Azərbaycan regionda öz liderliyini daha da gücləndirir
Telekommunikasiya peykinin orbitə çıxarılması
ilə Azərbaycan
MDB məkanında süni
peykə malik ikinci ölkə olacaq
Son illər böyük inkişaf yolu keçən
respublikamızda telekommunikasiya sahəsində də ciddi
addımlar atılıb. Qeyri-neft sektorunun inkişafı
ilə əlaqədar
həyata keçirilən
dövlət proqramları
yeni sənaye sahələrinin inkişafı
üçün geniş
imkanlar açıb.
Ölkəmizin Avropa və
Asiya qitələri arasında əlverişli
coğrafi və iqtisadi məkanda yerləşməsi iqtisadi
və informasiya təhlükəsizliyinə diqqəti
artırmağı zəruri
edib. Bu baxımdan
ölkəmiz telekommunikasiya
peyklərinin hazırlanması
və orbitə çıxarılması istiqamətində
iş aparır. Bu işdə dünyanın
qabaqcıl ölkələrinin
təcrübəsini öyrənən
Azərbaycan milli peykin yaradılması üçün əməli
işlər görür.
Bu Azərbaycan rabitəçiləri üçün
tamamilə yeni sahə olsa da, xeyli uğurlar
əldə edilib.
Sovetlər
birliyi süquta
uğradıqdan sonra MDB-yə daxil olan ölkələr
kosmik infrastrukturun avtonom fəaliyyət göstərməsi üçün ehmallı keçid
prinsiplərini əsas götürdü.
MDB dövlətləri SSRİ-dən miras
qalan kosmik sənaye
potensialını qoruyub saxlamaq
üçün bir
sıra tədbirlər gördü. 1992-ci ilin sonunda Kosmos
üzrə Dövlətlərarası Şura
yaradılsa da, müstəqil dövlətlər
öz maraqları çərçivəsində
işlər aparmağa başladı. Azərbaycanda da kosmik sənayenin
konversiyalaşdırılması, onun
iqtisadiyyatın mülki sektoruna
yönəldilməsi, digər ölkələrlə beynəlxalq əlaqələrin genişləndirilməsi
istiqamətində bir sıra nailiyyətlər
əldə edildi. Peykin orbitə
çıxarılması üçün
zəruri olan şərtlərdən biri orbital mövqenin
əldə olunması idi. Amma
SSRİ dağılarkən, yurisdiksiyasında olan
orbital mövqelərin onun
hüquqi varisi olan Rusiyaya keçdi.
Bu səbəbdən Müstəqil
Dövlətlər Birliyinin digər
ölkələri kimi Azərbaycanın da orbital mövqeyi
itirildi. Buna görə
də, Azərbaycan orbital mövqenin
əldə edilməsi məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə
danışıqlar aparmaqla paralel, peykin orbitə
çıxarılması üçün
tədbirlər görməyə başladı. Beynəlxalq Telekommunikasiya İttifaqı ilə aparılan
danışıqların nəticəsi olaraq,
Azərbaycana məxsus orbital mövqelər
müəyyən edildi və təsdiqləndi.
BTİ 3 orbital sahəni Azərbaycanın
mülkiyyətinə verdi. Onlardan ikisi ölkənin daxili tələbləri üçün,
biri isə beynəlxalq istifadə üçün nəzərdə tutulub. Azərbaycanın orbitə
buraxılacaq peyk ilk
növbədə Avropanı və Asiya regionunun yarısını əhatə edəcək.
Azərbaycanda kosmik sənayenin inkişafı üçün kifayət qədər potensial var
Bu gün Azərbaycanda
kosmik sənayenin inkişafı üçün kifayət qədər potensial var. Hazırda
Müdafiə Sənayesi Nazirliyinin
tabeliyində olan Milli
Aerokosmik Agentliyi (MAKA)
35 illik təcrübəyə malikdir. Bu agentliyin fəaliyyəti
dövründə alim və mütəxəssislərimiz
kosmik texnologiyaların tətbiqi və elmi kosmik cihazqayırma sahəsində
bir sıra nailiyyətlər əldə edib. Alınan nəticələrin beynəlxalq
miqyasda nümayiş
etdirilməsinə nail olublar.
Azərbaycan Respublikasının Prezidenti lham Əliyev 4 noyabr 2008-ci
ildə “Azərbaycan
Respublikasında kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması haqqında” sərəncamı
bu istiqamətdə görülən
işlərə təkan verib. Prezident İlham Əliyevin 17 avqust
2009-cu il tarixli sərəncamı
ilə təsdiq edilən "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və
inkişafı üzrə Dövlət Proqramı" isə
yerin kosmosdan tədqiqi
sahəsində respublikamız üçün
perspektiv istiqamətlərini müəyyənləşdirdi.
Həmin Proqramın icrası ən müasir
texnologiyalara əsaslanan istehsal
fəaliyyətinin təşkilinə, respublika
iqtisadiyyatının daha sürətli
inkişafına, kosmik sənayenin
yaradılmasına öz töhfəsini verdi.
Azərbaycan
Respublikasının telekommunikasiya peykinin orbitə çıxarılması,
idarə olunması və istismar işlərinin
həyata keçirilməsini təmin etmək məqsədi
ilə Azərbaycan Respublikası Prezidentinin
3 may 2010-cu il tarixli 885 nömrəli Sərəncamı ilə
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildi. İlk telekommunikasiya peykinin istehsalı və orbitə
çıxarılması məqsədilə ötən il müvafiq olaraq ABŞ-ın “Orbital Sciences Corporation” və Fransanın
“Arianespace” şirkətləri ilə
müqavilələr imzalanıb.
"Kosmik sənayenin yaradılması və
inkişafı üzrə 2010-2014-cü illər üçün Milli Aerokosmik Agentliyin Fəaliyyət
Proqramı" bir sıra məqsədyönlü
tədbirlərin həyata keçirilməsini nəzərdə
tutub. Fəaliyyət
Proqramında kosmik sənayenin
yaradılması ilə əlaqədar istehsal
fəaliyyətinin təşkili, regional
şöbələrdə təcrübi sahələrin
yaradılması, yenidənqurma və rekonstruksiya
tədbirlərinin həyata keçirilməsi məsələləri
də ətraflı şərh olunub.
2016-cı ildə
isə ikinci telekommunikasiya
peykinin orbitə
çıxarılması planlaşdırılıb
Azərbaycanın
ilk telekommunikasiya peyki “Azərspace-1” bu gecə
Bakı vaxtı ilə saat 1:36-2:20-da orbitə
buraxılacaq. Bu barədə peyki orbitə çıxaracaq “Arianspace” məlumat yayıb. “Azərspace-1”
Cənubi Amerikada yerləşən
Fransanın Qviana Kosmik
Mərkəzinin Kuru kosmodromundan
“Ariane Space” fransız
şirkətinin raket
daşıyıcısı vasitəsilə qaldırılacaq
və geostasionar orbitə
çıxarılacaq. Şərq istiqamətində 46-cı
dərəcədə yerləşəcək peyk
Azərbaycan, Mərkəzi Asiya,Avropa və
Afrika üçün
kommunikasiya xidmətlərini təmin
edəcək.
Peyk resurslarının 20 faizi Azərbaycanın yerli
tələbatını ödəmək üçün
istifadə olunacaq, qalan
80 faizi isə dünya
bazarlarına ixrac olunacaq.
Peyk orta çəkilidir
- 3,2 ton, ABŞ-ın “Orbital”
şirkəti tərəfindən istehsal olunub. Peykin
resurslarının təxminən 40 faizinin
satışı üçün şərti
müqavilələr imzalanıb. Onu da bildirək ki, 2015-ci ildə
aşağı orbitə zondlama peykinin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması
planlaşdırılıb.
Kosmonavtikanın
yaranmasından keçən ötən dövr
ərzində dünyanın bir çox ölkələrində kosmik tədqiqatlar dövlətin iqtisadi inkişafında mühüm
rol oynayan prioritet sahəyə çevrildi.
Müasir dövrümüzdə kosmik tədqiqatlar ətraf mühitin
öyrənilməsində, informasiya
texnologiyalarının təkmilləşdirilməsində böyük nailiyyətlər əldə etməyə
imkan verir. Son illər
Azərbaycanın bütün sahələrində
dinamik inkişaf edərək,
regionda lider dövlətə
çevrilir.
Ölkənin iqtisadi qüdrətinin
artığı bir məqamda bütün sahələrdə olduğu kimi kosmik sənayenin inkişafı sahəsində
də uğurlar əldə olunur. Kosmik sənayenin
yaradılması, ümumiyyətlə ölkənin özünün fəzada peykinin
olması iqtisadi cəhətdən böyük səmərə verəcək. Bununla ilk növbədə
Azərbaycanın öz rabitə sisteminin təkmilləşdirilməsi nail olacaq. Sonrakı mərhələdə
isə yerin təbii ehtiyatlarının
öyrənilməsi sahəsində kosmik
məlumatlardan istifadə olunacaq.
Hazırda respublikamız bu məlumatları
çox çətinliklə başqa ölkələrdən əldə edir. Ancaq öz
peykimizin olması həm öz
daxili məsələlərimizin həllinə
şərait yaradacaq, həm də ondan kommersiya məqsədilə
istifadə edib başqa
ölkələrə də öz xidmətlərimizi
təklif edə biləcək. Həmçinin, Milli peykin
yaradılması televiziya
yayımının, rabitənin keyfiyyətinin
artırılmasına və kanalların sayının
çoxalmasına imkan yaradacaq.
Həmçinin, Azərbaycan Avropa
və Asiya kanallarının
yayımında tranzit ölkə rolunu oynayacaq. Ölkənin
bütün ərazisində keyfiyyətli
yayımın təmin edilməsi, simli
rabitənin mümkün
olmadığı yerlərdə peyk vasitəsilə
internet, VPN və bu kimi sürətli IP xidmətlərindən
istifadə edilməsi mümkün olacaq. Telekommunikasiya peykinin orbitə
çıxarılması ilə Azərbaycan MDB məkanında
süni peykə malik Rusiyadan sonra ikinci ölkə olacaq. Bu isə respublikamız regionda
öz liderliyini daha da gücləndirəcək.
Üç
nöqtə.-2013.-8 fevral.-S.9.