Muğam aləmi” təsdiq edildi

 

 Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Azərtac-ın verdiyi xəbərə görə, sənəddə müvafiq dövlət qurumlarına festival çərçivəsində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolumövzusunda Beynəlxalq elmi simpoziumun, muğamın soloinstrumental ifaları üzrə respublika və beynəlxalq müsabiqələrin təşkili və keçirilməsi ilə bağlı məsələləri həll etmək barədə müvafiq tapşırıq verilib. Həmçinin festival çərçivəsində keçiriləcək tədbirlərdə Azərbaycan elmi və mədəni ictimaiyyəti nümayəndələrinin, eləcə də gənclərin iştirakının təmin olunması, festivalın keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi və tərtibatı, rəsmi açılış və bağlanış mərasimlərinin təşkili, festivalla əlaqədar çapreklam materiallarının (proqramlar, bukletlər, dəvətnamələr və s.) hazırlanması  və digər məsələlər də tədbirlər planına daxil edilib

Festivalın yerlixarici kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasına şərait yaradılması, Bakı şəhərində festivala dair müvafiq məlumat lövhələrinin quraşdırılması, nəqliyyat, regionlarda konsertlərin təşkili məsələlərini həll etmək də müvafiq qurumlara tapşırılıb

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-6 fevral.-S.-13.