qurulur. Bu gün elm və təhsil, sosial-iqtisadi, mədəniyyət sahələrində, bir sözlə istənilən sferada innovativ inkişafa nail olmaq, kreativ kadr hazırlığı siyasətini həyata keçirmək, nəhayət, bu cəmiyyətin tamhüquqlu üzvü kimi beynəlxalq aləmə inteqrasiya olunmaq hər bir ölkənin qarşısında duran başlıca vəzifələrdən biridir. Yeni cəmiyyətin vətəndaşı kimi yetişmək üçün gənc nəsil İKT-biliklərini mənimsəməli, müasir texnologiyalardan istifadə bacarığına malik olmalı, bu sahədə mütəmadi olaraq maariflənməli, əldə etdiyi bilikləri tətbiq etməyi və eyni zamanda da aşılamağı bacarmalıdır. Bu gün dünyada İKT-nin innovativ inkişafı və tətbiqi, yüksək ixtisaslı kadrların hazırlanması məsələləri hər bir ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu istiqamətdə beynəlxalq səviyyədə münasibətlər qurulur, İKT-nin müxtəlif problemlərinin araşdırılması, həlli və tətbiqi ilə bağlı alim və mütəxəssislər arasında əməkdaşlıq əlaqələri yaradılır, bilik, təcrübə mübadiləsi aparılır, qlobal layihələr həyata keçirilir. İnformasiya texnologiyalarının yaratdığı mükəmməl imkanlar sayəsində innovativ bilik inteqrasiyası prosesləri sürətlənir, insanlar arasında yeni ünsiyyət, əlaqə formaları (forum, çat, videokonfrans, telekörpü) yaranır, müxtəlif sahələrdə mövcud problemlərin həlli asanlaşır. Əgər yaxın keçmişdə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən hansısa bir problemin həlli yollarının araşdırılmasına uzun illər sərf edilirdisə, hazırda məhz müasir texnologiyaların geniş imkanları sayəsində bu işlər qısa müddət ərzində həllini tapır. Bu isə rəqəmsal texnologiyaların getdikcə daha da intellektuallaşdığını göstərir. Bir sözlə, İKT-nin müxtəlif taleyüklü problemlərin həllində rolu getdikcə artır.
Qeyd etdiymiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. 2003-2012-ci illəri əhatə edən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”sı nəticəsində İKT sahəsində əsaslı inkişaf etdirilib. Gələcək layihələr üçün həm hüquqi, həm də texniki baza yaradılıb. Ötən illər ərzində İKT sektorunun dinamik inkişafı müşahidə edilir. Yalnız 2012-ci ildə Azərbaycanda İKT sektorunun artım tempi 18 faiz olub ki, bu göstərici dünya üzrə orta artım tempindən 2.5 dəfə yüksəkdir. Yaxın zamanlarda Azərbaycanın öz telekommunikasiya peykini orbitə çıxarması İKT sahəsinin inkişafına əlavə təkan verəcək, yeni bir mərhələnin başlanğıcı olacaq.
Üç nöqtə.-2013.-1
fevral.-S.-9.