Azərbaycanın ilk suni peyki orbitə buraxıldı

 

 Prezident İlham Əliyev: «Əminəm ki, sonrakı illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək”

 

 Azərbaycanın ilk suni peyki orbitə buraxılıb. Azerspace-1 peyki fevralın 8-də Bakı vaxtı ilə saat 1:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın Arianespace şirkətinin Ariane 5 raket daşıyıcısı vasitəsilə qaldırılıb və uğurla geostasionar orbitə çıxarılıb. Təyin olunan vaxtdastartdan 34 dəqiqə sonra kosmik aparat raketin gövdəsindən ayrılıb. Çəkisi təxminən 3 200 kiloqram təşkil edən Azerspace-1 Malayziyanın Measat Satellite Systems şirkəti tərəfindən istifadə olunan və Azərkosmos ASC-yə icarəyə verilən 46° Şərq uzunluq dairəsində geostasionar orbitə çıxarılıb. Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma əsasında hazırlanıb. Peykin istismar müddəti 15 il təşkil edir. Aparat Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri, Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcək. Azerspace-1 peykinin orbitə buraxılması ilə Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziyaradio yayımı, o cümlədən sürətli İP xidmətlərin göstərilməsi təmin olunacaq, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyi təmin ediləcək.

Qeyd edək ki, yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb. BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub, Azərbaycan kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürüb.

 

PREZİDENT AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB

 

Dünən Azərbaycan prezidenti İlham Əliyev ölkənin ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə bildirilir ki, bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür: «Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edirbiz artıq kosmik klubun üzvüyük.

Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün bu salonda əyləşən gənc mütəxəssislərimiz artıq peşəkar mütəxəssislərdir, bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə mərkəzində çalışan işçilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Eyni zamanda, peykin orbitə çıxarılması beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olmuşdur. Bu, Amerikanın “Orbital” və Fransanın “Arianespace” şirkətlərinin köməyi, dəstəyi, fəaliyyəti nəticəsində mümkün olmuşdur. Beynəlxalq əməkdaşlıq bütün sahələrdə inkişaf edir, artır. Biz kosmik sənayedə də bu əməkdaşlığın gözəl nəticələrini görürük.

Azərbaycan uğurla inkişaf edir. Ölkəmizdə böyük quruculuq işləri aparılır. Ölkəmizin beynəlxalq nüfuzu artır. Azərbaycan bu gün dünyanın birinci beynəlxalq qurumunun – BMT Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan iqtisadiyyatı mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Ölkəmizdə çox uğurlu iqtisadi islahatlar aparılır və yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir. Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda mənim Sərəncamımla “İnformasiya-kommunikasiya texnologiyaları ilielan edilmişdir. Əminəm ki, biz bu ilbundan sonrakı illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində daha da böyük nailiyyətlərə çatacağıq.

Birinci peykin orbitə çıxarılması əlbəttə, çox əlamətdar tarixi bir hadisədir. Biz bu işə beş il bundan əvvəl başlamışdıq. 2008-ci ildə mənim tərəfimdən Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilib. 2009-cu ildə Dövlət Proqramı qəbul edilmişdir. 2010-cu ildə “Azərkosmos” Səhmdar Cəmiyyəti yaradılıb və artıq Azərbaycan kosmik klubun üzvünə çevrilib.

Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik və buna nail olacağıq. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaqdır.

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcəkdir. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm.

Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin. Bu yaxınlarda İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında imzaladığım Sərəncam dediyim sözlərin təsdiqidir.

Bir daha bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün – 8 fevral 2013-cü il Azərbaycan tarixində qalacaqdır. Əminəm ki, bundan sonrakı illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək. Əziz həmvətənlər, sizi bu tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycana!”

 

MİLLİ PEYKİN EHTİYATLARINDAN DAXİLİ TƏLABAT VƏ BEYNƏLXALQ BAZARDA XİDMƏT ÜÇÜN İSTİFADƏ EDİLƏCƏK

 

Rabitə və informasiya texnologiyları naziri Əli Abbasov isə bildirib ki, Azərbaycanın orbitə çıxaracağı növbəti rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək: «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması və Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı ölkənin dünya peyk ailəsinin üzvünə çevrilməsi və ölkədə peyk texnologiyalarının istehsalı və tətbiqi üçün geniş imkanlar açıb. Milli peykin ehtiyatlarından daxili təlabat və beynəlxalq bazarda xidmətlər üçün istifadə planlaşdırılır. Peyk istifadəyə verildikdən sonra kosmik texnologiyalarla teleradio yayımı, diplomatik nümayəndəliklərlə birbaşa və etibarlı rabitənin yaradılması, ölkənin informasiya təhlükəsizliyinin mühafizəsinin gücləndirilməsi, yüksəksürətli peyk internet xidmətinin təşkili, kosmik sahə üzrə kadr hazırlığının təmin edilməsi və insan kapitalının inkişafı üçün yeni imkanların yaradılması təmin ediləcək. Kosmik texnika yeni elmi-texniki tədqiqatlara rəvac verəcək və bu da öz növbəsində innovasiyalara yol açacaq».

Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin üzvi, millət vəkili Fuad Muradov isə ilk milli suni peykin orbitə çıxarılmasını böyük hadisə kimi qiymətləndirir: «Bu il bildiyiniz kimi 2013-cü il prezidentimiz tərəfindən “İKT ilielan edilib. Müstəqillik ili çox olan ölkələrin əksəriyyətinin hələ peykləri yoxdur. Amma Azərbaycanın yeni müstəqillik qazanan bir ölkə olaraq peykini orbitə buraxması çox böyük hadisədir. Düşünürəm ki, bu, vətəndaşların gündəlik həyatına təsir göstərəcək, ilk olaraq elektron xidmətlər, internet sürəti,  keyfiyyətli televiziyaradio xidmətlərindən istifadə etməyə şərait yaradacaq. Bu Azərbaycan tarixinə böyük hərflərlə yazılan bir hadisədir».

Qeyd edək ki, peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80 faizi isə kommersiya məqsədilə istifadə ediləcək. Artıq peykin resurslarının 40 faizinin istifadəsi üçün şərti müqavilələr imzalanıb.

 

 

Üç nöqtə.-2013.- 9 fevral.-S.-9.