Təhsil sisteminin İKT əsasında qurulmasına
diqqət artıb
İnformasiya Kommunikasiya Texnologiyalarının
təhsildə tətbiqi
yeni nəslinin formalaşmasına birbaşa
təsir edir
Respublikamızda
XX əsrin son onilliyindən
başlayaraq müasir
informasiya kommunikasiya
texnologiyalarından (İKT) istifadəyə başlanılıb.
İKT ictimai-siyasi, sosial-iqtisadi, mədəni
sahələri əhatə
etməklə cəmiyyətin
inkişafına güclü
təsir göstərən
əsas amillərdən
birinə çevrilib.
Hazırda informasiya və
kommunikasiya texnologiyalarının
tətbiqinin səviyyəsi
hər bir ölkənin intellektual və elmi potensialının,
dövlət idarəçiliyində
şəffaflığın və demokratiyanın inkişafının, sosial-iqtisadi
problemlərin həllinin,
yoxsulluğun azaldılmasının
əsas göstəricilərindən
hesab olunur. Gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti əsas etibarilə onların informasiya və kommunikasiya texnologiyalarından
səmərəli istifadə
etməsindən asılı
olacaq. Son illər respublikamızda informasiya və kommunikasiya texnologiyalarından
istifadə sahəsində
bir sıra ciddi addımlar atılıb. Bu istiqamət dövlət siyasətinin də əsas prioritetlərindən
birinə çevrilib.
Təsadüfi deyil ki,
1999-cu ildə qəbul
edilən “Azərbaycan
Respublikasının təhsil
sahəsində İslahat
Proqramı”nda gənc
nəslin informasiya və kommunikasiya texnologiyalarından istifadə
vərdişlərinə yiyələnməsi
ən mühüm vəzifələrdən biri
kimi qarşıya qoyulub.
Ötən dövr ərzində Təhsil Nazirliyi digər əlaqədar təşkilatlarla birlikdə
təhsil sisteminin informasiyalaşdırılması sahəsində müxtəlif
layihələr və
tədbirlər hazırlayıb
həyata keçirib.
İndiyədək bütün təhsil pillələri üçün
eksperimental proqramların
hazırlanaraq təsdiq
edilib. Öyrədici multimedia sistemlərinin hazırlanmasına başlanılıb
və müəyyən
nəaliyyətlər əldə
olunub. İnternetə qoşulan məktəblər
şəbəkəsinin genişlənib
və artıq ölkənin əksər
məktəbləri internet şəbəkəsinə qoşulub.
Təhsilin idarə edilməsinin
məlumat sisteminin, informasiya və kommunikasiya texnologiyalarının
ümumtəhsil məktəblərində
tətbiqi üzrə
hazırlıq işlərinin
gücləndirilib. Son
illər təhsil sisteminin informasiyalaşdırılması
istiqamətində görülən
işlərə baxmayaraq,
hələ də ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları
ilə təchizi, ixtisaslı pedaqoji kadrlarla təminatı sahəsində öz həllini gözləyən
ciddi problemlər mövcuddur.
Bununla bağlı hazırlanan proqramın əsas məqsədi Azərbaycan
Respublikasında yeni informasiya texnologiyalarından
istifadə etməklə
təhsilin keyfiyyətini
yüksəltməyə xidmət
edən, bütün pillə və səviyyələrdə vətəndaşlara
təhsil almaqla bərabər imkanları təmin edən, ölkə təhsil informasiya sisteminin dünya təhsil sisteminə inteqrasiyasına
imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini informasiyalaşdırılan
cəmiyyətə hazırlamaqdır.
BÜTÜN TƏHSİL PİLLƏLƏRİ
ÜÇÜN İKT ÜZRƏ PROQRAMLAR HAZIRLANIB TƏSDİQ
EDİLİB
Araşdırmalar göstərir ki, biliklərə əsaslanan
iqtisadiyyatın təşəkkül
tapdığı şəraitdə
informasiya və kommunikasiya texnologiyalarının
inkişafı ölkənin
intellektual və elmi potensialının vacib göstəricilərindən
biridir. Tam əminliklə
demək olar ki, bu gün
qloballaşan dünyada
ölkələrin rəqabət
qabiliyyəti, ilk növbədə,
onların İKT-dən
səmərəli istifadəsi
ilə müəyyənləşməklə
formalaşır.
İKT-nin təhsildə
tətbiqi və inteqrasiyası Azərbaycan
vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni
nəslinin formalaşmasına
birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.
Son illər təhsil
sistemində İKT infrastrukturunun
inkişaf etdirilməsi
və təhsildə
İKT-nin tətbiqinin
dünya standartları
səviyyəsinə çatdırılması
ölkəmizdə prioritet
istiqamətlərdən biri
olmuşdur. Bu dövrdə
təhsil sistemində
İKT-nin tətbiqi sahəsində müxtəlif
layihələr və
tədbirlər hazırlanıb
həyata keçirilib.
Bu da ölkənin
təhsil sahəsində
aparılan islahatların
çox vacib mərhələlərdən biri
olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun
qurulmasına yönəlib.
Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 21 avqust tarixli 355 nömrəli sərəncamı ilə
təsdiq edilən
"Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları
ilə təminatı
Proqramı (2005-2007-ci illər)"
xüsusi əhəmiyyətə
malik olmuşdur. Proqramın həyata keçirilməsi nəticəsində
ölkənin ümumtəhsil
məktəblərinin informasiya
və kommunikasiya texnologiyaları ilə təmin olunmasında müsbət dinamikaya nail olunmuş, ümumilikdə
təhsil sisteminin
İKT əsasında qurulmasına
diqqət xeyli artıb. Ötən dövr ərzində
ölkədə informasiya
və kommunikasiya texnologiyalarının təhsil
sisteminə inteqrasiyası
və təhsil prosesinin məzmunca modernləşməsi sahəsində
də bir sıra əməli işlər görülüb.
Bütün təhsil pillələri
üçün İKT üzrə
proqramlar hazırlanıb
təsdiq edilib. Distant təhsil üzrə
ilk eksperimentlər aparılmağa
başlanılıb. Hazırda təhsil
portalının informasiya
resursları formalaşmaqdadır,
bəzi təhsil müəssisələrinin saytları
yaradılıb və
aktiv halda saxlanılır. Təhsilin idarə
olunmasının məlumat
sistemlərinin yaradılması,
informasiya və kommunikasiya texnologiyalarının
ümumtəhsil məktəblərində
tətbiqi və ümumtəhsil məktəbləri
üçün informasiya
və kommunikasiya texnologiyaları sahəsində
ixtisaslı pedaqoji, həmçinin köməkçi
heyət (laborant) kadrlarının hazırlanması
üzrə işlərə
başlanılıb.
TƏHSİL MÜƏSSİSƏLƏRİNİN
KOMPÜTER İLƏ TƏMİNATI KÖKLÜ ŞƏKİLDƏ
YAXŞILAŞDIRILACAQ
Bütün bunlarla bərabər, ölkənin təhsil sistemində müasir informasiya və kommunikasiya texnologiyalarının
tətbiqinin hazırkı
səviyyəsi istər
dinamik inkişaf edən iqtisadiyyatımızın
mövcud imkanları,
istərsə də dünya təhsil məkanına inteqrasiya baxımından qənaətbəxş
hesab edilə bilməz. Ölkədə təhsil ocaqlarının
kompüter avadanlığı
ilə təminatındakı
irəliləyişlərə rəğmən, bütövlükdə
təhsil sisteminin informasiya infrastrukturunun səviyyəsi günün
tələblərindən uzaqdır.
Müasir təhsil texnologiyalarının
genişmiqyaslı tətbiqi,
ilk növbədə, təhsil
müəssisələrinin kompüter avadanlığı
ilə təminatının
köklü şəkildə
yaxşılaşdırılmasını
nəzərdə tutur. Şagird (tələbə)
/ kompüter nisbətinin
bütövlükdə ölkə
üzrə, xüsusilə
də bölgələrdə
və kənd yerlərində optimallaşdırılması
qarşıda duran ən vacib problemlər
sırasındadır. Lakin bu gün ölkənin
təhsil sisteminin bütün pillələrində
kompüterlərə çıxış
imkanlarının genişləndirilməsi
zərurəti ilə
yanaşı, İKT avadanlığının
daha səmərəli
istifadə olunmasının,
o cümlədən texniki
nəzarət və dəstək sisteminin təkmilləşdirilməsinin aktuallığı qabarıq
şəkildə hiss olunur.
Xüsusən də rayon səviyyəsində
texniki nəzarət və dəstək sisteminin mövcud olmaması, yaxud günün tələbləri
səviyyəsində qurulmaması
artıq quraşdırılan
kompüter avadanlığından,
rəqəmsal təhsil
resurslarından tam səmərəli
şəkildə bəhrələnmək
imkanlarını məhdudlaşdırır.
Üç nöqtə.-2013.-20
fevral.-S.9.