Artıq 20 məktəbdə elektron jurnal sisteminə keçid təmin olunub
Ümumtəhsil müəssisələrindən
1700-ü azərbaycan təhsil
şəbəkəsinə qoşulub
Artıq xeyli müddətdir orta məktəblərin İnformasiya-Kommunikasiya
Texnologiyaları ilə
təchizatı sahəsində
iş aparılır.
2005-2007-ci illər üçün «Ümumtəhsil
məktəblərinin informasiya-kommunikasiya
texnologiyaları ilə
təchizatı» proqramının
qəbulundan sonra bu istiqamətdə həyata keçirilən
işlər nəzərəçarpacaq
dərəcədə artdı. 2008-2012-ci illərdə həyata keçirilən Dövlət
Proqramı çərçivəsində
isə bu işlər daha da sürətləndirildi.
Azərbaycanda 2013-2020-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə yeni Dövlət Proqramı təsdiq olunacaq.
Hazırda Azərbaycanın ümumtəhsil
məktəblərinin 83 faizi,
texniki-peşə müəssisələrinin
84 faizi, 56 dövlət
orta ixtisas təhsil müəssisəsinin
və ali məktəblərin hamısı
kompüter avadanlığı
ilə təmin olunub.
Təhsil
Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən
məlumata görə,
hazırda respublikanın
ümumtəhsil müəssisələrində
20 şagirdə 1 kompüter,
dövlət ali məktəblərində
isə hər 28 tələbəyə 1 kompüter
düşür. “Azərbaycan
Respublikasında ümumtəhsil
məktəblərinin informasiya
və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı
(2005–2007-ci illər)” və
“2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması
üzrə Dövlət
Proqramı” çərçivəsində
təhsil müəssisələrinə
37 242 ədəd stolüstü
kompüter, 2743 ədəd
noutbuk və 2679 ədəd proyektor paylanıb. Təhsil müəssisələri 300-ə
yaxın interaktiv lövhələrlə təchiz
edilib, eyni zamanda “Elektron Məktəb” layihəsinə
daxil olan 15 ümumtəhsil müəssisələrinə
“1 şagird - 1 kompüter”
layihəsi çərçivəsində
2200-dən çox netbuk
və simsiz genişzolaqlı, filtrasiyalı
internetə çıxış
imkanına malik olan USB tipli modemlər verilib. Təhsilin informasiyalaşdırılması
üzrə fəaliyyət
istiqamətlərini “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasında geniş
əks olunub. Belə ki, konsepsiyada
Azərbaycan Respublikasının
“2013-2020-ci illərdə təhsil
sisteminin informasiyalaşdırılması
üzrə Dövlət
Proqramı”nın həyata keçirilməsi
qeyd edilib. Bu məqsədlə Dövlət Proqramının
layihəsi hazırlanıb
və yaxın müddət ərzində
bu sənədin təsdiqi gözlənilir.
Bundan əlavə, informasiya texnologiyalarının təhsil
sistemində tətbiqi
istiqamətində görülən
işlərin davam etdirilməsi, məktəblərin
kompüterləşdirilməsi, infrastrukturun inkişafı,
pedaqoji heyətin
İKT üzrə təlimlərə
cəlb etdirilməsi,
elektron tədris resurslarının hazırlanması
davam etdiriləcək.
YÜKSƏK İKT BACARIQLARINA MALİK
PEDAQOJİ KADRLARLA TƏMİNAT ƏSAS MƏSƏLƏLƏRDƏN
BİRİDİR
Respublikada təhsil prosesində rəqəmsal texnologiyaların
geniş istifadəsinə
maneçilik törədən
əsas amillərdən
biri rəqəmsal şəbəkə infrastrukturunun
zəif inkişaf etməsi, təhsil ocaqlarının ölkədaxili
intranet şəbəkəsi ilə yetərli səviyyədə əhatə
olunmaması və yüksək sürətli
İnternet əlaqəsi
ilə təmin olunmamasıdır. Belə ki, hazırda respublikanın ali
məktəblərində İnternet
əlaqəsi tam təmin
olunsa da, orta təhsil məktəblərinin və
orta ixtisas məktəblərinin İnternetə
tam çıxış imkanlarına
malik deyil. Təhsil müəssisələrinin böyük
əksərinin veb-səhifələri
yaradılmayıb. Bununla yanaşı,
multimedia xarakterli dərsliklərin
və digər tədris vasitələrinin
işlənilməsi, yayılması
və təhsil prosesində tətbiq olunması ləngiməkdədir.
Son dövrdə bu sahədə bir sıra tədbirlər
həyata keçirilib,
elektron tədris sistemlərinin formalaşdırılması
istiqamətində əməli
addımlar atılıb.
Lakin
İKT tətbiqi üzrə
elmi-metodiki bazanın təkmilləşdirilməsi, ümummilli
səviyyədə vahid
elektron təhsil məkanının təşəkkül
tapması günün
əsas tələbi olaraq qalır.
Azərbaycanda təhsil sisteminin islahatları ilə bağlı ən aktual məsələlərdən
biri İKT tətbiq etməklə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir. Bu sırada təhsildə
İKT-nin tətbiqi sahəsində yerli özünüidarə və
dövlət orqanlarının
fəaliyyətini tənzimləyən
normativ-hüquqi bazanın
təkmilləşdirilməsi, təhsil sahəsində effektiv idarəetmə üçün zəruri
olan və bu sahənin vəziyyətini xarakterizə
edən elektron məlumat bazası sistemi hazırlanıb tamamlanması xüsusi diqqət tələb edir. Həmçinin, ölkənin təhsil
sisteminin yüksək
İKT bilik və bacarıqlarına malik pedaqoji və inzibati kadrlarla təminatının müasir
standartlar səviyyəsinə
çatdırılması təxirəsalınmaz məsələlərdən
biridir. "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması
üzrə Dövlət
Proqramı" çərçivəsində
də bu məsələlərin səmərəli
və kompleks şəkildə həlli
istiqamətində xeyli
iş görülüb.
MƏKTƏBLƏRDƏ
İSTİFADƏDƏ OLAN KOMPÜTERDƏ PROQRAM TƏMİNATININ
LİSENZİYASININ MÜDDƏTİ UZADILACAQ
Bu il Təhsil
Nazirliyi tərəfindən
daha 250 təhsil müəssisəsi Azərbaycan
Təhsil Şəbəkəsinə
qoşulacaq. Məktəblərdə istifadədə olan
32 min kompüterdə proqram
təminatının lisenziyasının
müddəti uzadılacaq.
Orta təhsil müəssisələrinə
minə yaxın kompüter və proyektor veriləcək.
İKT ili çərçivəsində “Elektron məktəb” layihəsinə daha 10 təhsil müəssisəsi
qoşulacaq. 2013-cü ildə təhsil sisteminin informasiyalaşdırılması
istiqamətində görülən
işlər nəzərdə
tutulan tədbirlər
planı çərçivəsində
həyata keçiriləcək.
Tədbirlər planı çərçivəsində
Azərbaycan Təhsil
Şəbəkəsinin genişləndirilməsi,
elektron tədris resurslarının sayının
artırılması, Təhsil
portalının işinin
effektiv qurulması, idarəetmədə proqram
təminatının tətbiqi,
təhsil müəssisələrinin
avadanlıqlarla təchizatı
istiqamətində fəaliyyət
davam etdiriləcək.
Elmi tədqiqat, ixtisasartırma
və yenidənhazırlanma
institutlarında müasir
yanaşmaların tətbiqinin
təşkilini və
UNESCO-nun müəllimlərin İKT kompetensiyaları üçün
standartların adaptasiyası
və milliləşdirilməsi
üzrə master klaslar
keçirilməsi planlaşdırılır.
Artıq ümumtəhsil müəssisələrindən
1700-ü Azərbaycan Təhsil
Şəbəkəsinə qoşulub. İnformasiya texnologiyalarının təhsildə effektiv bir alət kimi
istifadəsi “Elektron məktəb” layihəsinə
qoşulan məktəblərdə
daha qabarıq əks olunur. Layihəyə qoşulan
50 pilot təhsil müəssisəsindən
43-ü ümumtəhsil məktəbləridir.
Tətbiq olunan proqram təminatından istifadə etməklə məktəb rəhbərliyi
hər bir şagirdin davamiyyəti, müəllimin iş yükü, sinfin dərs cədvəli və jurnalı, habelə digər mühüm məlumatları
ümumi verilənlər
bazasından əldə
edə bilər. Cari tədris ilindən başlayaraq, “Elektron Məktəb” layihəsinə
qoşulan 20 məktəbdə
kağız jurnalından
elektron jurnal sisteminə keçid təmin olunub. “Elektron məktəb”
layihəsinin maraqlı
funksiyalarından biri də Valideyn Nəzarət Sisteminin tətbiqidir. Bu sistem
vasitəsilə valideynlər
onlayn rejimdə övladlarının davamiyyəti
ilə tanış
ola bilərlər. Eyni zamanda, elektron jurnallara tətbiq olunan SMS Modul vasitəsi ilə valideynlər şəxsi mobil nömərlərində
övladlarının cari
qiymətləndirilməsi barədə
məlumat almaq imkanları var.
Üç nöqtə.-2013.-22
fevral.-S.9.