Qarşıdakı illərdə İKT infrastrukturu inkişaf
etdiriləcək
Distant təhsil, elektron
ticarət, tele-tibb və digər müasir xidmət növlərinin geniş tətbiqinə nail
olunacaq
Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları uzun illər sovetlər ittifaqının analoji sahəsinin tərkib hissəsi olaraq inkişaf edib. Amma ötən əsrin 70-ci illərdə Azərbaycanda elektronika sənayesi formalaşıb. Şübhəsiz ki, informatika elminin dünya səviyyəsinə yüksəlişində, cəmiyyətin informasiyalaşması sahəsindəki irəliləyiş və uğurlarda, həmçinin hesablama vasitələri və onların proqram təminatını yaradan alim və mütəxəssislərin xidmətləri böyükdür. Ötən müddətdə informasiya təhlükəsizliyinin təmin olunması üzrə beynəlxalq təcrübədə mövcud olan mexanizmlər tədqiq olunub. Bu sahədə milli normativ-hüquqi bazanın formalaşdırılmasıistiqamətində görülən işlər araşdırılaraq yeni nəticələrə imza atılıb. Respublikamızda cəmiyyətin təhlükəsizliyinin mühüm komponenti kimi informasiya təhlükəsizliyinin vəzifələri müəyyənləşdirilib. Mövcud təhlükələr və onların hədəfləri araşdırılıb, cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasına dair təklif və tövsiyələr verilib.
Respublikamızda İnformasiya
Kommunikasiya Texnologiyalarının prioritet sahə olması “Azərbaycan 2020: gələcəyə
baxış” inkişaf konsepsiyasnda
da öz əksini
tapıb. Azərbaycan Respublikası Prezidentinin
29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilən konsepsiyada qarşıdakı illər üçün əsas prioritetlər müəyyənləşdirilib.
Sənəddə bildirilir ki,
XXİ əsrin ilk onilliyində sürətlə
inkişaf edən və yayılan informasiya və kommunikasiya
texnologiyaları, bununla bağlı yeni vüsət almış qloballaşma
prosesləri ölkələrin sosial-iqtisadi
həyatına ciddi şəkildə təsir
etməkdədir. Bu mənada Azərbaycan da istisna deyildir.
Qlobal, planetar xarakterli amillər ölkə həyatının,
demək olar ki, bütün sahələrində - iqtisadi, sosial, siyasi, humanitar-mədəni sahələrdə
gedən proseslərə nüfuz edir. Bununla yanaşı, hər bir ölkədə
olduğu kimi Azərbaycanda
da öz mənşəyinə
və təsir dairəsinə görə regional
(region ölkələrinə xas olan), yaxud
ölkədaxili amillər mövcuddur ki, ölkənin ictimai həyatının
müxtəlif sahələrinin idarə edilməsində
onların da nəzərə alınması səmərəli siyasətin
formalaşdırılması baxımından
vacibdir.Konsepsiyanın başlıca strateji
məqsədi mövcud imkan
və resursları nəzərə almaqla,
Azərbaycanda davamlı iqtisadi artım və
yüksək sosial rifah,
səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş
cəmiyyətinin ölkənin ictimai həyatında
fəal statusu ilə səciyyələnən
inkişaf mərhələsinə nail olmaqdır. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən
inkişaf etmiş,
rəqabətqabiliyyətli ölkə olacaqdır. Azərbaycanın ən ucqar kəndlərində
belə, vətəndaşların rahat
gündəlik həyatı üçün
lazım olan bütün
kommunikasiyalar (rabitə, internet,
bank xidmətləri, kommunal
xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri
təmin ediləcəkdir.
MİNLƏRLƏ
MÜƏLLİM KOMPYUTERLƏ TƏMİN OLUNUB, MƏKTƏBLƏR
İNTERNET ŞƏBƏKƏSİNƏ QOŞULUB
Müasir Azərbaycan öz müstəqilliyinin 20 ili ərzində mürəkkəb və eyni zamanda şərəfli bir yol keçib. Son illərdə təhsil sahəsində nəzərəçarpan nailiyyətlərin əldə olunması da bilavasitə ölkəmizin modernləşdirilməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətlə bağlıdır. Ötən dövrdə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində önəmli addımlar atılıb. Nəticədə 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Təhsilin məzmunca yenilənməsinə istiqamətlənən islahatlar aparılıb, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılıb. Təhsilin informasiyalaşdırılması sahəsindəki nailiyyətlər də ürəkaçandır. 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 20 şagirdə bir kompyuter nisbəti təmin olunub. “Xalq kompyuteri” layihəsi çərçivəsində 10 mindən çox müəllim kompyuterlə təmin olunub . 1200 təhsil müəssisəsi internet şəbəkəsinə qoşulub, inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla, 75 min
nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnib. Müxtəlif fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilib, 20 məktəbdə “elektron məktəb” layihəsi həyata keçirilməyə başlanıb.
ƏHALİYƏ
MÜASİR ELEKTRON XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ
İMKANLARI GENİŞLƏNDİRİLƏCƏK
Konsepsiyanın VI istiqaməti informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi adlanır. Vurğulanır ki, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi prioritet məsələlərdəndir. Həmçinin, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması Konsepsiya çərçivəsində qarşıda duran prioritet vəzifələrdəndir. Qarşıdakı illərdə İKT infrastrukturu inkişaf etdiriləcək, əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin
ediləcək. Distant təhsil, elektron ticarət, tele-tibb və digər müasir
xidmət növlərinin geniş tətbiqinə
nail olunacaq, elektron ticarət əqdləri
iştirakçılarının müdafiəsini və təhlükəsizliyini
təmin etmək üçün qanunvericilik təkmilləşdiriləcək.
Bölgələrdə İKTnin tətbiqi
genişləndiriləcək, əhalinin rəqəmsal
hazırlığı və ölkənin qlobal
informasiya məkanına inteqrasiya
səviyyəsi yüksəldiləcək. İKT və əqli
mülkiyyətin qarşılıqlı təsiri və əqli
mülkiyyət hüquqları ilə qorunan
bir çox obyektlərin
qlobal rəqəmsal şəbəkəyə
çıxışı nəzərə alınaraq, on-line lisenziyalaşmaya və
one-stop-shops formatında xidmətlərin
göstərilməsinə əsaslanan rəqəmsal
hüquqları idarəetmə sistemi
yaradılacaq. Bununla yanaşı, kosmik sənayenin inkişafı ilə
bağlı müvafiq tədbirlər həyata
keçiriləcəkdir. Telekommunikasiya
peyklərinin geostasionar orbitə
çıxarılması nəticəsində etibarlı peyk rabitəsi təmin ediləcək və bununla ölkənin informasiya
təhlükəsizliyi gücləndiriləcək. Telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək,
milli radio və televiziya proqramlarının peykdən paket yayımı təşkil ediləcək.
Eyni zamanda, aşağı orbitli
peyklərin orbitə çıxarılması nəzərdə
tutulur ki, bu da ölkədə ətraf
mühitin mühafizəsi, kənd təsərrüfatı,
topoqrafiya və kartoqrafiya,
eləcə də milli təhlükəsizlik
sahəsində fəaliyyəti daha səmərəli
edəcək.
İKT ÜZRƏ
KADR HAZIRLIĞI İŞİ DƏ TƏKMİLLƏŞDİRİLƏCƏK
Ölkənin regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədi ilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr gerçəkləşdiriləcək. “Elektron hökumət”in formalaşdırılması məqsədi ilə ardıcıl və mərhələli qaydada müvafiq tədbirlər görüləcək. Dövlət orqanlarında müasir informasiyakommunikasiya texnologiyalarının tətbiqi genişləndiriləcək, dövlət orqanlarının öz aralarında vahid infrastruktur əsasında təhlükəsiz informasiya mübadiləsi aparması, onların funksional vəzifələr üzrə əhaliyə elektron xidmətlər göstərməsi təmin ediləcək, informasiya təhlükəsizliyinin yüksəldilməsi, səriştəli istifadəçi və mütəxəssislər hazırlanması kimi məsələlər diqqətdə saxlanılacaq. Eyni zamanda, elektron xidmətlərin keyfiyyəti yüksəldiləcək, bu xidmətlərə mobil rabitə, məlumat köşkləri və digər müasir vasitələrlə çıxış təmin ediləcək. Dövlət informasiya resurslarının və sistemlərinin vahid texnoloji standartlar əsasında inteqrasiyası təmin olunacaq və vahid informasiya fəzası formalaşdırılacaq. İnformasiya təhlükəsizliyinin təmin edilməsi, ölkəyə daxil olan internet trafikində qlobal kiberhücumların qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, dövlət orqanlarının informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlığın qaldırılması və maarifləndirmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq. İKT üzrə kadr hazırlığı işi də təkmilləşdiriləcək. Yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatın ödənilməsi məqsədi ilə ölkənin ali təhsil ocaqlarında təhsilin elmi tədqiqatlar və innovasiyalarla sıx inteqrasiyasına əlverişli mühit yaradılacaq, dünyanın qabaqcıl təhsil ocaqları ilə əlaqələr genişləndiriləcək, həmçinin ölkədən kənara “beyin axını”nın qarşısının alınması üçün təsirli tədbirlər görüləcək.
Üç nöqtə.-2013.-5
fevral.-S.-9.