Bu gün peykimiz orbital mövqeyinə
çatacaq
Peykimiz may ayından başlayaraq ölkəmizə əlavə gəlirlər
gətirəcək
Bu gün “Azerspace-1” peykinin təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatacaq. “Azərkosmos” ASC-dən verilən məlumata görə, fevralın 15-də peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Təqribən martın əvvəlinə kimi peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq “Azərkosmos” ASC-yə təhvil veriləcək. Peykin idarəsi “Azərkosmos” ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən “Azərkosmos” ASC-nin mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir.
“Azərkosmos” ASC-dən verilən məlumata görə, peykin platformasında heç bir problem yoxdur. Peykin idarəetməsi orbitində sınaqlar başa çatdıqdan sonra, təqribən martın ilk on günlüyündə tam olaraq “Azərkosmos”-a təhvil veriləcək və müstəqil olaraq şirkətin mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan önəmli addımdır. Bu layihə ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası üçün mühüm addım olmaqla yanaşı, eyni zamanda kommersiya xarakterli və gəlirli bir layihədir. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. Azərbaycan ilk telekommunikasiya peykinin buraxılması layihəsi kommersiya xarakterli daşıyır. Azərbaycanın daxili ehtiyacları üçün peykin tutumunun 20 faizinə ehtiyac var. Qalan hissə ilə bağlı xarici bazarlarda satış imkanlarına dair araşdırmalar aparılır.
«Azərkosmos» ASC-nin sədri
Rəşad Nəbiyevin sözlərinə görə, mart ayının ilk
yarısında isə «Azerspace-1» peyki tam olaraq «Azerkosmos»a təhvil veriləcək: «Və məhz
martın 15-dən sonra aktiv
müştərilərin cəlb olunmasına başlanacaq.
Maraq böyükdür.
Azərbaycanın «Azerspace-1» ilk telekommunikasiya peykinin
resurslarının 42-43 faizi artıq 15 illik müddətə Malayziyanın «Measat» peyk operatoruna
icarəyə verilib. Artıq may ayından etibarən icarə ilə
bağlı ödənişlər Azərbaycan tərəfinə
ödəniləcək. Ümumiyyətlə, bu
bazar çox səmərəli
və rəqabətlidir, burada qiymətləri
məhz bazar təyin edir.
Hazırda daha çox satış imkanlarının müəyyən
edilməsi məqsədilə beynəlxalq sərgi və konfranslarda iştirak olunur, topdansatış və teleport
şirkətləri ilə danışıqlar
aparılır, yerli televiziya
şirkətlərinin ən qabaqcıl peyk
texnologiyaları ilə təmin edilməsi məqsədilə
inteqrasiya məsələləri
üzrə işlər görülür. «Azerspace-1» peykinin
sığortalanması ilə əlaqədar bağlanılan
müqaviləyə əsasən, orbitdə baş
verə biləcək bütün qəza
hallarında «Azərkosmos» ASC sığorta ödənişləri
hesabına «Azerspace-1» layihəsini davam
etdirmək imkanına sahib olacaq»
.
İLK
PEYKİMİZ 50-DƏN ARTIQ ÖLKƏNİ BİRLƏŞDİRƏN
MƏKANDA MÜHÜM İQTİSADİ ROL OYNAYACAQ
Mütəxəsislərin qəraətinə görə, peykimiz orbitə buraxılandan sonra Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli İP xidmətlərin göstərilməsi təmin ediləcək. Ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq. Yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq. Azerspace-1 peykinin texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən 1/3 hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarca insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq. Güclü strateji tərəfdaşlıqlar üzərində qurulan operativ fəaliyyət və müştəri məmnuniyyətinin əsas götürüldüyü iş prinsipləri Azərkosmos ASC tərəfindən təhlükəsiz və etibarlı peyk rabitə xidmətləri göstəriləcəyinə olan etimadı artıraraq layihəni kommersiya nöqteyi-nəzərindən region ölkələri üçün daha cəlbedici edir.
Yerin məsafədən
müşahidəsi imkanlarından istifadə edilməsi
(aşağıorbitli peyklər) ölkədə infrastrukturun və iqtisadiyyatın inkişafına,
o cümlədən elmi-tədqiqat
potensialının artırılmasına kömək edəcək.
Azərbaycanda universal yerüstü
stansiyanın qurulması və digər operatorların region üzərindən keçən yüksək
ayırdetməli peyklərindən təsvirlərin qəbulu regional bazarda optik və radar təsvirlərə
olan tələbatı ödəyəcək. Kosmik fəaliyyət sahəsində istehsal
potensialının yaradılması və inkişaf
etdirilməsi kosmik sahə üzrə
müxtəlif istiqamətlərdə beynəlxalq
inteqrasiyanın genişləndirilməsinə, habelə kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsinə
təkan verəcək. İnformasiya-kommunikasiya
texnologiyalarının ölkə
iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi
çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin
xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alındıqda,
yaxın illərdə həyata keçirilməsi nəzərdə
tutulan peyk layihələrinin
yalnız siyasi və ya
kommersiyal səciyyə
daşımadığını, ölkənin uzunmüddətli
inkişaf strategiyasına yönəldiyini
əminliklə demək olar.
AZƏRBAYCAN
REGİONDA İNFORMASİYANIN ÖTÜRÜLMƏSİ SAHƏSİNDƏ
LİDER ÖLKƏYƏ ÇEVRİLİR
İqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı ilə bağlı Azərbaycan hökuməti tərəfindən həyata keçirilən əsas layihələrdən biri də telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə buraxılmasıdır. Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili məqsədilə ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəsi olacağı gözlənilir. Bu gün
rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xarici ölkələrdən asılılığının aradan qaldırılmasını zəruri edir. Belə ki, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Kosmik fəzadan və peyk xidmətlərindən səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik sahələrin inkişaf etdirilməsi məqsədi ilə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" qəbul olunub. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb. Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır.
Qeyd edək ki, «Azerspace-1» peyki fevralın 8-də Bakı vaxtı ilə
saat 1:36 radələrində Cənubi Amerikada yerləşən Fransa
Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan
Fransanın Arianespace şirkətinin Ariane 5 raket
daşıyıcısı vasitəsilə
qaldırılıb və uğurla geostasionar orbitə çıxarılıb.
Təyin olunan vaxtda – startdan 34 dəqiqə
sonra kosmik aparat raketin gövdəsindən
ayrılıb. Çəkisi təxminən 3 200 kiloqram təşkil edən Azerspace-1
Malayziyanın Measat Satellite
Systems şirkəti tərəfindən
istifadə olunan və Azərkosmos ASC-yə
icarəyə verilən 46° Şərq uzunluq
dairəsində geostasionar orbitə
çıxarılıb. Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital Sciences Corporation şirkəti
tərəfindən işlənib hazırlanan STAR-2 platforma əsasında hazırlanıb. Peykin istismar müddəti
15 il təşkil edir.
Aparat Şərqi Avropa,
Şimali Afrika, Mərkəzi
Asiya, Qafqaz ölkələri,
Yaxın Şərq regionuna yüksək
keyfiyyətli yayım xidməti göstərəcək.
Üç nöqtə.-2013.-19
fevral.-S.9.