İnternet resursları üzrə komissiya yaradıldı
Əflatun
Amaşov: «İnternet
mediadan mətbuat şurasına daxil olan şikayətlərin
sayı da artır»
Müasir informasiya kommunikasiya texnologiyalarının cəmiyyət üçün faydaları ilə yanaşı, fəsadlarını da görürük. Hər il yenilənməkdə olan texnologiyalar artıq həyatımızın bir hissəinə çevrilib. Bu gün insanlar artıq cansı ünsiyyətdən daha çox vitual ünsiyyətə meyl edir. Respublikamızda da sosial şəbəkələri həyatının ayrılmaz hissinə çevirənlərin sayı minlərlədir. İnternet, portallar, sosial şəbəkələr insanların informasiya almaq, öz fikirlərini yaymaq üçün nə qədər fayydalı olsa da, bir çox hallarda digərlərinin hüquqları elə bu şəbəkələrdə pozulur. Artıq bu halların qarşısının alınması üçün Azərbaycan Mətbuat Şurasında (MŞ) internet resursları üzrə komissiya yaradılıb. Dünən bununla bağlı Mətbuat Şurasında keçirilən tədbirdə Şura sədri Əflatun Amaşov məlumat verib. Ə.Amaşovun sözlərinə görə, komissiya onlayn mediadan gələn şikayətləri araşdıracaq: «İlbəil internet mediadan Mətbuat Şurasına daxil olan şikayətlərin sayı da artır. Əgər 2011-ci ildə Şuraya 7 şikayət daxil olmuşdusa, 2012-ci ildə artıq 20 şikayət almışıq. Yaradılan komissiya da bu şikayətləri araşdıracaq. Elə bu həftə ərzində komissiyanın ilk iclası keçirilərək şikayətlər araşdırılacaq. Azərbaycanda ictimai fikrin formalaşmasında internet jurnalistikanın rolu getdikcə artır. Bu gün respublikamızda ictimai fikrə təsir göstərən 70-dən artıq xəbər portalı var. Artıq dünyada da onlayn media təmsilçiləri də media nümayəndəsi hesab olunur. Bu mənada onlayn mediada da insanların təhqir olunması, etik davranış qaydalarının pozulması yolverilməzdir. Yaradılan yeni komissiya internet media ilə bağlı məsələlərə baxacaq, veb-səhifələrə haker hücumlarını və onlayn media ilə bağlı digər məsələləri araşdıracaq. Bu sahə ilə bağlı komissiyanın fəaliyyətinin ümumi konsepsiyası hazırlana bilər. Artıq internet portallardan 30-a yaxın müraciət daxil olub və onlar MŞ üzvü olmaq istəyirlər».
Daha sonra vurğulandı ki, Mətbuat Şurasının nəzdində yaradılan komissiyaya onlayn mediadan Vaqif Şərifov, Elnur Baimov, Vüsalə Mahirqızı, Azər Həsrət, Müşfiq Ələsgərli, həmçinin İNTRANS şirkətinin (az domeninin milli qeydiyyatçısı) baş direktoru Faiq Fərmanov daxil olub.
Tədbirdə çıxış edən
525—ci qəzetin baş
redaktoru Rəşad Məcid
vurğulayıb ki, bu
komissiyanın yaradılması vacibdir:
«Komissiyanın fəaliyyətinin nəticələri yaxın
vaxtlarda özünü
göstərəcək. Onlayn xəbər
portalları da media
orqanlarıdır. Orada da
insanların təhqir olunması yolverilməzdir».
HƏR BİR KƏS
ÖZÜ İNTERNET SƏHİFƏSİNİN TƏHLÜKƏSİZLİYİNİN
QORUNMASINDA MARAQLI OLMALIDIR
Artıq dünyanın bir çox ölkələrində internet üzərində müəyyən nəzarət imkanlarının tətbiq edilməsi üzərində düşünülür. Bu sahədə informasiya yayımına azadlıq verilsə də, bu yolla digərlərinin hüquqlarının pozulmasının qarşısının alınması üçün yollar axtarılır.
Məsələyə münasibət bildirən
ekspert Ələsgər Məmmədlinin
sözlərinə görə, hansısa dövlət qurumunun sosial şəbəkələrə
nəzarət etməsi qəbuledilən deyil:
«Hər bir kəs özü
internet səhifəsinin təhlükəsizliyinin
qorunmasında maraqlı olmalıdır. Həmçinin,
internetlə işlə bağlı bir etika formalaşmalıdır. Hər kəs hüquqazidd hərəkətlər, qanunazidd çağırışlar etməməlidir.
Bunlar insanların əməl etməli
olduqları standartlarıdır. Bu gün «Facebook»un, «skaype»nin
istifadəçilərinin halı milyardan
artıqdır. Belə olan halda bunun inzibati
yolla tənzimlənməsi
real görünmür.
İnternet üzərində hansısa inzibati nəzarət funksiyası tətbiq etmək
çətindir və demokratik ölkələr
bu cür hərəkətlərdən
imtina edirlər. Məsələnin
başqa aspektinə gəldikdə isə
internet heç də
təmamilə məsuliyyətsiz və heç
bir qayda-qanuna tabe olmayan mühit
deyil. İnternet, sosial şəbəkələr və bloqlar, portallar, internet səhifələrinnin hər biri Azərbaycan qanunvericiliynə görə,
Kütləvi İnformasiya Vasitələri
sayılır. Demək, həmin informasiya
vasitələrinin işi «Kütləvi İnformasiya Vasitələri haqqında» qanuna uyğun tənzimlənməlidir.
Bu informasiya vasitələrinin
hər birin hüquqları olduğu kimi vəzifələri
də var. Əgər həmin şəbəkələrdə
kimlərinsə hüquqları pozulursa, buna görə məsuliyyət
daşımalıdır. Qanunun bu tələbi
artıq ölkəmizdə tətbiq olunub.
Forumda gedən yazılara görə, forum sahibi qanunauyğun
cəzalandırılıb».
«İNTERNET
İSTİFADƏÇİLƏRİ BİLMƏLİDİR
Kİ, MÖVCUD QANUNVERİCİLİYİNƏ GÖRƏ
MƏSULİYYƏTLƏRİ VAR»
Ə.Məmmədlinin
sözlərinə görə, kimsə düşünməməlidir
ki, solial şəbəkələr və internet təmamilə
nəzarətsiz bir sahədir: «Hər bir insan özü də
məsuiyyətli olmalıdır və ona verilən imkanlardan
süi-istifadə etməməlidir.
Əgər sosial şəbəkələrin
geniş imkanları varsa,
və insanların hər sözü demək
şansı yaranırsa, bundan elə
istifadə etməlidir ki,
başqalarının da hüquqları
pozulmasın. Bu baxımdan insanların daha çox maarifləndirilməsinə
ehtiyac var. İnternet istifadəçiləri bilməlidir
ki, mövcud
qanunvericiliyinə görə məsuliyyətləri var. Həmçinin, internetdə yazan bloqerlərin də bir
etik davranış qaydalrının
formalaşdırılması təklif edilib.
Bloq yazarları özləri də bu özünü tənzimləmə
metodlarını tətbiq edi bilər.
Hazırda Azərbaycanda bununla
bağlı şikayətləri Milli Təhlükəsizlik
Nazirliyi araşdırır. Həmin şəxsin
internetə girdiyi İP adres
müəyyənləşdirildikdən sonra
şəxsin adından istifadə edənin də
aşkarlanması mümkündür, əgər
burada kibercinayətkarlıq halları varsa, məsələ araşdıralacaq. Amma digər məsələlər məhkəmə
qaydasında həll edilməlidir».
«BİR ÇOX CƏMİYYƏTLƏRDƏ
İNTERNET ETİKASI DEYİLƏN BİR QAYDALAR VAR»
Yeni Nəsl Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə sosial şəbəkələrdə işləyən şəxslərin və internet səhifələri olan vətəndaşların öz biliklərini artırmasına və təhlükəsizliklə bağlı maariflənməsinə ehtiyac olduğunu vurğuladı: «Sayta hucumlar, kimlərinsə İP adreslərinin oğurlanması təhlükəsizlik məsələlərin zəif təmin olunması ilə bağlıdır. Ona görə də bu işlə məşğul olanlar profisional səviyyələrini təmin etməlidirlər. Digər tərəfdən isə bir çox cəmiyyətlərdə internet etikası deyilən bir qaydalar var. Azərbaycanda da belə toplu hazırlanıb, amma bunun istifadəsi üçün də müəyyən tədbirlər görülməlidir. Həm də müəyyən zaman tələb olunur ki, bu qaydalar oturuşsun. Çünki bu məsələdə senzura qoyulması effekt verməyəcək. Artıq qərb ölkələrinin belə təcrübəsi var. Xüsusən, internetin genişləndiyi illərdə qərb ölkələri müəyyən mikrociplər vasitəsilə bunun qarşısını almağa hazırlaşırdılar. Amma sonradan bunun senzuraya aparan yol olduğu üzə çıxdı və bunun qarşısı alındı. Bu səbəbdən ən əsas yol internet etikasının cəmiyyətdə oturuşmasını təmin etmək və maarifləndirmə tədbirlərinin aparılmasıdır»
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, internet üzərində nəzarət alnlayışı qəbuledilməzdir. Azərbaycan qanunvericilyində internet Kütləvi İnformasiya Vasitəsi kimi qəbul edilib. Bununla bağlı hüquq pozuntuları ilə bağlı artıq məhkəmə çəkişmələri var. Burada total nəzarətdən, texniki-texnoloji bloklaşmadan söhbət gedə bilməz. Söhbət yalnız internetdən cinayətkarlıq məqsəd, qeyri-qanuni hərəkətlər, hüquq pozuntularına yol verilməsindən gedirsə, bunun qarşısı alınmalıdr. Bu zaman da fərdi yanaşmadan söhbət gedir və məhkəməyə müraciət olunmalıdır. Həmçinin, Kibercinayətkarlıq haqqında konvensiya var və Azərbaycan da həmin konvensiyaya qoşulub. Buna uyğun da tədbirlər görmək olar.
Üç nöqtə.-2013.-15
fevral.-S.-9.